Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4751/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 yanvar 1963-cü ildə doğulmuş Baki şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, ev 14 ünvanında yaşayamış mərhum X2nun ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 xx.xx.2024-ci il tarixində ev şəraitində vəfat etmişdir. Ərinin dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 16 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Kənd qəbristanlığında dəfn olunmuşdur. Bundan başqa Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Mərhum ərinin ölməsi barədə tibbi arayış olmadığından onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnaməsi olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün 7 saylı Bakı “ASAN Xidmət Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin qurumdan ona bildirmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli və X2nun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, o, ərizəçinin və mərhum Oktay Eyvazovun oğludur. Atası mədəsində xora xəstəliyindən əziyyət çəkdiyi üçün həmin xəstəlikdən əməliyyat olunmuşdur. 15 oktyabr tarixdə evə gəldiyində işıqların söndüyünü görmüş və əmisinə xahiş etmiş ki, keçib otağa baxsın. Əmisi baxıb ona bildirdi ki, atası ölüb. Atasını Binəqədi qəbiristanlığında dəfn ediblər və o, atasının dəfnində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, mərhum Oqtay Eyvazov onun qardaşı olub. Mərhumun oğlu Teymur ona bildirdi ki, atasının evinin işıqları yanmır. O, evə girəndə görmüşdür ki qardaşı ölüb. Mərhum qardaşı X17 qəbiristanlığında dəfn ediblər və o, qardaşının dəfnində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, mərhum X6 onun dostudur. O, dostu Teymurun atası öldüyü gün o, da onların evində olmuşdur. Mərhum X17 qəbiristanlığında dəfn ediblər və o, dəfində iştirak edib. İş materiallarında olan: V-ЖГ seriyalı 314497 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 arasında nikah Bakı şəhəri Leyla Nikah evində, 18 noyabr 1989-cu il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 1135 nömrə ilə qeyd edilmişdir.Nikah bağlandıqdan sonra qadına «Eyvazova» soyadı verilmişdir. Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr/n, İlham Hacıyev 14 ünvanında X5 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X26” X18 10 nömrəli şəhər poliklinikası tərəfindən 16 yanvar 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda xx.xx.2024-cü il tarixində saat 21:10-da vəfat etmiş xx.xx.1963-cü il təvəllüdlü X13 Bakı şəhəri Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında “K25- mədənin xroniki xora xəstəliyi” diaqnozu ilə dispanser qeydiyyatında olub. Poliklinikaya sonuncu müraciəti xx.xx.2023-cü il tarixində “K25-mədənin xroniki xora xəstəliyi” diaqnozu ilə olub. Ölümünün səbəbini aydınlaşdırmaq mümkün olmadığı üçün poliklinika tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə”nin (AZS 106) verilməsi imtina edilmişdir və Binəqədi rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. 7 saylı Bakı “ASAN xidmət” X8 tərəfindən 24 yanvar 2025-ci il tarixdə X9 ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ağstafa Bələdiyyəsinin 03 iyun 2025-ci il tarixli, 02/C-566 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında X3 dəfni icra olunmuşdur. Məzar daşını əks etdirən 4 ədəd fotoşəkildən görünür ki, X10 xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, eləcə də dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin əri – xx.xx.1963-cü il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4751/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4751/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver