Məhkəmə qərarları › İş №2(001)-5247/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5247/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5247/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş X5 uzun illər “Qaraciyər parenximasında Fibrozis Grade İİ (12.35 kPa)" xəstəliyindən əziyyət çəkirdi. Oğlu subay olmuş və onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2024-cü il tarixində axşam radələrində oğlu qəflətən özünü pis hiss etmiş, təcili tibbi yardım stansiyasının həkimləri gələnə qədər ev şəraitində vəfat etmişdir. Bakı şəhəri Təcili və X2 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə ölümün səbəbi kimi "Həkiməqədər ölüm, kişi cinsli meyit" göstərilmişdir. Mərhum oğlu Bakı şəhəri Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Mərhum oğluna ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə Mərkəzinin 35 saylı Şəhər Poliklinikasına müraciət etsə də, Poliklinikanın xx.xx.2024-cü il tarixli arayışı ilə ona bildirilmişdir kı, xx.xx.1983-cü il təvəllüdlü X3 ölümə səbəb olan xəstəliklə 35 saylı Şəhər Poliklinikasında heç bir müraciət qeydə alınmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi imkan xaricindədir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü ıl tarixli məktubu ilə bildirilmişdir ki, oğlunun ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün deyildir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, hazırki faktın müəyyən edilməsi sənədləşmə işləri üçün vacib rol oynayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə birlikdə böyüyüb və eyni zavodda işləyiblər. Ərizəçinin oğlu qaraciyərində olan problemlərlə əlaqədar vəfat etmiş və Binəqədi rayonunda dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin oğlunun qaraciyərində olan problemlərlə əlaqədar qarnı şişmiş, üzü saralmış və 2-3 ay bundan əvvəl vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, o, 66 ildir ki, Ərizəçi qonşusudur. Ərizəçinin oğlunun qaraciyərində olan problemlərlə əlaqədar bu ilin yay aylarında vəfat etmişdir. Mərhum Binəqədi rayonunda dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: İX-ЖГ seriyalı 402900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 atası Ərizəçi, anası X1r. X9 və Medera Hospital tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.1983cü il təvəllüdlü X5 qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:35-də ünvan 3 ünvanında X3 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat edən oğlu - X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. 35 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkanları xaricindədir. Ərizəyə əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi barədə qəbirdaşı mövcuddur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin oğlu - xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar