Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4675/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və tərəflər məhkəmə iclasında iştirak etmədiyinə görə hazırlıq iclası onların iştirakı olmadan keçirilmiş və məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə tərəflər yenə məhkəmə iclasına gəlməmiş və məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Həmin tarixdə tərəflər yenə də məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizəsi daxil olmuşdur, “Böyük Qayıdış” Proqramına uyğun olaraq Laçın şəhərinə köçürüldüyündən hazırki vəziyyətdə loqistika çətinləşdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. İş materiallarından göründüyü kimi, Ərizəçi hazırkı ərizəsində ərinin ölməsi faktının müəyyən edilməsini xahiş etmiş, ərizəsinə həmin şəxsin hal-hazırda ölmüş olmasına dair hər hansı sübut əlavə etməmişdir. Belə vəziyyətdə ərizəçinin izahatı alınmadan, şahidlər dinlənilmədən işə mahiyyəti üzrə baxılması mümkün deyil. Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizəçi məhkəmə iclasına gəlmədiyinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə, ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4675/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4675/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver