Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4827/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X7 14 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 10 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 aprel 1948-ci il təvəllüdlü atası X7 14 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçinin atası 18 aprel 1948-ci il təvəllüdlü X7 14 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında səhhəti pisləşmiş, ailə üzvləri dərhal təcili tibbi yardım çağırmış, Əmir Eyvazov xəstəxanaya aparılsa da, qəbul şöbəsində ürək tutmasından vəfat etmişdir. Bununla bağlı Təcili və X2 Stansiyasının 8 saylı bölməsinin müvafiq arayışı da verilmişdir. Mərhum mövcud pandemiya səbəbindən yas mərasimi keçirilmədən dəfn edilmişdir. Ərizəçi mərhum atasının vəfatı ilə bağlı zəruri sənədləşmə işlərini vaxtında etmədiyindən, sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün 1 saylı “ASAN xidmət” X3nə müraciət etsə də, sonuncu tərəfindən müraciətinin icrasından imtina olunmuş, ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” X5 məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, habelə onlar tərəfindən ərizəyə yazılı münasibət bildirilməmişdir. Mülki iş materiallarında olan: - ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 14 aprel 2021-ci il tarixdə, saat 14:46-da X4 modulun qəbul şöbəsində vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli arayışdan görünür ki, mərhum X8 14 aprel 2021-ci il tarixdə Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsində yerləşən 3 saylı qəbirstanlıqda dəfn olunmuşdur. - Ə.D.Məlikov adına “X10” PHŞ tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli arayışda göstərilmişdir ki, 18 aprel 1948-ci il təvəllüdlü X4 modulun qəbul şöbəsində 14 aprel 2021-ci il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşı X1 Ə.D.Məlikov adına “X10” PHŞpoliklinika şöbəsinə ambulator şöbəsinə gec müraciət etdiyi üçün ona ölüm haqqında 106 saylı tibbi şəhadətnamə verilmir. - 1 saylı Bakı “ASAN xidmət” X3 tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə görə ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırkı halda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. Həmçinin həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarından olan Ə.D.Məlikov adına “X10” PHŞ tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli arayışdan görünür ki, 18 aprel 1948-ci il təvəllüdlü X4 modulun qəbul şöbəsində 14 aprel 2021-ci il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşı X1 Ə.D.Məlikov adına “X10” PHŞ-poliklinika şöbəsinə ambulator şöbəsinə gec müraciət etdiyi üçün ona ölüm haqqında 106 saylı tibbi şəhadətnamə verilmir. Göründüyü kimi ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X8 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Beləliklə məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X7 14 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəsi təmin edilsin. 18 aprel 1948-ci il tarixdə doğulmuş X7 14 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4827/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4827/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver