Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5310/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/11/2025-00434 saylı barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Eyni zamanda bildirir ki, Maraqlı şəxs öz ailəsinə, uşağının maddi cəhətdən təmin olunmasına tam məsuliyyətsiz yanaşdığından Maraqlı şəxs tutulması alimentin tələbi ilə bağlı mediasiya prosesinə başlamışdır. Uzun danışıqlardan sonra tərəflər arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, ikinci tərəf, yəni Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 10-dək maaşının 1/2 ( yarısının) yəni 200 ( iki yüz) manatını sabit pul məbləğində aliment olaraq ödəməyi öz öhdəsinə götürür. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri bu günədək icra edilmir və o, sazişin icra edilməsindən yayınır. Görünür uşağının müqqədəratı, maddi cəhətdən saxlanması ümumiyyətlə onu narahat etmir. Hesab edir ki, barışıq sazişinin şərtlərinin icra edilməməsi ilk olaraq yetkinlik yaşına çatmamış uşağının qanunla qorunan hüquq və mənafelərinin birbaşa pozulmasıdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki dövrdə o, uşağına qulluq etdiyi üçün övladının dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı bildirir ki, yetkinlik yaşına çatmayan övladının saxlanması üçün xərclər tələb edildiyindən, uşağının gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, rəsmi nikahlarından olan uşağının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. Belə ki, övladının qidası, geyimi, istirahəti və s. xərcləri pul tələb edir. Eyni zamanda Maraqlı şəxs övladının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı Maraqlı şəxs elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq övladını maddi cəhətdən təmin etmək ancaq onun vəzifəsidir. Ərizəçi teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, yetkinlik yaşına çatmayan uşağı onun himayəsində olduğu və o, hazırda ev şəraitində müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də ərizəsini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizə təqdim edərək, bildirmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizənin təmin edilməsinə etiraz etmir. Lakin o, maddi vəziyyəti ilə əlaqədar alimenti ödəməkdə çətinlik çəkir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 186750 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında nikah 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində, 01 mart 2017-ci il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 444 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Mövsümova” soyadı verilmişdir. AZ-İV seriyalı 469838 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2025-ci il tarixdə mediator X1 tərəfindən təsdiq edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən: İkinci tərəf birinci tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2020-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, maaşın ½ (yarısı) nisbətində, yəni 200 (iki yüz manat) olmaqla aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 18 iyul 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 08 sentyabr 2023-cü il tarixli barışıq sazişinin mübahisələndirilən hissəsinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişinin məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edildiyindən, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində olan dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdə mediator X1 vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: İkinci tərəf birinci tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2020-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, maaşın ½ (yarısı) nisbətində, yəni 200 (iki yüz manat) olmaqla aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5310/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5310/2025
04.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver