Məhkəmə qərarları › İş №2(001)-5241/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5241/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5241/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1975-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı xx.xx.1975-ci il təvəllüdlü X2 rayonu, Xırdalan şəhəri, Məhəllə 27, bina 2, blok 2, mənzil 34-də xx.xx.2022-ci il tarixində saat 19:00 radələrində ölmüşdür. 06.2022-ci il tarixində axşam saatlarında bacısının vəziyyəti pisləşdiyi üçün onlar ilkin təcili tibbi yardım çağırmış və tibbi yardım gələnək bacısı artıq ölmüşdür. Təcili Tibbi yardım əməkdaşları gələrək müayinə etmişlər və “həkimə qədər ölüm, vizual zorakılıq əlamətləri yoxdur” kimi ölüm səbəbini qeyd edərək, xəbərdarlıq vərəqəsi vermişlər. X1 ölməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının” 8.5-ci bəndinə istinad edərək, ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədinin təqdim edilməməsi səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Təcili tibbi yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsində ölüm səbəbinin qeyd olunmasına baxmayaraq, Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. X1 ölüm faktının müəyyən edilərək, ölüm haqqında şəhadətnamənin alınması ümumiyyətlə həm bir sənəd kimi, həm də gələcəkdə vərəsəliklə bağlı hüquqi hərəkətlərin edilməsi üçün zəruridir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinin xahiş etdim hissəsində ölüm tarixi texniki yalnışlıq nəticəsidə 2022-ci il əvəzinə 2021-ci il kimi qeyd edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, mərhum onun qızıdır. Qızı astma xəstəliyindən əziyyət çəkmişdir. Xəstəliyi son vaxtlar ağır formada olmuşdur. Tez-tez nəfəsi kəsildiyindən təcili tibbi yardım evə çağırılırdı. O, Xırdalana bacısıgilə gedərkən, yəni yolda olarkən qızı ölmüşdür. xx.xx.2022-ci il tarixində evdə birdən yerə yıxılmışdır. Elə həmin vaxt təcili tibbi yardım çağırılmışdır. Lakin təcili yardım gələnə kimi qızı artıq ölmüşdü. Mərhum Masazır qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin hazırda təmin olunması mümkün deyildir. Bakı Baş Səhiyyə X18 şəxs 9 nömrəli poliklinikası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli 333 saylı məktubdan görünür ki, M.Qurbanova Abşeron rayonu, Xırdalan şəhəri 27-2-34 ünvanında rəhmətə getdiyi üçün və poliklinikada heç bir xəstəlikə qeydiyyatda olmadığından onun ölümü haqında tibbi şəhadətnamənin verilməsi poliklinika tərəfidən mümkün deyildir. AZE seriyalı, 16083323 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1975-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi Abşeron Rayon Mərkəzi X15 şəxsi Təcili və X11 Stansiyası tərəfindən verilən xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 19:15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Məhəllə 27, bina 2, blok 2, mənzil 34-də həkimə qədər ölüm, qadın cinsində X5 məxsus meyid aşkar edilmişdir. Üzərində vizual zorakılıq əlamətləri aşkar edilmir. Abşeron rayonu Masazir Bələdiyyəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilmək üçün verilən xx.xx.2022-ci il tarixli, 01-10/A-204 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. İV-ЖГ seriyalı, № 263232 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1975-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası X9r. Vİ-ЖГ seriyalı, № 481228 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası X9r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X3 qardaşıdır. X3 15 iyun 2022-ci il tarixində Xırdalan şəhərində vəfat etməsi iş materiallarında olan sübutlarla, şahid ifadəsi ilə təsdiq edilir. Ərizəçi bacısının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə bacısının ölüm haqqında şəhadətnaməsini almaq və gələcəkdə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Odur ki, Ərizəçi bacısı 01 oktyabr 1975-ci il təvəllüdlü X3 15 iyun 2022-ci il tarixində Xırdalan şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 oktyabr 1975-ci il təvəllüdlü X3 15 iyun 2022-ci il tarixində Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 01 oktyabr 1975-ci il təvəllüdlü X3 15 iyun 2022-ci il tarixində Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar