Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5097/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində qəflətən vəfat etmiş və həmin vaxt X15 çağırılmışdır. "Sumqayıt Tibb Mərkəzi" X14 X15 Stansiyası tərəfindən 27 yanvar 2023-cü il tarixdə verilmiş cavabda X4 adına çağırış daxil olması, meyitinin aşkar edilməsi və polis əməkdaşlarına təhvil verilməsi göstərilmişdir. Bu səbəbdən də X15ın xəbərdarlıq vərəqəsinin alınması mümkün olmamışdır. Mərhum X2 rayon Səngəçal qəsəbəsində yerləşən Sofihəmid qəbiristanlığında dəfn edilmişdir. Bu barədə Səngəçal Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. Həmçinin 15 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş cavabda onun poliklinikaya müraciət etməməsi, xəstə kimi qeydiyyata alınmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmaması göstərilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Fərdi yaşayış evinə aid kommunal xidmətlər ərinin adına olmuşdur. Hazırda müqavilələrin onun adına dəyişdirilməsi, yeni müqavilələrin bağlanması üçün ölüm haqında şəhadətnamə tələb olunur. Göründüyü kimi məlum səbəblərdən həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır, mərhum Saday Zərbliyev isə atası idi. xx.xx.2023-cü ildə səhər saat 7-nin yarısında ona zəng edib atasının yıxıldığını və xəstəxanaya apardıldığı barədə xəbər veriblər. O, xəstəxanaya çatdıqda isə artıq atası vəfat etmişdi. Atasının ürəyi ilə bağlı hər hansısa bir probelemi olmayıb, şəkər xəstəsi olub. X1 xx.xx.2023-cü il tarixində öldüyünü təsdiq edir.
5. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirdi ki, mərhum Saday Zərbəliyev onun əmisi idi. Mərhum əmisi xx.xx.2023-cü il tarixdə işdə yıxılaraq vəfat etmişdir. Onun dəfn mərasimində işirak etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
Mülki işin materialları:
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X14 X15 Stansiyasının xx.xx.2023-cü il tarixli, 245 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 07:40-da ünvan 1 ünvanına 1961-ci il təvəllüdlü X4 adına 119 saylı çağırış olmuşdur. Həmin ünvana çatdıqda isə X4 meyiti palçığa bulaşmış vəziyyətdə aşkar edilmiş, lakin mərhum palçığa bulandığı üçün onu tam müayinə etmək mümkün olmamışdır.
9. Bakı şəhəri, Qaradağ rayonu Səngəçal bələdiyyəsinin 27 mart 2023-cü il tarixli, 02/09 saylı məktubundan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən Sofihəmid qəbiristanlığında dəfn edilmişdir.
10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzi Publik Hüquqi Şəxs, 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 33 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməmiş, adına ambulator kart açılmamışdır. Xəstə kimi dispanser qeydiyyata alınmamışdır. Xəstəliklə bağlı qeydiyyata alınmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümükün deyil.
11. Bakı şəhəri Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası MPM-nin:
12. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
22. Mülki işin materiallarından da görünür ki, Ərizəçi ərinin ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin əri X4 ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
24. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi əri Saday Zərbəliyevin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıolduğu üçün təmin edilməlidir.
27. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova