Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4801/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, X8 1971-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 25 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 07 yanvar 1966-cı il tarixdə doğulmuş X5nun 1971-ci ildə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxx 1963-cü il tarixdə Quba rayonunda doğulmuş, Bakı şəhərində yaşamışdır. X5 07 yanvar 1966-cı il tarixdə doğulmuş, 1971-ci ildə vəfat etmişdir. X1 23 sentyabr 2009-cu il tarixdə, atası X6 isə 02 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik işi ilə əlaqədar qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, qardaşının ölüm haqqınd aşəhadətnaməsinin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən 09 mart 2023-cü il tarixdə verilmiş arayışa əsasən müəyyən olunmuşdur ki, X12 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs 1967-1973-cü illərə dair ilkin, 1971-1977-ci illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Sonradan o, qardaşının adına ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsə də, şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı plüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. Ona görə də, şöbə tərəfindən aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan başqa, mərhum qardaşının adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi barədə Bakı şəhəri 26 saylı Şəhər Poliklinikasına sorğu verilmişdir. Lakin, sorğuya cavab olaraq bildirilmişdir ki, poliklinika tərəfindən X8 adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. O, qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun əmisinəvəsidir. Əmisinin Arif adlı nəvəzini elektrik cərəyanı vuraraq öldürmüşdür. Mərhum Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 digər şahid V.B.Cəfərovun ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - Doğum haqqında akt qeydindən çıxarışdan və doğum haqqında şəhadətnamədən görünür ki, X12 07 yanvar 1966-cı il tarixdə doğulmuşdur. Ərizəçi onun qardaşıdır. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X12 barəsində Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1967-1973-cü illərə dair ilkin, 1971-1977-ci illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 29 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “1970-1971-ci illər tarixində vəfat etmiş qardaşınız olan X8 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkan xaricindədir.” - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi “26 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “07 yanvar 1966-cı il təvəllüdlü mərhum X8 adına müəssisəmiz tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X8 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi X5nun 1971-ci ildə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 07 yanvar 1966-cı il tarixdə doğulmuş X8 1971-ci ildə vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4801/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4801/2023
25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver