Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5327/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla Ərizəçi ilə Maraqlı şəxs arasında 27 aprel 2022-ci il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və ərizəçi tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun, və mediasiya ödənilmiş 65 manat məbləğində xidmət haqqının Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Maraqlı şəxs qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 800 manat borc tələbi barədə mediasiyaya müraciət etmiş, mediasiya prosessində tərtib olunan 27 aprel 2022-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs barışıq sazişini imzaladıqdan (otuz) iş günü ərzində 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti ona nağd qaydada mediatorun iştirakı ilə ödəyəcəyini öz üzərinə götürsədə bunu icra etməmişdir. Sonda ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayarq o iclasda iştirak etməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Aşağıdakılara görə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəyə əlavə edilmiş “Mediasiya prosesinə xitam verilməsi barədə” MŞB/5-01566 nömrəli 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, tərəflər bəndlər üzrə xx.xx.2022-ci il tarixli Barışıq Sazişi bağladığından mediasiya prosesinə xitam verilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/01566 nömrəli “Barışıq Sazişi”ndən görünür ki, “2.1. İkinci tərəf (Maraqlı şəxs -VÖEN **********) Barışıq Sazişini imzaladıqdan sonra 30 (otuz) iş günü ərzində 800,0 (səkkiz yüz) manat məbləğində vəsaiti borclu olduğu birinci tərəf Ərizəçi qızna nağd qaydada mediatorun iştirakı ilə ödəyəcəkdir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. İşin hallarından görünür ki, hazırkı halda Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/01566 nömrəli “Barışıq Sazişi” üzrə götürdüyü öhdəlik icra edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinin tələbləri iş üzrə müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri Maraqlı şəxs aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/01566 nömrəli “Barışıq Sazişi” təsdiq edilsin. İş üzrə ödənilmiş 101 manat dövlət rüsumu və 65 manat məbləğində mediasiya xərcləri Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5327/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5327/2022
17.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver