Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5349/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı il şəxs Maraqlı şəxs arasında 28 avqust 2024-cü tarixində, Bakı 13 saylı Mediasiya Təşkilatında könüllü bağlanmış barışıq sazişinin təsdiqlənərək 75000 (yetmiş beş min) manat məbləğində pulun Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən Maraqlı şəxs xx.xx.2024-cu il tarixli yazılı qəbzə əsasən 75000 (yetmiş beş min) manat məbləğində borc pul verilmişdir. Qəbzə əsasən Maraqlı şəxs həmin pulu 2024-cü ilin fevral-mart ayları ərzində (pulu götürdüyü tarixdən 1 ay ərzində) qaytarmasını öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd olunan pul məbləğini qaytarmamışdır. Bundan sonra Maraqlı şəxs borcun ödənilməsinə möhlət verilməsini ondan xahiş etmiş və mediasiyada mübahisənin həll edilməsini təklif etmişdir. O, Maraqlı şəxs təklifini qəbul edərək onunla birlikdə mediasiya prosesində iştirak etmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatında, mənimlə maraqlı şəxs: Maraqlı şəxs arasında aşağıda göstərilən məzmunda MŞB/13/2023-01330 saylı mediasiya işi üzrə 28 Avqust 2024-cü il tarixli barışıq sazışı bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən göründüyü kimi, 75000 (yetmiş beş min) manat pul tələbi) Tərəflər, İ tərəf Ərizəçi İİ tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən İİ tərəf Maraqlı şəxs xx.xx.2024cü il tarixində İ tərəf Ərizəçi qəbzlə aldığı 75000 (yetmiş beş min) manat borc pulu xx.xx.2024-cü il tarixində qəbzlə İ tərəf Ərizəçi ödəyir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/13/2023-01330 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 75000 (yetmiş beş min) manat pul tələbi) Tərəflər, İ tərəf Ərizəçi İİ tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən İİ tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixində İ tərəf Ərizəçi qəbzlə aldığı 75000 (yetmiş beş min) manat borc pulu xx.xx.2024-cü il tarixində qəbzlə İ tərəf Ərizəçi ödəyir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5349/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5349/2025
12.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver