Məhkəmə qərarları › İş №2(001)-5138/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5138/2022

02.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5138/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, X1 09 iyun 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 02 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X1 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, anası X3 ankoloji xəstəliyindən əziyyət çəkmişdir. 08 iyun 2022-ci il tarixdə gecə yatmış, 09 iyun 2022-ci il tarixdə səhər saatlarında yuxuda olan vaxt vəfat etmişdir. X10 gələndə artıq anası vəfat etmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi verilmişdir. Ailə üzvlərinin başı dəfn mərasiminə qarışdığından, ölüm haqqında şəhadətnamənin alınması üçün vaxtında müvafiq orqana müraciət etməmişdirlər. Anası Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, habelə onlar tərəfindən ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum onun anası olmuşdur. Anası ankoloji xəstəlikdən əziyyət çəkmiş, əməliyyat olunmuş, həkimlər vəziyyətinin yaxşı olduğunu demişlər. Lakin 09 iyun 2022-ci il tarixdə gecə yatarkən vəfat etmiş, Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X1 qızıdır. - ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 06:40-da ünvan 1 ünvanında 63 yaşlı X1 meyiti aşkar edilmişdir. - 18 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X3 09 iyun 2022-ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. - Bakı Baş Səhiyyə Mərkəzi “3 nömrəli şəhər poliklinikası” tərəfindən verilmiş məktubda göstərilmişdir ki, 29 dekabr 1958-ci il təvəllüdlü X1 ölümü qəfləti olduğundan və ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. - Maraqlı şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X1 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 29 dekabr 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 09 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar