Məhkəmə qərarları › İş №2(001)-4962/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4962/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4962/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadiqov Daməd Əli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının tanınması” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il təvəllüdlü X1nın xx.xx.2024-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Bildirir ki, o, xx.xx.1939-cu il təvəllüdlü X1 və digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində anası yanında olarkən vəfat etmişdir. Anasının ölüm səbəbi isə 10 günə yaxındır ki, müşahidə edilən xəstəlik (soyuqdəymə) olmuşdur. Onlar anasının müalicə olunaraq sağalması üçün əllərindən gələni etmişlər. Lakin bu müalicələr heç bir fayda verməmişdir. Buna təbii ki anasının yaşının çox olması da təsir etmişdir. Nəticədə isə xx.xx.1939-cu il təvəllüdlü 85 yaşlı X1 ciyərlərində yaranmış xəstəlik səbəbilə 19 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra onlar təcili tibbi yardıma xəbər vermişlər. Nəticədə gələn həkimlər də anasının öldüyünü təsdiqləmişlər. Bunun nəticəsində “Bakı şəhər Təcili və X6 Stansiyası" PHŞ tərəfindən 19 iyun 2024-cü il, 01380 nömrəli, ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Bu vərəqdən də görünür ki, xx.xx.1939-cu il təvəllüdlü 85 yaşlı X1 19 iyun 2024-cü il tarixində ölmüşdür. Ölümün ilkin səbəbi olaraq isə həkiməqədər ölüm qeyd edilib. Bu da anasının artıq həkim gələnədək vəfat etmiş olmasını təsdiq edir. Buna baxmayaraq, anasının ölüm faktı bu faktı təsdiqləməli olan orqanlar tərəfindən təsdiq edilməmişdir. Buna görə də, o, anasının vəfatından sonra müxtəlif orqanlara bu məsələ ilə bağlı müraciətlər etmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "Bakı Baş Səhiyyə Mərkəzi" X18 Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli cavabı verilmişdir. Bu cavabda onun bu məsələ ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin, o, maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etmişdir. Lakin anasının vəfat etməsinə rəğmən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs onun bu müraciətinə də 5 iyul 2024-cü il tarixli, 3-16-5/7-60-1116/24 nömrəli cavabı ilə imtina vermişdir. Nəticədə anasının ölüm faktı rəsmi olaraq tanınmamış və ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Buna görə də, bu məsələ düşünür ki, qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən həll edilməlidir. Yuxarıda qeyd etdiyi kimi onun anasının ölüm faktını təsdiq edən lazımi bəzi sənədlərdə vardır. Belə ki, "'Bakı şəhər Təcili və X6 Stansiyası" PHŞ tərəfindən tərtib olunmuş 19 iyun 2024cü il, 01380 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsi də anasının 19 iyun tarixində vəfat etdiyini təsdiq edir. Lakin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs öz imtina cavabında qeyd etdiyi ölüm haqqında tibbi şəhadətnamə mövcud olmadığı üçün anasının ölüm faktı rəsmi şəkildə təsdiq edilməmişdir. Buna baxmayaraq, yuxarıda qeyd etdiyi sənədlər və anasının xəstəliyi səbəbilə vəfat etməsi bu məsələnin həll edilməsi üçün əsas tutulmalıdır. Çünki işin faktiki hallarından da görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X1 həqiqətən də 19 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Bütün bunlara görə də, düşünür ki, xx.xx.1939-cu il təvəllüdlü X1nın 19 iyun 2024-cü il tarixdə ölüm faktının tanınmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, ərizəçi onun böyük bacısıdır. X1 19 iyun 2024-cü il tarixdə Bakıda evdə vəfat etmişdir. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun xalasıdır. Onun nənəsi X7 Bakıda xalasının evində vəfat etmiş, onu babasının yanında dəfn etmişdirlər. Məhkəmədə şahid X11 ifadəsində göstərdi ki, ərizəçi onun bibisidir. Onun nənəsi X7 Bakıda evdə vəfat etmiş, onu babasının yanında Şəkidə dəfn etmişdirlər. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İ-ИЕ seriyalı 006597 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X4 atası X10, anası isə X2r. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ Xocasən Sağlamlıq Mərkəzinin Ərizəçi qızına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1nın daimi qeydiyyatı Şəki rayonu Baş Küngüt kəndi olduğundan və heç zaman Xocasəm Sağlamlıq Mərkəzinə müraciəti olmadığından onun vəfatı ilə bağlı müvafiq sənədin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X1nın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Təcili və X6 Stansiyasının “ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:55-də ünvan 4 ünvanında yaşayan X3 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X3 meyidini aşkar etmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1939-cu il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1939-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1939-cu ildə təvəllüdlü X7 Bakı şəhəri, ünvan 1-də xx.xx.2024-cü ildə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar