Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4666/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə birgə nikahlarından olan xx.xx.2019cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin onun xeyrinə ödənilməsi ilə əlaqədar onunla maraqlı şəxs X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-0194 saylı “Barışıq sazişinin” təsdiq edilməsi və alimentin xx.xx.2024-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs X5 ilə rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı iki övladları doğulmuşdur. Maraqlı şəxslə münasibətlərinin pozulması səbəbindən uşaqların saxlanılması üçün maraqlı şəxsdən hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair “Barışıq Sazişi” bağlanmışdır. Bundan əlavə, onların nikahları qeydiyyat orqanlarında qeydiyyata alınmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəçi ilə 3 ay əvvələ kimi birlikdə yaşadıqlarını, bütün xərclərin onun tərəfindən ödənildiyini, ərizəçi tərəfindən övladlarının ona göstərilməməsi səbəbindən alimentin ödənilmədiyini əsas gətirərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Mediasiya təşkilatı tərəfindən bağlanmış xx.xx.2024-cü il tarixli, MSB\2\22024-0194 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşına qədər saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-dan 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit məbləğdə alimenti Ərizəçi bank hesabına ödəyəcək.” barədə razılığa gəlmişlər. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli, MSB\2\22024-0194 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla Maraqlı şəxs övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat sabit pul məbləğində alimentin Ərizəçi bank hesabına ödənilməsini razılaşdırmışlar. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MSB\2\22024-0194 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir.
1. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşına qədər saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-dan 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit məbləğdə alimenti Ərizəçi bank hesabına ödəyəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli, MSB\2\22024-0194 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 18 yaşına qədər saxlanılması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-dan 20-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit məbləğdə alimenti Ərizəçi bank hesabına ödəyəcək. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov