Məhkəmə qərarları › İş №2(001)-5338/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5338/2021

06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5338/2021 06.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 06 sentyabr 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 11 avqust 1978-ci ildə Xaçmaz rayonu Orta Oba kəndində anadan olmuş X9 26 avqust 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X3 11 avqust 1978-ci ildə anadan olmuşdur. Hər ikisinin atası X10, anası isə X5 olmuşdur. X3 26 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardıma mərhum qardaşının adına çağırış edilmiş, lakin 02:28 radələrində həkim gələnə qədər X16 vəfat etmişdir. Qardaşı vəfat etməzdən bir ay əvvəl ailə qurduğundan, qardaşına məxsus sənədlər, ölümün təsdiq edən tibbi yardım stansiyasının çağırış vərəqəsinin əsli ailə qurduğu qadında olduğundan, vaxtında qardaşının adına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. X3 Xaçmaz rayonu qəbirstanlığında dəfn olunmuşdur. Mərhum qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X7 müraciət etsə də, Qeydiyyat Şöbəsinin imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qardaşı 11 avqust 1978-ci ildə Xaçmaz rayonu, Orta Oba kəndində anadan olmuş X9 26 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, qardaşı 11 avqust 1978-ci ildə Xaçmaz rayonu Orta Oba kəndində anadan olmuş X9 26 avqust 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X17 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, onun nümayəndəsinin (vəkilinin) izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, o, X6nun xalasıdır. X6 26 avqust 2020-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Onun rəhmətə getməsi barədə mərhumun bacısı ona zəng vuraraq məlumat vermiş, onun oğlunun mərhumu öz maşını ilə Xaçmaz rayonuna aparmasını xahiş etmişdir. Onun oğlu mərhumu Xaçmaz rayonuna aparmış, mərhum Xaçmaz rayon Yalama kənd qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 ifadəsində bildirmişdir ki, X6 onun xalası oğludur. X6 26 avqust 2020-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Onun ölümü barədə ona mərhumun bacısı məlumat vermiş, mərhumu dəfn etmək üçün Xaçmaz rayonuna aparmasını xahiş etmişdir. O da, Qaradağ rayonundakı evdən mərhumu götürərək Xaçmaz rayonuna aparmışdır. O, mərhumun öldüyü evə gedərkən evdə mərhumun həyat yoldaşı və bir iki başqa şəxs olmuşdur. Mərhumu Xaçmaz rayonu Yalama kənd qəbristanlığında dəfn etmişlər. Dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsindən verilmiş 13 aprel 2021-ci il tarixli akt qeydindən görünür ki, X16 11 avqust 1978-ci ildə Xaçmaz rayon Orta-oba kəndində anadan olmuşdur. X2, anası X1r. Mülki işin materiallarında olan İ-ЖГ seriyalı №251798 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxxxx 1971-ci Bakı şəhərində anadan olmuşdur. X2, anası X1r. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X13 Stansiyasının 26 avqust 2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 02:28-də Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi, ev 37, 54 saylı mənzilə X9 adına çağırış olmuş, çağırışa gələn həkimlər X9 öldüyünü görmüşlər. Mülki işin materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04 iyun 2021-ci il tarixli arayışından görünür ki, mərhum İlham Şamil oğlu 26.08.2020-ci il tarixdə Xaçmaz rayonunun Yalama kəndində dəfn olunmuşdur. Mülki işin materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən verilmiş 03 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün X9 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işin materiallarında olan məhrum X9 qəbrinin fotoşəkilindən görünür ki, onun qəbir daşında “РЗАХАНОВ ИЛГЪАМ ШАМИЛАН ХВА” ölüm tarixi kimi isə “11.Vİİİ.1978 - 26.Vİİİ.2020” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X9 26.08.2020-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. 11.08.1978-ci il təvəllüdlü X9 26.08.2020-ci ildə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə 11.08.1978-ci il təvəllüdlü X9 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar