Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5200/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi oğlu xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi, oğlu xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, oğlu xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə onun yaşadığı evdə vəfat etmişdir. O, təcili tibbi yardıma müraciət etmiş, BŞT və TTYS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsində də kişi cinsli meyitin aşkar edilməsi göstərilmişdir.Lakin o, 3 gün ərzində poliklinikaya müraciət etmədiyindən ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişdir. Mərhum oğlu Binəqədi qəsəbəsində yerləşən Binəqədi Kərəki qəbristanlığında dəfn edilmişdir. O, ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə ona cavab verilərək ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Oğlunun ölümünün qeyd edilməsi onun nəvələrinə təhsil müəssisəsinə ölüm haqqında şəhadətnamənin təqdim edilməsi üçün tələb olunur. Ona görə də o, oğlu xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi X2 ərizəni təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli İİİ-JQ 499066 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X3r. Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X1 adına daxil olan çağırışa həkim xx.xx.2020-ci il tarixdə saat 11:45-də gələrkən həkimə qədər ölmüş kişi cinsli meyit aşkar olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 173 saylı arayışından müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Kərəki qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, ərinin qardaşı X5 uzun sürən xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə atası Ərizəçi yaşadığı evdə vəfat etmiş və Binəqədi Kərəki qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qardaşı X5 uzun sürən xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə atası Ərizəçi yaşadığı evdə vəfat etmiş və Binəqədi Kərəki qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, qonşusu X5 uzun sürən xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə atası Ərizəçi yaşadığı evdə vəfat etmiş və Binəqədi Kərəki qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/q-1551/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığıƏrizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5200/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5200/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver