Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4773/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00350 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 ilə faktiki nikaha daxil olmuşlar və birgə nikahdan Mikayıl adlı övladları olmuşdur. O, aliment tələbi ilə mediasiyaya müraciət etmiş, nəticədə cavabdehlə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00350 saylı barışıq sazişi bağlamışlar. Həmin Sazişin 5-ci bəndinə əsasən Maraqlı şəxs mediasiya prosesində xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi xx.xx.2024-cü ildən başlayaraq (hər ayın 15-dən 20-dək ödəmək şərtilə) hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs Sazişin şərtlərini icra etməmiş, üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən də mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00350 saylı barışıq sazişinin yalnız alimentin tutulması hisəssində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ərizəç Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Mediasiya Sazişinin şərtlərindən biri uşağın adının Davud olması idi, lakin iddiaçı bu tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də barışıq sazişi ilə razı deyil və ödəniş etmir. Mülki işin materialları: - doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. - pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh Maraqlı şəxs rəsmi məktub göndərilərək barışıq sazişinə əsasən yaranmış 350 manat aliment üzrə borcun 10 (on) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə vəsaitin məcburi qaydada tutulması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - MŞB/16/2024-00350 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən:
1. Tərəflər öz aralarında razılığa gəlirlər ki, Ərizəçi və Maraqlı şəxs nikahdan kənar doğulmuş xx.xx.2024-cü il təvəllüdlü övladına ( Davud) adı verilsin.
2. Uşağın adı, soyadı, ata adı X5 adlandırılacaqdır.
3. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü Bakı şəhərində doğulmuş X2 atası olmasını etiraf edir.
4. Tərəflər xx.xx.2024-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməni atalığın müəyyən edilməsi haqqında şəhədatnamə alınması üçün 10 gün ərzində müvafiq İcra Hakimiyyəti Orqanına müraciət edəcəklər.
5. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək xx.xx.2024cü il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat alimenti Ərizəçi ödəyəcəkdir.
6. Aliment hər ayın 15-dən 20-dək ödəniləcəkdir.
7. Aliment hər ay Ərizəçi kart hesabına köçürələcəkdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 94.1ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. - 94.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. - 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00350 saylı barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş tələbləri pozaraq, alimenti vaxtında ödəməmişdir. Belə olan halda ərizəçi barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahata münasibətdə bildirir ki, uşağın adı, soyadı, ata adı X5 olmaması, onun xx.xx.2024-cü il təvəllüdlü X1 atası olması faktını dəyişmir və cavabdehi aliment ödəmək öhdəliyindən azad etmir. Doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən göründüyü kimi xx.xx.2024-cü il təvəllüdlü X1 atası Maraqlı şəxsdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, MŞİH-09654-002440 nömrəli, xx.xx.2021-ci il tarixli barışıq sazişinin 5,6 və 7-ci bəndi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
5. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü Əhmədzadə Davud (Mikayıl) Naib oğlunun yetkinlik yaşına çatanadək xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat alimenti Ərizəçi ödəyəcəkdir.
6. Aliment hər ayın 15-dən 20-dək ödəniləcəkdir.
7. Aliment hər ay Ərizəçi kart hesabına köçürələcəkdir. Qətnamə dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova