Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5100/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum atası şair Həsənov Səfərə (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyi və “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin Həsənov Səfərə məxsus olmasının müəyyən edilməsi qaydasında təkzib yayımlanması, Cavabdeh mərhum atası şair Həsənov Səfərə (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyinə görə müəllifin vərəsələrindən və oxucularından üzr istəməsi, Cavabdeh öz adı altında çap etdirdiyi kitabların bütün nüsxələrinin yığışdırılması və kitabların nüsxələrinin məhv edilməsi, Cavabdeh tərəfindən iddiaçının mərhum atası şair Həsənov Səfərin müəlliflik hüquqlarının pozulması ilə əlaqədar 2-ci kitabın yayımlanmasından, o cümlədən satış yolu ilə yayımlanmasından əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 5.000 manat məbləğində kompensasiyanın tutulması, iddiaçının mərhum atası şair Həsənov Səfərin əsərlərindən istifadəyə görə 55.000 manat qonorar, 10.000 manat məbləğində vərəsə kimi ona dəymiş maddi zərərin əvəzi, 75.000 manat məbləğində mənəvi zərərin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi imzalanmadığından, əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onun imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzlandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi imzalanmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pozulmuş müəlliflik hüquqlarının bərpası, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5100/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5100/2022
02.08.2022 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver