Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5004/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X3 17.11.2020-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin atası X8 17.11.2020-ci il tarixdə ünvan 1 ünvanında intihar etmişdir. Hadisə ilə bağlı 17.11.2020-ci il tarixdə saat 19:13-də Abşeron Rayon Polis İdarəsinə məlumat verilmişdir. Abşeron Rayon Prokurorluğu tərəfindən 17.12.2020-ci il tarixli qərarına əsasən hadisə ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Ölümün qeydə alınması ilə bağlı Binəqədi rayon Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirdiki, atası psixi xəstəlikdən əziyyət çəkirdi. Ölümündən 1 (bir) il öncə damarlarını kəsərək, intihara cəhd etmişdir. Daha sonra isə özünü asaraq intihar etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 01.06.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X11 Bakı şəhər Baş Səhiyyə İdarəsi Xocəsən Sağlamlıq Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Xocasən Sağlamlıq Mərkəzində qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan mərhum X8 17.11.2020-ci il tarixdə vəfat etmişdir. F.106 almaq üçün oğlu Ərizəçi Xocasən Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Mərhum intihar etdiyi üçün forma 106-nı Binəqədi rayon Tibbi Ekspertizasından almalıdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, aparılmış araşdırma zamanı X3 intihar etməsi faktında hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CMP-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X4 Yardım Şöbəsindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 17.11.2020-ci il tarixdə saat 22:06-da ünvan 3 ünvanında X1 cinsli meyiti aşkar olunmuş, meyitin boğazında kəndir izləri olması qeyd edilmişdir. Məhkəmənin iclasında iştirak edən şahid X7 izahatında bildirdi ki, o, ərizəçinin qardaşıdır. Həyətdə olan əldamına yaxınlaşan zaman atasının ipdə asılmış vəziyyətdə görmüşdür. Mərhumu saat 7-də görsədə, ekspert hadisənin saat 3-də olduğunu bildirmişdir. Dərhal 102 xidmətinə müraciət etmiş, həmin vaxt anası, bacısı və qardaşı işdə olmuşdur. Mərhumun psixikası pozulduğundan intihar etməyi özünə məqsəd kimi qoymuşdur. Məhkəmənin iclasında iştirak edən şahid X2 izahatında bildirdi ki, o, ərizəçinin dostudur, işdən evə gedərkən mərhumun oğlu Ümid zəng edib atasının intihar etdiyini bildirmişdir. Dərhal ora getmiş, mərhumun özünü asdığını görmüş, dəfn mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin E.Yolçuyevin ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X3 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi E.Yolçuyevin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 17.11.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.04.1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş X3 17.11.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5004/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5004/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver