Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4815/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 may 1987-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 5-də yerləşən 19 saylı evdə 27 sentyabr 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 5-də yerləşən 19 saylı evdə qeydiyyatda olmuş və yaşamış 29 may 1987-ci il təvəllüdlü X4 onun doğma qardaşıdır. Qardaşı 27 sentyabr 2021-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı evdə halı pisləşmiş və vəfat etmişdir. Qardaşının halı pisləşdiyi üçün Təcili və X3 Stansiyasına müraciət edərək, evlərinə həkim briqasının gəlməsini xahiş etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ Təcili və X3 Şöbəsi tərəfindən evlərinə gələn həkim bildirmişdir ki, artıq qardaşı keçinmişdir. Mərhum qardaşı üçün ölüm haqqında şəhadətnamə almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmin xəstəxana tərəfindən ona 2013 nömrəli, 29 dekabr 2021-ci il tarixli məktub verilərək qardaşının ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin sənədlər ilə birlikdə o, Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin qurum tərəfindən ona 08 yanvar 2022-ci il tarixli məktub verilərək, qardaşına ölüm haqqında şəhadətnamə almaqdan ötrü aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Qardaşı 28 sentyabr 2021-ci il tarixdə Novxanı kənd qəbrstanlığnda dəfn olunmuşdur. Abşeron Rayon Novxanı Bələdiyyəsi tərəfindən ona 192 nömrəli, 14 iyun 2022-ci il tarixli arayış verilmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki faktın müəyyən edilməsi ona vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalasıdır. Onlar Xırdalan şəhərində qonşuluqda yaşayırlar. 26 sentyabr 2021-ci il tarixdə Cəmil onlara qonaq gəlmiş, lakin səhhətinin pis olduğunu bildirərək evə qayıtmışdır. Səhəri gün isə halı yenə pisləşmiş və o, ərizəçi ilə birlikdə Cəmili xəstəxanaya aparmışdır. Xəstəxanadan evə gəldikdə Cəmilin vəziyyəti qəflətən pisləşmiş və evdə keçinmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalası oğludur. Onlar Xırdalan şəhərində qonşuluqda yaşayırlar. Cəmil uzun müddət idi ki, xəstə idi. 27 sentyabr 2021-ci il tarixdə ağlaşma səsi eşitdiyinə görə ərizəçinin evinə getmiş və Cəmilin artıq vəfat etdiyini görmüşdür. O, yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin rəfiqəsidir. 27 sentyabr 2021-ci il tarixdə ərizəçi ona zəng edərək bildirmişdir ki, qardaşı Cəmil rəhmətə getmişdir. O, tez yığışıb ərizəçinin evinə getmişdir. O, yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: Xİİ-ЖГ 426503 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 29 may 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İbrahimov Nizami, anası isə Məmmədova Lalədir; AZE 14936647 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 may 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, döngə 6, ev 19-dur; Təcili və X3 Stansiyası tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, saat 20:00-da Xırdalan şəhəri, S.Bəhlulzadə ünvanında X1 meyidi aşkar olunmuşdur; Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ərizəçiyə ünvanlanmış 29 dekabr 2021-ci il tarixli, 2013 nömrəli məktubdan görünür ki, X1 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmir; Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 08 yanvar 2022-ci il tarixli, 05/Q-30/15 nömrəli məktubdan görünür ki, onun qardaşı üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir; Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 192 nömrəli arayışdan görünür ki, X4 28 sentyabr 2021-ci il tarixdə Novxanı qəbristanlığında dəfn olunmuşdur; 06 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəmədə qaldırılması üçün ərizəçi tərəfindən məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X4 27 sentyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin qardaşının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 may 1987-ci il təvəllüdlü X1 27 sentyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 29 may 1987-ci il təvəllüdlü X1 27 sentyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4815/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4815/2022
14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver