Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4774/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il təvəllüdlü anası X1 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1936-cı il təvəllüdlü anası X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür.Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin şəhər Poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin, poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən, xx.xx.1936-cı il təvəllüdlü anası X1 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, mərhum onun qaynanası olmuşdur. X3 təzyiq və şəkər xəstəliklərindən əziyyət çəkirdi. Qaynanası xx.xx.2016-cı ildə, ev şəraitində vəfat etmişdir. Onu Razin qəbiristanlığında dəfv etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, mərhum onun nənəsi olmuşdur. xx.xx.2016-cı il tarixində, təxminən saat 15:00 radələrində nənəsinin vəziyyəti pisləşmişdir. Təcili yardım çağırsalar da, həkimlər gələnə kimi nənəsi rəhmətə getmişdir. Nənəsi təzyiqdən əziyyət çəkmişdir. Onu Razin qəbiristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun nənəsidir. Nənəsi təzyiq və şəkər xəstəliyindən əziyyət çəkmişdir. Nənəsi xx.xx.2016-cı il tarixdə Bakı şəhərində, ev şəraitində rəhmətə getmiş və Razin qəbirstanlığında dəfn edilmişdir. Nənəsi rəhmətə gedən zaman o, işdə olmuş, zəng vuraraq onu çağırmışlar. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı ******** №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə, Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 03826795 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1936-cı ildə, Gürcüstan Respublikasının Axalkalaki rayonunda anadan olmuşdur. İş materiallarında olan Xətai Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 14 iyun 2006-cı il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə, Bakı şəhərində anadan olmuş, atası X5, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti ermənidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 06 sentyabr 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 06 sentyabr 2022-ci il tarixdə saat 16:20-də ünvan 2 ünvana X1 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 2 ədəd qəbirdaşı fotosundan görünür ki, X3 xx.xx.1936-cı ildə anadan olmuş və xx.xx.2016-cı il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Sabunçu qəsəbəsi “Müsəlman Qəbiristanlığı”nda dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 4 №-li Şəhər Poliklinikasının 10 iyun 2022-ci il tarixli 109 №-li məktubundan görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsi, ev 38, mənzil 110-da vəfat etmişdir. xx.xx.1936-cı il təvəllüdlü X3 4 nömrəli şəhər poliklinkasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına “Ölüm haqqında tibbi Şəhadətnamə” verilməsindən imtina edilmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi anasının adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X2 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.2016-cı ildə, Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1936-cı il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4774/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4774/2022
12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver