Məhkəmə qərarları › İş №2(001)-4738/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4738/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4738/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəçinin vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə ilə ərizəçi xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Ərizəçi xx.xx.2025-ci il tarixində keçirilən məhkəmənin hazırlıq iclasından əvvəl ərizı ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

4. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilərək, ərizə və ona əlavə edilmiş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

6. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi vəsatəti təmin edilsin.

2. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar