Məhkəmə qərarları › İş №2(001)-5193/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5193/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5193/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, 15 iyul 1925-ci il təvəllüdlü X3 11 aprel 2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və X8 barədə ölüm haqqında şəhadətnamənin verilməsini Bakı şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 iyul 1925-ci il təvəllüdlü X3 11 aprel 2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və X8 barədə ölüm haqqında şəhadətnamənin verilməsini Bakı şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1925-ci ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yaşamışdır. 11 aprel 2018-ci il tarixdə Bakı şəhəri Təcili və X6 stansiyasına çağırış verilmiş, 16 saylı bölmənin Təcili tibbi yardım briqadası həmin tarixdə saat 00:21-də yaşadıqları ünvana gəlmiş və X2nun vəfat etdiyini xəbərdarlıq vərəqəsində qeyd etmişdir. X2 xx.xx.2018-ci il tarixdə qohumların və tanışların iştirakı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Dəfn xərcləri onun tərəfindən həyata keçirilmişdir. O, X2nun ölüm haqqında şəhadətnaməsini almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi ravon qeydiyyat şöbəsinə müraciət etmiş, ona cavab verilərək ölüm haqqında şəhadətnaməsini verməkdən imtina etmiş və məktubda göstərmişdir ki, X3 ölümü barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ərizəni təmin etmək mümkün deyildir. Bakı şəhəri Təcili və X6 stansiyasının 16 saylı bölmənin Təcili tibbi yardım briqadasının 11 aprel 2018-ci il tarixli, 04/455 saylı xəbərdarlıq vərəqəsindən də görünür ki, X8 11 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 106 saylı MKİS-nin 12 noyabr 2020-ci il tarixli, 108 saylı arayışından görünür ki, X8 11 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 65 saylı, 19 iyul 2024-cü il tarixli arayışından da görünür ki, X8 11 aprel 2018-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad qəbiristanlığında dəfn olunmuş və dəfn xərcləri onun tərəfindən çəkilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, təcili yardıma gec müraciət etdiklərindən arayışın verilməsində imtina edilmişdir. X8 11 aprel 2018-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkil) Vəkil ərizəni müdafiə edib, 15 iyul 1925-ci il təvəllüdlü X3 11 aprel 2018-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və X8 barədə ölüm haqqında şəhadətnamənin verilməsini Bakı şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusu olmaqla, 30 ildir ünsiyyətləri var. X8 2018-ci ilin aprel ayının 11-də rəhmətə gedib. O, dəfn mərasimində iştirak edib. Onun xəstə olmasını görməmişdir, İbrahim Cəfərov qəfldən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum X8 onun atası olub. O, 11 aprel 2018-ci il tarixdə vəfat etdi, başları yas mərasiminə qarışdığı üçün sənədləri ala bilməmişlər. Atası öz evində qeydiyyatda olub. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə Daşkəsən şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir. - X7 Şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 20 iyun 1948-ci ildə nikah bağlanmışdır. - Təcili və X6 Stansiyasının xx.xx.2018-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin MKTB-nin 106 saylı arayışından görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Həmçinin atası 1925-ci il təvəllüdlü X8 həmin mənzildə yaşayıb və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Binəqədəri rayon Qeydiyyat Şöbəsinin 30 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atanızın adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi bildirilmişdir. - Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 19 iyul 2024-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, həqiqətən də mərhum X8 xx.xx.2018-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuş və dəfn xərcləri qızı Ərizəçi tərəfindən çəkilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi X2nun vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 15 iyul 1925-ci il təvəllüdlü X3 11 aprel 2018-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 15 iyul 1925-ci il təvəllüdlü X3 11 aprel 2018-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar