Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4963/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra maraqlı şəxsin əvəzləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü oğlu X3 xx.xx.2024-cü il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü oğlu X6 xx.xx.2024-cü il tarixdə evdə vəfat etmişdir. X2 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2 saylı qəbristanlıqda dəfn edilmişdir. Bu barədə Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. 15 nömrəli Şəhər poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş cavabda ünvan 1 ünvanında vəfat etmiş X3 15 nömrəli poliklinikaya müraciəti qeydə alınmadığından poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilmədiyi göstərilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı tərəfindən 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsinin tövsiyə olunması barədə xx.xx.2024-cü il tarixdə cavab məktubu verilmişdir. Sənədlərdən də göründüyü kimi məlum səbəblərdən həkimin tibbi şəhdətnaməsinin alınması mümkün olmamışdır. Tibbi şəhadətnamə olmadan ölüm haqqında şəhadətnamə alınması mümkün deyildir və X2nun poliklinikada qeydiyyatda olmaması səbəbindən həkimin ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi mümükünsüzdür. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırki faktın müəyyən edilməsi sənədləşmə işləri üçün vacib rol oynayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirmişdir ki, X2 qaynı olub. Mərhumun onkoloji xəstəliyi olmuşdur. Mərhum qaynı xx.xx.2024-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Mərhum Binəqədi rayonu Biləcəri qəbiristanlığında, qaynatasının yanında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, mərhumun əmisi nəvəsidir. Mərhumun onkoloji xəstəliyi olmuşdur. Mərhum xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Binəqədi rayonu Biləcəri qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi ilə uzaq qohumdurlar. X1 onkoloji xəstəlikdən əziyyət çəkmiş və xx.xx.2024-cü il tarixdə onu görməyə gəlmişlər. Elə həmin gün xəstənin vəziyyəti pisləşmiş və vəfat etmişdir. Mərhum Binəqədi rayonu Biləcəri qəbiristanlığında dəfn olunub. İş materiallarında olan: АЗБ-126058 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X3 atası Dünyamalı Kərimov, anası Ərizəçidır. Təcili və X7 Stansiyasının 17 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:50-də Biləcəri, Xəqani 8, həyət evində X3 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. 1 saylı Bakı “Asan Xidmət” məkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat edən oğlu - X6 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Buna görə də məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 1 saylı Bakı “Asan Xidmət” məkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. 15 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X3 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkanları xaricindədir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin oğlu - xx.xx.1970-ci il təvəllüdlü oğlu X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4963/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4963/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver