Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4777/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi Raniya İbragimovanın iştirakı ilə, Ərizəçi Raniya İbragimovanın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Raniya İbragimova mərhum əri X2 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2012-ci ildə X5 ilə rəsmi qaydada nikaha daxil olmuş, 2017-ci ildə həyat yoldaşı Azərbaycan Respublikası Səyiyyə Nazirliyi Elmi Tədqiqat X1 (xəstəlik tarixindən çıxarış № 1988429, xx.xx.2017-xx.xx.2017, diaqnoz sağ ağciyərin fıbroz-kavernoz vərəmi, infıltrasiya və sola səpələnmə mərhələsində, ikinci dağılma ilə (VBM(-) mənfi. Sağ tərəfli empiema ilə ağırlaşma); Elmi Tədqiqat X1 (xəstəlik tarixindən çıxarış № 0238946, xx.xx.2018-xx.xx.2019, diaqnoz sağtərəfli fıbroz-kavernoz vərəm sola səpələnmə mərhələsində. Sağtərəfli empiema ilə fəsadlaşma) və 4 sayli xəstəxanada (kod 1499404) (Ambulator kartdan çıxarış xx.xx.2021 - xx.xx.2021, diaqnoz: ağciyərlərin fıbroz-kavernoz vərəmi, infıltrasiya mərhələsində. Ağciyər-ürək çatışmazlığı İİ- İİİ dərəcəli) müalicə almışdır. X5 xx.xx.2022-ci ildə vəfat etmiş və Suraxanı rayonu, Dədə Qorqud kənd qəbristanlığında dəfn edilmişdir. X2 ölüm faktını Təcili və X6 Stansiyası PHŞ tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi təstiq edir. Məhkəmə iclasında iştirak edən ərizəçi Raniya İbragimova izahatında məhkəməyə bildirdi ki, mərhum əri X5 vərəm xəstəsi idi və uzun müddət idi ki, xəstəxanaa müalicə alırdı. Sonuncu dəfə həkimlər onlara demişdirlər ki, vəziyyəti ağırdır və hər şeyə hazır olmaq lazımdır. Öldüyü gün anasıgildə idi. Ərizəçi özü işdə idi və baldızı ona zəng edib ərinin ölməsini bildirdi. X5 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölmüş və Suraxanı rayonunda yerləşən Dədə Qorqud kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçinin baldızı 4 gün sonra ölüm haqqında şəhadətnamənin alınması üçün ASAN xidmət-ə getdi, lakin orda ona bildirdilər ki, o, bir gün gecikib və məhkəməyə müraciət edilməlidir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər maraqlı şəxs - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Raniya İbragimova ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 206 saylı arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Dədə Qorqud qəbirtanlığında dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS-nin 11 saylı bölməsinin xx.xx.2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12:56da, Əzizbəyov küçəsi, ev 7, mənzil 5 ünvanına X2 adına çağırış olmuş və həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkarlanmışdır. İş materiallarında olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X3 ağ ciyərlərin fibroz-kavernoz vərəmi, infiltrasiya mərhələsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubla X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydinin tərtib edilməsinin qeyrimümkün olması Raniya İbragimovaya izah edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, qəbirtanlıqda qoyulmuş metal xaç üzərində “X5 30.V.1983-10.İİİ.2022” qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nailya İbragimova ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin bacısıdır. Bilir ki, bacısının əri X5 xx.xx.2022-ci il tarixdə ölmüş və həmin tarixdə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X2 bacısıdır. Qardaşı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anasının evində ölmüş və Dədə Qorqud qəbirtanlığında dəfn olunmuşdur. Qardaşı vərəm xəstəsi idi. Ölüm haqqında şəhadətnamənin alınması üçün o, dörd gün sonra müraciət etdi, lakin ona bildirdilər ki, bir gün gecikib və sənədi artıq ancaq məhkəmə yolu ilə almaq olar. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4777/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4777/2022
20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver