Məhkəmə qərarları › İş №2(001)-4733/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4733/2023

19.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4733/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri 19 iyul 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış Bakı şəhəri 8 saylı Müdiasiya təşkilatı tərəfindən təsdiq edilmiş MŞB/8/2023- 00999 nömrəli, 12 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və olan əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 12 iyun 2023-cü il tarixdə mediasiya sessiyası zamanı MŞB/8/2023-00999 nömrəli barışıq sazişi bağlanmış, sazişin şərtlərində göstərilmişdir: - Birinci tərəf, yəni Ərizəçi Sazişi imzaladıqdan sonra İkinci tərəf, yəni həyat yoldaşı Maraqlı şəxs ilə Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 645 nömrə ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. Birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi (ananın) yanında qalmasına razıdır. - Birinci tərəf Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin xx.xx.2023-cü il tarixdən etibarən ona hər ay 220 AZN məbləğində aliment ödənilməsi ilə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır. - Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozuması ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3.1-ci maddəsində barışıq sazişinin icrasını təmin etmək mediasiyada iştirak edən tərəflərin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Qanununun: - 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.3-ci maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, mediasiya sessiyası zamanı əldə edilmiş barışıq sazişi yalnız könüllü icra edilmədikdə məhkəmə tərəfindən təsdiq edilir. Hazırki iddia ərizəsinin məzmunundan sazişin könüllü icrasından imtina edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd olunan normalardan göründüyü kimi mediasiya prosesinin iki forması müəyyən edilmişdir, məhkəmədən əvvəl həyata keçirilən mediasiya və bilavasitə məhkəmə prosesindəki mediasiya. Təqdim edilmiş iddia ərizəsində isə tələb məhkəmədən əvvəl keçirilmiş mediasiya sessiyası zamanı əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır ki, bu tələb üzrə iddiaya məhkəmədə baxıla bilməz. Belə ki, sazişin tərəflərindən hər hansı biri sazişin şərtlərini pozarsa, yəni sazişdə göstərilənlərin könüllü icrasından imtina edərsə, digər tərəfin həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Belə olan halda hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya barışıq sazişində göstərilən şərtlərin icrasından tərəflərdən birinin imtina etməsi halında həmin sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi barışıq sazişində göstərilən şərtlərin icrasından tərəflərdən birinin imtina etməsi halında həmin sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar