Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5094/2025 24.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 1969-cu ildə Füzuli rayonunda anadan olmuş X2 27 dekabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X8 29 yanvar 1969-cu ildə Füzuli rayonunda anadan olmuşdur. O, 27 dekabr 2024-cü il tarixdə Bakı şəhərində qəfətən vəfat etmişdir. Həmin vaxt Təcili və X10 stansiyasına məlumat versələr də, onlar gələnə kimi atası vəfat etmiş və bu səbəbdən də, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. X15 Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Cəbrayıl rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona izah olunmuşdur ki, şəxsin vəfat etməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi oğlu, X13 isə onun həyat yoldaşı olub. 27 dekabr 2024-cü il tarixdə həyat yoldaşı Məhəmmədəli İbişov ona bildirmişdir ki, ürəyi sıxılır. Onlar təcili yardıma müraciət etmiş, lakin təcili yardım gələnə kimi yoldaşı vəfat etmişdir. O, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, ərizəçinin xalasıdır. X13 27 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, həm də qohumluqları var. X13 27 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: İ-AZ seriyalı 049674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1999-cu il təvəllüdlü Ərizəçi atası X8, anası isə X3r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X18” X17 15 nömrəli şəhər poliklinikası tərəfindən 03 fevral 2025-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 27 dekabr 2024-cü il tarixdə vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü X1 rayon 15 nömrəli Şəhər Polinklinikasında 2007-ci ilə qədər qeydiyyatda olub. Lakin 2007-ci ildən müraciəti qeydə alınmayıb. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkanları xaricindədir. Təcili və X10 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:55-də ünvan 2 ünvanında X2 adına çağırış olmuş və kişi cinsli meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. X5 15 yanvar 2025-ci il tarixli, 28 nömrəli arayışından görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbristanlığındadəfn olunmuşdur. Məzar daşını əks etdirən 1 ədəd fotoşəkildən görünür ki, X8 xx.xx.1969-cu ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, eləcə də dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin əri – xx.xx.1969-cu il tarixdə Füzuli rayonunda anadan olmuş X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki işdən görünür ki, iş üzrə ərizəçi Cəbrayıl rayonundan olan məcburi köçkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Füzuli rayonunda anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5094/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5094/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver