Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4788/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, X10 onun bacısıdır. O, xx.xx.1973-cü il tarixdə Ermənistanın Spitak rayonunun Qursalı kəndində doğulmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində kirayə yaşadığı evdə ölmüşdür. Bacısı süpürgəçi işləyirdi. Bir gün özünü pis hiss edib işdən evə gəldi, bir müddət sonra da halı dəyişdi və vəfat etdi. Onlar dərhal 103 çağrı mərkəzinə zəng vurdular, TTYŞ-nin 5 saylı bölməsindən həkim briqadası gəldi, lakin briqada gələndə ərizəçinin bacısı artıq ölmüşdür. Həkimlər saat 15:53-də gələrək ərizəçinin bacısının nəbzini yoxladadıqdan sonra onun öldüyünü təsdiqlədilər. Ondan sonra həkimlər bu barədə polisə məlumat verdilər. Həkim tərəfindən onlara Ölüm haqqında xəbərdarlıq vərəqəsi verildi. Həmin vərəqədə ölümün ilkin səbəbi qrafasında “... oğlunun sözlərilə bir neçə ildir hipertoniya xəstəliyindən əziyyət çəkir” qeydi aparılmışdır. Ərizəçi həmin vərəqəni götürərək ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” X20 10 saylı poliklinikasına getdi. Lakin ona mərhumun sonuncu dəfə müraciətinin xx.xx.2018-ci ildə “KRX. Arterial hipertenziya” diaqnozu ilə olması bildirilmiş və sonrakı müddətdə poliklinikaya heç bir diaqnozla müraciət etmədiyini, qəfləti ölüm olduğu üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən poliklinika tərəfindən imtina edilmişdir. Ölüm haqqında xəbərdarlıq vərəqəsi isə ona poliklinika tərəfindən qaytarılmadı. Hal-hazırda ölüm haqqında şəhadətnamə olmadığına görə bacısına dövlətdən verilməli olan pulu ala bilmir və nəticə etibarilə nə yasını istədiyi kimi verə bildi, nə də ki, baş daşını qoya bilmir. Ona görə də, ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X7 və xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi atası X18, anası isə X2r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə Novruzov Nəsrəddin Vəkil oğlu ilə rəsmi nikaha daxil olmuş və ona Novruzova soyadı verilmişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəsi” X17 10 №-li şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 376 saylı cavab məktubunda göstərilmişdir ki, “ ... ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2022-ci il tarixdə saat 15:53-də ünvan 2 ünvanında vəfat etmiş xx.xx.1973-cü il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdən Binəqədi rayonu 6 saylı BŞX-nın poliklinika şöbəsində ambulator qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdən Binəqədi rayonu 10 saylı şəhər poliklinikasına köçürülmüşdür. Mərhumun poliklinikaya son müraciət tarixi xx.xx.2018-ci ildə “KRX. Arterial hipertenziya” diaqnozu ilə olmuşdur. Sonrakı müddətdə poliklinikaya heç bir diaqnozla müraciət etməmişdir. Qəfləti ölüm olduğu üçün ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi imtina edilmişdir”. İş materiallarında olan Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Bakı şəhər Təcili və X9 Stansiyası” X17 xx.xx.2022-ci il tarixli, 174 saylı cavab məktubunda göstərilmişdir ki, “ ... xx.xx.2022-ci il tarixdə saat 15:34-də “103” xidmətinə ünvan 3 ünvanından Cəmilə Namazovanın adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi Vaqif Əfəndiyev icra edərək, ünvanda X6 məxsus meyit ilə rastlaşmış, “Qadın cinsli meyit. Həkimə qədər ölüm” diaqnozu qoyulmuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Meyit 7-ci polis bölməsinin kapitanı Abdürrəhmanova təhvil verilmiş və hadisə barədə 7-ci polis bölməsinin baş serjantı Sultanov məlumatlandırılmışdır”. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş ‘Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X5 qonşusu olmuşdur. Zərminə süpürgəçi işləyirdi. Bir gün evə gəldi, özünü pis hiss edirdi. Sonradan xəbər yayıldı ki, Zərminə ölüb. Dərhal onun yaşadığı evə getdi və öldüyünü gözü ilə gördü. Tarixi dəqiq deyə bilməyəcək, amma bu ilin may ayında idi. Dəfndə şəxsən iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X5 qonşusu olmuşdur. Zərminə süpürgəçi işləyirdi. Bir gün evə gəldi, uşaqlara dedi ki, səs eləməyin, başım ağrayır. Birdən xəbər gəldi ki, Zərminə ölüb. Dərhal onun yaşadığı evə getdi və öldüyünü gözü ilə gördü. Dəfndə şəxsən iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X5 qonşusu olmuşdur. Zərminə süpürgəçi işləyirdi. xx.xx.2022-ci il tarixdə eşitdi ki, Zərminə ölüb. Dərhal onun yaşadığı evə getdi və öldüyünü gözü ilə gördü. Dəfndə şəxsən iştirak edib. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il tarixdə Ermənistanın Spitak rayonunun Qursalı kəndində doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Ermənistanın Spitak rayonunun Qursalı kəndində doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4788/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4788/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver