Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5277/2021 16.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, X5 20 may 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 fevral 1972-ci il təvəllüdlü X1nın 20 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili izahatında göstərdi ki, ərizəçinin mərhum X1 20 may 2021-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. Gəlininin dəfn mərasimi ilə bağlı tədbirlərlə məşqul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X1 Qazax rayonu, Çaylı kənd qəbirsanlığında dəfn olunmuşdur. Mərhuma yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Bu faktla əlaqədar qohumlar və qonşular akt tərtib etmişlər və bu faktı gəlib özləridə təsdiq edə bilərlər. Gəlininin ölməsi barədə tibbi arayış olmadığından bu günə kimi onun ölməsi barədə ölum haqqında şəhadətnaməni almağ mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin oğlu X9 2 qrup əlil olmaqla serebral iflic xəstəsidir. Sonda A.B.Musayeva məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, onlar tərəfindən məhkəməyə ünvanlandırılmış məktubda işə onların iştirakı olmadan baxılması xahiş olunmuş, ərizənin təmin olunmasına etirazın olmadığı göstərilmişdir. Mülki iş materiallarında olan: - Təcili və X6 Stansiyası tərəfindən verilmiş 20 may 2021-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X7 həmin tarixdə vəfat etmişdir. - 09 iyun 2021ci il tarixli 9 saylı şəhər Poliklinikası tərəfindən verilmiş məktubdan görünür ki, H.Babaşov küçəsi, ev 11, mənzil 6 ünvanında qeydiyyatda olmuş 1972-ci il təvəllüdlü X5 phəmin poliklinikada xəstəliklə əlaqədar müraciəti olmamış və ona ambulator tibbi kitabça açılmamışdır. - 02 iyun 2021-ci il tarixli Qazax RİHB-nin Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, 14.02.1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhum X7 20.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və 21.05.2021-ci il tarixdə Qazax rayonu Çaylı kənd qəbirsanlığında dəfn olunmuşdur. - Maraqlı şəxs tərəfindən Hüseynov Emil Eldar oğluna ünvanlandırılmış 08 iyun 2021-ci il tarixli məktubda göstərilmişdir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşı ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyil. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, habelə maraqlı şəxsin ərizənin təmin olunmasına etirazının olmamasını nəzərə alaraq hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi gəlininin X5 20 may 2021-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 14 fevral 1972-ci il tarixdə Qazax şəhərində anadan olmuş X5 20 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5277/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5277/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver