Məhkəmə qərarları › İş №2(001)-5331/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5331/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5331/2023 25.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 22 oktyabr 2002-ci il təvəllüdlü X3 20 oktyabr 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2002-ci il tarixdə doğulmuş qardaşı X3 20 oktyabr 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X7 20 oktyabr 2019-cu il tarixdə ev şəraitində vəfat etmişdir. Qardaşının vəfatı o qədər gözlənilməz və sarsıdıcı olmuşdur ki, hadisə yerinə gələn təcili tibbi yardım işçilərindən hər hansı sənəd götürmək ağıllarına gəlməmişdir. Həm də, hüquqi savadları olmadığından, sonrakı dövrlərdə də ölüm kağızının alınmasının vacibliyi barədə düşünməmişlər. X7 21 oktyabr 2019-cu il tarixdə Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. “Ölüm haqqında şəhadətnamə”nin alınması üçün ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənləri təsdiq etdiyini bildirib, məhkəmədən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Vəkil izahatında göstərdi ki, ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa yolla ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil məhkəmədən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçi ilə qonşuluqda yaşayır. 20 oktyabr 2019-cu il tarixdə səhər saat 10-11 radələrində həyətdə səs-küy gəlmiş, onlar həyətə çıxanda Orxanın qardaşı Yəhyanın vəfat etdiyini bilmişlər. Yəhya ürək problemi ilə əlaqədar vəfat etmiş, Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 ayrı-ayrılıqda ifadələrində ərizəçinin qonşuları olduqlarını bildirib, digər şahid K.M.Qurbanovun ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 22 oktyabr 2002-ci il tarixdə doğulmuşdur. Ərizəçi onun qardaşıdır. - Binəqədi rayonu X5 tərəfindən verilmiş 23 oktyabr 2019-cu il tarixli, 1166 nömrəli arayışda göstərilmişdir ki, X7 21 oktyabr 2019-cu il tarixdə Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlandırılmış 08 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun barəsində ölüm haqqında şəhadətnamə verilə bilmir. - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi “35 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “ünvan 2 ünvanında vəfat etmiş xx.xx.2002-ci il təvəllüdlü X3 Poliklinikaya müraciəti və ambulator kartı olmadığından ölüm haqqında sənəd verilə bilmir.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı 22 oktyabr 2002-ci il təvəllüdlü X3 20 oktyabr 2019-cu il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 22 oktyabr 2002-ci il tarixdə doğulmuş 22 oktyabr 2002-ci il təvəllüdlü X3 20 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar