Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4780/2022 24.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, X2 15 may 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 15 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qardaşı X4 xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Daşkənd kəndində anadan olmuşdur. Mərhum qardaşı ümumi xəstəliklər nəticəsində xx.xx.2022-ci il tarixində ev şəraitində qəflətən vəfat etmişdir. Bu barədə təcili yardım xidmətinə məlumat vermiş, hadisə yerinə gəlmiş təcili yardım xidmətinin əməkdaşları baxış keçirmiş, müvafiq sənəd tərtib edərək, bir nüsxəsini ona təqdim etmişlər. Bundan sonra ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsədə maraqlı şəxs ona xx.xx.2022-ci il tarixli məktubla ölüm haqqında çəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Sonda ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, habelə onlar tərəfindən ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, ərizəçi onun dostudur, telefonla əlaqə saxlayıb mərhum qardaşının vəfat etməsini bildirdi. Dəfndə iştirak edə bilməsədə, lakin qırx mərasimiində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, mərhum qardaşımın ürəyində problem var idi qəfldən rəhmətə getdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X2 qardaşıdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. - ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 15 may 2022-ci il tarixdə, saat 23:30-da ünvan 1 ünvanında X2 meyidi aşkar edilmişdir. - Bakı Baş Səhiyyə X11 Şəxs “9 nömrəli poliklinika” tərəfindən verilmiş məktubda göstərilmişdir ki, 1954-cü il təvəllüdlü X6 axırıncı dəfə 2019-cu ildə poliklinikaya müraciət etmiş, pasiyentin ölümünə səbəb olacaq diaqnoz olmadığı üçün və ölümünün səbəbi bilinmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, şahid ifadələri, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 15 may 2022-ci il tarixdə Bakı şəhərində ürək çatışmazlığından ölməsi müəyyn olundur və ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, ərizəçi qardaşı X2 15 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X2 15 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4780/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4780/2022
24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver