Məhkəmə qərarları › İş №2(001)-4681/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4681/2024

27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4681/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında vəfat etmiş mərhum X5nun ölüm faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X13 xx.xx.1979-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1980-cı il təvəllüdlü X14, xx.xx.1982-ci il təvəllüdlü X15 və xx.xx.1983-cü il təvəllüdlü X11 doğulmuşlar. X5 uzun müddətdir ki, nevroloji və ürək çatışmazlığından əziyyət çəkirdi. Qəfildən xx.xx.2024cü il tarixində vəfat etmişdir. Əri X1 qəbirstanlığında dəfn olunmuşdur.Mərhuma ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət olunsa da, imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisidir. Onlara həm xəstə ziyarətinə, həm də qohum kimi tez-tez baş çəkmişdir. Bir gün yolda olarkən, ona bibisinin yoldaşının vəziyyətinin ağır olması bildirilmiş, evə çatanda artıq bibisinin əri ölmüşdü. Mərhum demək olar ki, son 3 il idi ki, xəstə idi. Dərhal təcili yardım çağırılmış, bütün qohumlar gəlmişlər. Mərhumu Masazır qəbirstanlığında dəfn etmişlər. Məhkəmə sübutları tədqiq edib onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, 00041444 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1951-ci il tarixində Tərtər rayonu, Sarıcalı kəndində doğulmuşdur. İİ-ЖГ seriyalı, 267472 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 ilə Ərizəçi arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarxində 142 № ilə qeyd edilmişdir. Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilən 01/01-06/464 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 xx.xx.2024-cü il tarixində rəhmətə getmiş, Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən X9 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atası adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır.” Bakı şəhər Təcili və X8 Stansiyası PHŞ BŞT və TTYS 17 saylı Bölmə tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 23-də ünvan 3 ünvanında X10 məxsus meyid aşkar edilmiş və həkiməqədər ölüm halı qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi ərazi X4” Publik hüquq Şəxsi “Bakl Baş Səhiyyyə Mərkəzi” Publik hüquqi şəxsi Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 Xocəsən Sağlamlıq Mərkəzində tibbi qeydiyyatda olmaması səbəbindən “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi tələbində ərinin ölümü barədə qeydiyyat aparılmadığını bildirir və eyni zamanda onun ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona ərinin ölümündən sonra bir sıra sənədləşmə işlərinin aparılması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X13 Ərizəçi əridir. Ərinin xx.xx.2024-cü ildə vəfat etməsi həm şahid ifadəsi ilə, həm də xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqi ilə müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, Ərizəçi əri xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar