Məhkəmə qərarları › İş №2(001)-5160/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5160/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5160/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 03 avqust 1956-cı il təvəllüdlü qardaşı X2 08 may 2021-ci il tarixdə ölmüşdür. Ərizəçi bu günə qədər də ölümü təsdiq edən sənədi ala bilməmiş, lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə eyni zamanda məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda məhkəməyə bildirdi ki, əmisi X1 arvadı və uşaqları yoxdur və ona görə də, sənədləşmə işləri ilə qardaşı Ərizəçin məşquldur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən 08.07.2021-ci il tarixdə məhkəməyə müraciət edilərək bildirilmişdir ki, ərizəçinin ərizəsinə maraqlı şəxs tərəfindən etiraz edilmir və işin həlli məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş arayışdan görünür ki, X2 08.05.2021-ci il tarixdə Binəqədi kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 04.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə qardaşı X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi dostunun atasıdır, ölən şəxs isə əmisi. X2 08.05.2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Binəqədi kənd gəbirstanlığında dəfn edilmişdir. O, bənnadır və qəbirin içini özü hörmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi dostunun atasıdır, ölən şəxs isə əmisi. X2 08.05.2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Binəqədi kənd gəbirstanlığında dəfn edilmişdir. O, meyit onlara xəstəxanadan təhvil veriləndən, dəfn edilənədək bütün prosedurlarda şəxsən iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 03.08.1956-cı il təvəllüdlü X1 08.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 03.08.1956-cı il təvəllüdlü X1 08.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar