Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-472/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehlə Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi, torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və paylı mülkiyyətdə olan əmlakın onunla cavabdehlər arasında 1/3 hissəyə uyğun olaraq naturada bölünməsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və həyətyanı sahədən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsi üzrə cavabdehlər onun bacı-qardaşlarıdır. Ərizədə göstərilən fərdi yaşayış evinin mülkiyyətçisi ataları X4 olmuş, atası vəfat etdikdən sonra vərəsəlik qaydasında 1/3 hissədə onun, həmin hissədə də cavabdhelərin hər birinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq 2016-cı ildə çıxarış verilmişdir. Fərdi yaşayış evinə dair hazırlanmış texniki pasportda evin A, B və V tikililərindən ibarət olması göstərilmiş, ümumi sahəsi isə 58 kv.metr olması qey edilmişdir. Payl ımülkiyyətdə olan əmlakın idarə edilməsi, həmçini hüquqlarının həyata keçirilməsində digər mülkiyyətçilərlə mübahisə yaranır, bu səbəbdən də mülkiyyət hüquqlarının sərbəst həyata keçirilməsində maneçiliklər yaranır. Ona görə də, paylı mülkiyyətdə olan əmlak 1/3 hissəyə uyğun olaraq onunla cavabdehlər arasında naturada bölünməlidir. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və həyətyanı sahədən də istifadə qaydaları müəyyən edilməlidir. Belə ki, həmin sahədən istifadə qaydalarının müəyyən edilməsi hər bir mülkiyyətçinin öz payına uyğun qaydada istifadə etməsinə şərait yaradacaqdır. Hazırda sözügedən əmlak onunla cavabdehlər arasında qarşılıqlı razılıq əsasında faktiki olaraq 3 təcrid hissəyə ayrılmış, hər birinin sərbəst qaydada həyətə çıxışları müəyyən edilmişdir. Sadəcə bunun məhkəmə qətnaməsi ilə müəyyən olunması zərurəti yaranmışdır. Sonda İddiaçı məhkədən göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda iddianı qəbul etdiklərini, təmin olunmasına etirazlarının olmadığını bildirib bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehlərin iddianı etiraf etmələri qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etmələri məhkəmə tərəfindən təsdiq olunmalı və iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Lakin, məhkəmə qeyd edir ki, qətnamə çıxarılarkən aşağıda göstərilənlər xüsusilə diqqətə alınmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,00779 ha. ölçülü torpaq sahəsində yerləşən 58 kv.metr ümumi sahəli fərdi yaşayış evi hər birinə 1/3 hissədə olmaqla Cavabdeh2, Cavabdeh1 və İddiaçı paylı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin 05 aprel 2021-ci il tarixli, 2(001)-472/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli, 10/1755 saylı müvafiq rəyində göstərilmişdir ki, texniki pasport sənədindən görünür ki, faktiki istifadədə olan torpaq sahəsi 481,2 kv.metr olmaqla həmin torpaq sahəsində “A” literli, 1 mərtəbəli fərdi yaşayış evi, “B” literli 1 mərtəbəli tikili, “V” literli, “İ” və “İİ” həyət tikililəri mövcud olmuşdur. Baxış zamanı müəyyən olundu ki, tədqiq olunan ərazidə yerləşən torpaq sahəsini və üzərində yerləşən tikililərin yerləşmə vəziyyəti, konfiquryasiyası, ölçüləri və digər texniki parametrləri texniki pasport sənədində göstərilənlərə uyğundur. Torpaq sahəsi 2 tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu sahələr ilə həmsərhəddir. Faktiki olaraq istifadədə olan torpaq sahəsi təcrid şəkildə 3 hissəyə bölünmüşdür. Belə ki, “A” literli fərdi yaşayış evinin arxa hissəsində və kənarında 196,2 kv.metr sahə İddiaçı istifadəsində, “A” literli fərdi yaşayış evi, evin önündə olan həyətyanı sahə daxil olmaqla 144,1 kv.metr sahə Cavabdeh2 və “B” literli tikilinin yerləşdiyi sahə və həmin tikilinin önündə və yanında olan sahə daxil olmaqla 143 kv.metr sahə Cavabdeh1 faktiki istifadəsindədir. İddiaçı istifadəsində olan torpaq sahəsində texniki pasportda qeyd olunmayan 50,5 kv.metr hissədə həyət tikilisi və 2 otaqlı ümumi sahəsi 40,75 kv.metr olan yaşayış evi ( “A” tikilisinin arxa hissəsində) inşa olunmuşdur. Cavabdeh2 istifadəsində olan hissəyə baxış keçirilən zaman müəyyən olundu ki, “A” literli fərdi yaşayış evi bütövlükdə həmin hissədə yerləşir. Ev ilə sərhəd hasarının arasında qalan boş sahədə sanitar qovşağı və mətbəx tikilisi inşa edilmiş evin önündən evdən 4,8 metr aralıdan sərhəd xətti çəkiləri “B” tikilisinə birləşdirilmişdir. Cavabdeh1 istifadəsində olan hissəyə baxış keçirilən zaman müəyyən olundu ki, “B” literli, “V” literli və “İ” literli tikililər bütövlükdə və “İİ” literli tikilinin bir hissəsi həmin hissədə yerləşir. Faktiki vəziyyətdə “B” tikilisinin sökülərək yenidən inşa edildiyi müəyyən olunmuşdur. “B” tikilisinə baxış keçirilən zaman həmin tikilinin faktiki olaraq təmirsiz vəziyyətdə olduğu müəyyən olundu. Qeyd olunur ki, faktiki vəziyyətdə bölünmə zamanı tərəflərin hər birinin ayrı-ayrılıqda giriş-çıxış qapısı, yaşayış və yardımçı sahələri mövcuddur. Tərəflərin paylarına uyğun sahə aşağıdakı kimi müəyyən olunur: - Fərdi yaşayış evi üzrə 1/3 hissə (ümumi sahə) 19,33 kv.metr (58, 0:3) - İstifadədə olan torpaq sahəsi üzrə 1/3 hissə 160,4 kv.metr (481, 2:3) Torpaq sahəsindən istifadə qaydasını (faktiki vəziyyətdə) əks etrirən sxem rəyə əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən və paylı mülkiyyətdə olan əmlak ekspert rəyinə əlavə olunmuş sxem üzrə tərəflər arasında razılaşdırılmış qaydada naturada bölünməklə əmlakdan istifadə qaydaları müəyyən olunmalıdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi, torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən və X2, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə paylı mülkiyyətində olan əmlak naturada bölünməklə “A” literli fərdi yaşayış evinin arxa hissəsində və kənarında 196,2 kv.metr sahə İddiaçı, “A” literli fərdi yaşayış evi, evin önündə olan həyətyanı sahə daxil olmaqla 144,1 kv.metr sahə Cavabdeh2 və “B” literli tikilinin yerləşdiyi sahə və həmin tikilinin önündə və yanında olan sahə daxil olmaqla 143 kv.metr sahə Cavabdeh1 faktiki istifadə hüquqları müəyyən olunsun. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-472/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-472/2021
30.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver