Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5042/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, X7 xx.xx.1996-cı ildə Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü oğlu X7 xx.xx.1996-cı ildə yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında vəfat etmiş və Sabirabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Savadsız olduqlarından həmin vaxt oğlunun ölümü barədə şəhadətnamə almaq üçün müvafiq orqana müraciət etməmişlər. Hazırda təqaüd almaq üçün ona oğlunun ölüm şəhadətnaməsi lazımdır. Onlar əvvəlcə oğlunun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsindən ona imtina verilərək izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O qeyd edir ki, oğlu X7 xx.xx.1996-cı ildə yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında vəfat etməsini və Sabirabad şəhər qəbirstanlığında dəfn edilməsinin doğruluğunu şahidləri də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun arvadıdır. Mərhum Sənan onun oğludur, xəstəlikdən əziyyət çəkirdi. Mərhum xx.xx.1996-cı il tarixdə yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X1 bildirdi ki, ərizəçi onun dayısı arvadıdır. X15 isə onun dayısıoğludur. Sənan xəstəlikdən əziyyət çəkirdi. Dayısıoğlu xx.xx.1996-cı il tarixdə yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Хİİİ-ЖГ 295899 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 atası X8, anası isə Ərizəçidır. İV-ЖГ seriyalı 264065 nömrəli “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə Ərizəçi xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 85 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmək barədə xx.xx.2023-cü il tarixli rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1988-cı ildə ünvan 3 ünvanında yaşamış və 1996-cı ilin martında yaşadığı evdə vəfat etmiş X3 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, imza edənlər X4, X5, X6 həmin aktı tərtib etmişlər ki, xx.xx.1988-ci ildə ünvan 4 ünvanda anadan olmuş X7 1996-cı ilin mart ayında vəfat etmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Sabirabad rayonu İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən ünvan 4 ünvanda doğulub yaşamış X7 – xx.xx.1988-ci ildə doğulmuş, 1996-cı ildə vəfat etmiş, Sabirabad şəhəri “Şamaxı” qəbirstanlığında dəfn edilmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü X7 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1988-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X3 yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 4, ev 7 ünvanında xx.xx.1996-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5042/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5042/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver