Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5265/2025 22.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1908-ci ildə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızının xx.xx.1993-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızı 1908-cı il tarixdə Şəki şəhərində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. xx.xx.1993-cü il tarixdə yaşadığı ünvanda dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən lazımi sənədlər olsa da nənəsinə ölüm haqqında şəhadətnamə almaq ağlına belə gəlməmişdir. Artıq müəyyən müddət keçdikdən sonra lazımi sənədləri toplayaraq nənəsinə ölüm şəhadətnaməsinin alınması ilə bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə rəsmi müraciət etsə də, nənəsinin ölümündən xeyli vaxt keçdiyindən şəhadətnamənin ona verilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi cavab verilmişdir. Şərifova (Cabbarova) Xanım Zahid qızına ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki Rayon Qeydiyyat Şöbəsinə də müraciət etmişdir. Lakin, nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızının ölümü barədə hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də nənəsi Şərifova (Cabbarova) Xanım Zahid qızının ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, mərhum Xanım Şərifova onun bacısının qaynanası olub. Mərhum xəstə idi, 1-2 ay yatdı, sonradan vəfat etdi. O, əri ilə birlikdə 1993-cü ilin may ayında onun vəfatında iştirak edib. Mərhum Şəki şəhərində dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğlu, mərhum Xanım Şərifova isə nənəsi olub. Nənəsi 1993-cü ilin may ayında vəfat edib. O, Şəki şəhərində babasının dəfn edildiyi qəbristanlıqda dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğlu, mərhum Xanım Şərifova isə nənəsi olub. Nənəsi yaşlı qadın olub. Nənəsi 1993-cü ilin may ayında vəfat edib. O, Şəki şəhərində babasının dəfn edildiyi qəbristanlıqda dəfn edilib. İş materiallarında olan: 7 saylı “Bakı Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X3 ölümü haqqında akt qeydi 1990-1996-cı illər Şəki rayon qeydiyyat şöbəsinin arxivində və Şəki rayon qeydiyyat şöbəsi üzrə Vətəndaşlıq vəziyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X12” X9 Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən 19 mart 2025-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Şərifova (Cabbarova) Xanım Zahid qızı xx.xx.1993-cü il tarixində yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət edilməmiş və hər hansı qeyd aparılmamışır. Odur ki, ərizədə göstəriln ölüm şəhadətnaməsinin (forma 106) veriməsi mümkün olmamışdır. Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 18 may 2025-ci il tarixli arayışından görünür ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi kitabları 1990-1996-cı illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1994-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. Məzar daşını əks etdirən 1 ədəd fotoşəkildən görünür ki, X6 1908-ci ildə anadan olmuş, 1993-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, eləcə də dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin nənəsi – 1908-ci il təvəllüdlü Şərifova (Cabbarova) Xanım Zahid qızı xx.xx.1993-cü il tarixdə vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1908-ci il təvəllüdlü Şərifova (Cabbarova) Xanım Zahid qızının xx.xx.1993-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1908-ci il təvəllüdlü Şərifova (Cabbarova) Xanım Zahid qızının xx.xx.1993-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5265/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5265/2025
22.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver