Məhkəmə qərarları › İş №2(001)-5165/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5165/2025

17.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5165/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *5.*3.2*25-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi; Attestasiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi; *5.*3.2*25-ci il tarixli attestasiya komissiyasının "tutduğu vəzifəyə uyğun deyil" qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi; Əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*25-ci il tarixli 42 nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əvvəlki iş yerinə və vəzifəsinə - forteptano ixtisası üzrə müəllim vəzifəsinə bərpа olunması; *3.*4.2*25-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 il 7 ay fortepiano ixtisası üzrə müəllim vəzifəsində, bu müddətin son 16,5 ilini isə Bakı şəhəri, Binəqədi rayonu 11 nömrəli onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. Bu müddət ərzində (2*18 və 2*22-ci illərdə) 2 dəfə məktəb direktoru tərəfindən əmək kitabçasına yazılmaqla ona "Təşəkkür" elan edilmişdir. 25 dekabr 2*25ci il tarixində Məktəbdən 27 №-li xəbərdarlıq bildirişi almışdır. Bu bildirişdə müəllimlərin attestasiyası keçiriləcəyi barədə məlumat verilirdi. Lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə dəqiq məlumat verilməmişdir. Məktəb direktoru şifahi olaraq bildirmişdir ki, attestasiya 2*25-ci ilin fevral ayının 2-də başlayacaq. Attestasiya fevral ayının 28-də başladı. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli, 97 №-li Qərarına əsasən "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın 1.2-ci bəndinə uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, o, 24 fevral 2*25-ci il tarixində müəllim yoldaşlarından attestasiyanın 28 fevral 2*25-ci il tarixində Bakı Xoreqrafiya Akademiyasında keçiriləcəyini öyrənmişdir. *3 mart 2*25-ci il tarixində mobil telefonuna SMS gələrək onun *5 mart 2*25-cil tarixində Bakı Xoreqrafiya Akademiyasında attestasiya olunacağı barədə məlumat daxil olmuşdur. İddiaçı *5 mart 2*25-ci il tarixində attestasiya keçirilən otağa daxil olarkən attestasiya komissiyasının sədri (bundan sonra komissiya) və üzvlərinin kənar məktəblərdən olduğunu görmüşdür. Komissiyanın tərkibində məktəbdən tək 1 nəfər - məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri X1 olub. Azər müəllim də ixtisasca tar müəllimidir. İddiaçı ani olaraq 25 dekabr 2*24-cü il tarixində məktəbdən verilən "Xəbərdarlıq bildirişini" xatırlamışdır. Bu bildirişdə qeyd edilmişdir ki, müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. Lakin onun attestasiyadan keçəcəyi otaqda 1 nəfər istisna olmaqla məktəbin müəllimlərindən heç kim yox idi. Attestasiya olunan zaman ona müxtəlif yerlərdən suallar verilirdi. Elə bil qəsdən onu çaşdırmağa çalışırdılar. Xüsusən İ.Haydn “Sonata G Dur” əsərini ifa etməyə başlayarkən komissiyanın üzvləri hərəsi bir tərəfdən suallar verərək onu çaşdırmışdırlar. Buna baxmayaraq o əsəri və qammani ifa etmişdir. Daha sonra iddiaçıya 3 sual verilib, lakin sualın düz və ya səhv cavablandırılması barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra isə iddiaçıya şifahi şəkildə attestasiyadan keçmədiyi bildirilmişdir. Attestasiyanın nəticələrinə əsasən *3 aprel 2*25-ci il tarixindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Komissiyanın 29 il 7 ay əmək stajı olan bir müəllimə belə yanaşması və bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsi iddiaçını həddindən artıq təsirləndirmişdir. İddiaçı keçirdiyi həyəcan və stresslərdən bir müddət halsız və çaşqın olmuş, nə edəcəyini bilməmiş, nəhayət 21.*4.2*25-ci il tarixində məktəbə gedərək sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbuletmə tarixini və saatı göstərməklə və imzalamaqla əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi əmrinin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Sənədəri oxuyarkən bilmişdir ki, əmək müqaviləsinə xitam əmrinin giriş hissəsində qeyd olunurdu ki, guya o, Əmək Məcəlləsinin 79-cu maddəsinə aid olub-olmamağı barədə suala cavab verməkdən imtina edib. Bu fikir tamamilə absurd və həqiqətə söykənməyən ağlasığmaz yanlış bir fikirdir. Bundan başqa attestasiya vərəqəsinin 2 bəndinin (7-ci və 1*-cu bənd) kobud səhvlərlə doldurulmuş və 4 bəndinin (8, 9, 11, 12-ci bəndlər) tamamilə doldurulmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*25-ci il tarixli 42 nömrəli əmrindəki məlumatlar Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə ziddir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən tələbi müdafiə edərək bildirmişdir ki, 1995-ci ildən musiqi müəllimi kimi fəaliyyət göstərir. 2**8-ci ildən ailə vəziyyəti ilə əlaqədar Bakıya köçərək, həmin müddətdən hazırkı vaxta qədər musiqi məktəbində müəllim kimi fəaliyyət göstərirmişdir. Mart ayında atesttasiya keçirilib. Atesstasiyadan qabaq bildirildi ki, orada bilik-bacarıq yoxlanacaq. İmtahandan kəsiləcəkləri halda işdən çıxarılacaqları ilə bağlı hər hansı bir məlumat verilməmişdir. O, qammanı ifa etsə də lakin imtahan vaxtı o qərəzli olaraq yanlış istiqamətə yönəldilmişdir. İmtahanda psxioloji təsirlər göstərilir, plandan kənar suallar verilirdi. O, düzgün ifa etsə də imtahan vərəqində cavabladığı kimi qeyd olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbi qəbul etməyək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, imtahan komissiyasının təşkili və imtahanların keçirilməsi nazirlik tərəfindən müəyyən edilir. Hər bir şəxs öz sahəsinə uyğun qiymətləndirilir. Komissiyada qeyd olunub ki, dekabr ayından imtahanların keçirilməsi barədə məktəbə məlumat göndərilib və hazırlaşmaq üçün kifayət qədər vaxt var idi. Lakin iddiaçı imtahandan uğur qazana bilməyib.

5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə1 iddia tələbi ilə razı olmadıqlarını, imtahanın qanuna uyğun formada keçirildiyini bildirdi. Həmçinin qeyd etdi ki, komissiyada məktəbin özünün nümayəndələrinin iştirak etməməsinin əsas səbəbi obyektivliyin təmin olunması olub. İmtahan keçirilməsində əsas məqsəd müəllimlərin peşəkarlığının qiymətləndirilməsidir, atesstasiya keçirilmə qaydası və suallar proqramla müəyyən edilir. Atesstasiya standart olaraq 19-2* dəqiqə çəkir və peşə ilə bağlı suallar verilir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.

Mülki işin materialları:

7. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin *1.*4.2*25-ci il tarixli, 42 nömrəli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi işləyən İddiaçı əmək müqaviləsinə *3.*4.2*25-ci il tarixdən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

8. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 27 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunması barədə 25.12.2*24-cü il tarixdə xəbərdarlıq edilmişdir.

9. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2**8-ci ildə Bakı şəhəri 11 saylı Uşaq Musiqi məktəbinə (sonradan 11 illik musiqi məktəbi) fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş və *3.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

10. 23.*5.2*25-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən cavabdeh tərəf mediasiya prosessində iştirak etməmişdir.

11. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin 25.12.2*24-cü il tarixli, 2*2 nömrəli əmrinə əsasən AR Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri AR NK-nin 2**1-ci il 23 may tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2*25-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyanın keçirilməsi əmr edilmişdir.

12. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair *5.*3.2*25-ci il tarixli, 1 nömrəli Protokoluna əsasən A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri İddiaçı və digərlərinin tutduqları vəzifələrə uyğun hesab edilməmələri qərara alınmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

13. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

14. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

15. 65-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2-ci hissəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

16. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

17. 7*-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər:

18. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

19. 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

20. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;

21. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

22. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun:

23. 34.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

24. 35.1 maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

25. 35.2 maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:

26. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

27. 2.3-cü maddəsinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

28. 2.4-cü maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

29. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

34. Müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində *5.*3.2*25-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi; Attestasiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi; *5.*3.2*25-ci il tarixli attestasiya komissiyasının "tutduğu vəzifəyə uyğun deyil" qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi; Əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*25-ci il tarixli, 42 nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əvvəlki iş yerinə və vəzifəsinə - forteptano ixtisası üzrə müəllim vəzifəsinə bərpа olunması; *3.*4.2*25-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə AR NK-nin 2**1-ci il 23 may tarixli, 97 nömrəli qərarı ilə AR-da işçilərin attestasiyasının keçirilməsi qaydalarına əsasən hesab edir ki, attestasiya qaydalara uyğun olaraq keçirilmiş və qanunun tələblərinə riayət edilmişdir.

36. Belə ki, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər, yəni 25.12.2*24-cü il tarixli əmrlə müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Həmçinin İddiaçı 25.12.2*24-cü il tarixdə 27 nömrəli xəbərdarlıq bildirişinə imza atmaqla həmin əmrlə tanış olmuşdur.

37. Məhkəmə iclasında tərəflərin iştirakı ilə attestasiyanın keçirilməsinə dair videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı imtahanda verilən suallara cavab verə bilməməsi, tələb olunan musiqi əsərlərini lazımi səviyyədə ifa edə bilməməsi müşahidə edilmişdir.

38. Məhkəmə iddia tələbinin attestasiya vərəqəsinin etibarsız sayılması hissəsində hesab edir ki, təmin edilməməlidir. Belə ki, attestasiya vərəqəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.

39. Məhkəmə həmçinin iddianın əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir.

40. Belə ki, əmrin verilməsinə əsas attestasiyanın keçirilməsi və nəticəsidir. Məhkəmə hesab edir ki, attestasiyanın nəticəsinin ləğv edilməsinə hər hansı bir əsas yoxdur. Ona görə də iddia tələbi əmrin ləğv edilməsi hissəsində təmin edilməməlidir.

41. Hazırki işdən görünür ki, ərizəçi öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

42. Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-birindən asılıdır, ona görə də iddia tələbi attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləvğ edilməsi hissəsində təmin olunmadığından digər hissələrdə də təmin edilə bilməz.

43. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

44. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 1*6.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

45. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2*16-cı il 23 fevral tarixli Qərar).

46. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə) qarşı “attestasiya nəticələrinin və attestasiya vərəqəsinin etibarsız sayılması, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi: İddiaçı cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə) qarşı “attestasiya vərəqəsinin etibarsız sayılması, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar