Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4982/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 6 saylı Mediasiya təşkilatının MŞB/6-00727 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməsini və xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasının hesabına ödədiyi 200 manat məbləğində pulun X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MŞB/6-00727 nömrəli Barışıq Sazişi ilə tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə, 113 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2023-cü təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2023cü təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 235 manat miqdarında alimenti birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Birinci tərəf kimi çıxış edən Ərizəçi övladı xx.xx.2023-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə həftədə bir dəfə özünün, yəni Ərizəçi iştirakı ilə 2 saat ünsiyyətinə-görüşünə etiraz etməməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, onunla Maraqlı şəxs arasında 10 sentyabr 2016-cı il tarixdə Cəbrayıl rayon Qeydiyyat Şöbəsində bağlanmış, 113 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Göründüyü kimi barışıq sazişinin tərəfi olaraq birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək hər ay 235 manat Maraqlı şəxs aliment ödənilməsi ilə bağlı razılığa gəlsələr də, hazırki vaxtadak aliment ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Halbuki, uşağın sağlamlığı, təhsili və tərbiyəsi ilə şəxsən məşğul olur. Bu da maddi baxımdan müəyyən çətinliklər yaradır. Barışıq sazişinin məzmunu aşağıdakı kimidir: 2.1. Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə 113 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. 2.3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4. Birinci tərəf kimi çıxış edən Ərizəçi övladı xx.xx.2023-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə həftədə bir dəfə özünün, yəni Ərizəçi iştirakı ilə 2 saat ünsiyyətinə (görüşünə) etiraz etmir. Qeyd olunanlara əsasən ərizəçi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi verdiyi izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin əsdiq edilməsi üçün əsasların qismən olduğunu nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixli MŞB/6-00727 saylı barışıq sazişinin İ bəndi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə barışıq sazişinin 1-ci bəndi ilə bağlı qeyd edir ki, nikah məhkəmə qaydasında pozulmalı olduğundan, barışıq sazişinin İ bəndi xüsusi icraat qaydasında təsdiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00727 saylı Barışıq sazişinin İİ, İİİ və İV bəndləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Bununla bağlı məhkəmə hesab edir ki, sadalanan qanunların mənasına görə ayrıca icraatda baxılmasına baxmayaraq aliment tutulması ilə bağlı işlər üzrə tələb hüququ olan şəxslər dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə ödənilməli olan 100 (bir yüz) manat məbləğində ödvlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət nəfinə ödənilməli, mediasiya xərci kimi ərizəçi tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X2 tərəfindən təsdiq olunmuş MŞB/6-00727 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalmasına etiraz etmir. 2.3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4. Birinci tərəf kimi çıxış edən Ərizəçi övladı xx.xx.2023-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs ilə həftədə bir dəfə özünün, yəni Ərizəçi iştirakı ilə 2 saat ünsiyyətinə (görüşünə) etiraz etmir. Barışıq sazişi aliment hissədə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Ərizəçi tərəfindən ödənilmiş 200 (iki yüz) mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-4982/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4982/2024
02.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver