Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5370/2025 20.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: əmək müqaviləsi, ləğv, məcburi iş buraxma, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh işə götürən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin 13 fevral 2025-ci il tarixli 3-22-1-1/3-1-64/2025 nömrəli Əmrinin qanunsuz hesab edilməsi, onun cavabdehin Bərdə X6 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə aparıcı aqronom vəzifəsinə bərpa edilməyi və həmin vəzifədən qanunsuz kənarlaşdırıldığına görə 13 fevral 2025-ci ildən hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, həmçinin Mediasiya xidmətinə görə ödədiyi 60 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X5 Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Əmək müqaviləmə xitam verilməsini qanunsuz hesab etdiyinə, həmçinin də əmək müqaviləmə xitam verilərkən sonuncu iş günümdə ona ödənilməli olan haqq- hesabım verilmədiyinə, bununla da cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (bundan sonra cavabdeh adlanacaq) rəhbərliyi tərəfindən əmək hüquqları pozulduğuna görə pozulmuş hüquqlarının bərpası üçün etdiyi yazılı müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə dair sözügedən idarə tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-17-5/2-Ə-45379/2025 nömrəli cavabla bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən həm hüquqi, həm də faktiki ünvanı olaraq qeyd edilmiş AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov, ev7A ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 16183/2025 saylı məktub və məlumat üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-17522/2025 saylı məktub göndərilmişdir. Göndərilmiş məktuba cavab olaraq "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/1-15655/2025 saylı məktub və sənədlər araşdırmaya təqdim olunmuşdur. Həmin məktub və sənədlərə, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən Sizinlə "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin işəgötürəni arasında xx.xx.2021-ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi məlum olmuşdur. Müəssisə tərəfindən təqdim olunan məktub və sənədlərə əsasən Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin (müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir) tələblərinin pozulması ilə yanaşı 83-cü maddəsinin 4-cü bəndinin (əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələblərinin pozularaq sonuncu iş günü son haqq-hesabınızın ödənilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, bildiririk ki, Sizinlə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən Sizin zərərli əmək şəraitində işlədiyiniz məlum olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin 1- ci bəndinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamhğı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Sizin zərərli əmək şəraitində işləməyiizlə bağlı əmək müqavilənizin şərtlərinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilməsinin, sağlamlığınızın mühafizəsi üçün xüsusi üzlü süd əsasında hazırlanmış kolibakterin qida məhsulları ilə təmin edilməyiniz nəzərdə tutulmasına baxmayaraq, gündəlik iş vaxtınızın müddətinin 7 saat 20 dəqiqə, həftəlik 36 saat 40 dəqiqə olduğu məlum olmuşdur. Təqdim olunmuş 2024-cü ilin iş vaxtının uçotu tabellərinə əsasən Sizin yanvar, aprel aylarında həftəlik iş vaxtınızın müddətinin 42 saat olduğu müəyyən olunmuşdur. Lakin nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən əmək haqqınızın hesablanması sənədləri təqdim olunmadığı üçün iş vaxtından artıq saatlarda işə görə əlavə haqq ödənilib-ödənilməməsinə münasibət bildirilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/1- 15655/2025 saylı məktub və sənədiərə əsasən Sizin barənizdə xx.xx.2024-cü il tarixində Xankəndi şəhər Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə cinayət işi açıldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən istintaq davam etdirildiyi müddət ərzində işdən kənarlaşdırıldığınız və bu səbəbdən 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında Sizə ödəniş edilmədiyi müəyyən olunmuşdur. "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən əmək müqavilənizə xitam verilərkən və son haqq-hesabınızın ödənilməsində qanunvericiliyin tələblərinin pozulmasına görə Mərkəzin rəisi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2025-ci il tarixində İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı Qərar qəbul edilmiş, əmək müqavilənizə xitam verilməsi ilə bağlı verilmiş 3-22-1-1/3- 1- 64/2025 nömrəli xx.xx.2025-cil tarixli əmrin etibarsız hesab edilməsinin təmin edilməsi ilə bağlı "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-38856/2025 saylı məktub göndərilmişdir. Bildiririk ki, 2024cü ilin yanvar və aprel aylarında həftəlik 42 saat işləməyiniz ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinin pozulduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5. maddəsinin təiəblərinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə inzibati xəta halı mövcud olduğuna baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötdüyü üçün inzibati icraat zamanı 198.1.5. maddəsi nəzərə alınmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır". Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyimi əsaslı və qanuni hesab edirəm. (QEYD: Cavabdehə qarşı "Ezamiyyət pulunun və iş vaxtından artıq işlədildiyimə görə əlavə əmək haqqı ödənilməsi ələbinə dair" ayrıca iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişəm) Belə ki: onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdehin xx.xx.2025-ci il tarixli, 3-22-1-1/3-1-64/2025 nömrəli əmrinin qanunsuz olması səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma ilə təsdiq olunmuşdur. Həmin araşdırmanın nəticəsinə dair X2 Bakı şəhər İdarəsi tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli cavabda birbaşa olaraq göstərilmişdir ki, o "Əmək müqaviləmə xitam verilməsi haqqında Əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqq ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə aidiyiyyatı məhkəməyə müraciət etməlidir. İşlədiyi müddətdə cavabdeh tərəfindən ona hər hansı intizam təbehi verilməmişdir, əksinə yaxşı işinə görə həmişə mükafatlandırılmış, bu səbəbdən onunla müddətli əmək müqaviləsi cavabdeh tərəfindən dəfələrlə yenilənmişdir. Onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən qabaqcadan Həmkarlar təşkilatının razılığı alınmamışdır. Halbuki, o, Həmkarlar təşkilatının üzvüdür və əmək haqqından hər ay üzvülük haqqı tutulur. Onun işlədiyi aparıcı aqronom vəzifəsi hazırda da vakansiya olaraq qalır, yəni həmin ştata heç kim qəbul edilməmişdir. Bu isə o deməkdir ki, cavabdehin Bərdə X6 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzində aparıcı aqronom vəzifəsində işlədilmək üçün müvafiq ixtisaslı işçiyə ehtiyac vardır. Bundan əlavə müddətli əmək müqaviləsi ilə cavabdehdə işlədiyi aparıcı aqronom ştatı (vəzifəsi) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş 2025-ci il üçün ştatların və işçilərin sayına dair müvafiq normativ sənədlə də nəzərdə tutulmuşdur. Yəni bu ştatda (vəzifədə) kiminsə mütləq işləməsinə zərurət olması cavabdehin yuxarı orqanı olan Nazirlik tərəfindən müəyyən edilmişdir. Bu nöqteyi-nəzərdən də cavabdehin onunla bağladığı əmək müqaviləsinə formal olaraq onun müddətinin başa çatması əsası xitam verməsi tamamilə qanunsuzdur. Cavabdehin Bərdə Regional Mərkəzində aqronom ixtisası tələb olunan işlərdə qeyri-ixtisas sahiblərinin işlədilməsi və s. qanunzuluqlarla əlaqədar onun müraciəti əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Kənd Təsərrüfat Nazirliyi araşdırma aparır. 3.İddiaçı iddia ilə müraciət etmək üçün müəyyən edilmiş və onun tərəfindən ötürülmüş müddətinin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işəgötürən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 3-22-1-1/3-1- 64/2025 nömrəli Əmrinin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müddəti buraxmağının səbəbləri üzürlü hesab edilməklə buraxılmış prosessual müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 01 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X3 X6 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində işləmişdir. Əmək müqaviləsinə onun müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Hesab edir ki, işdən çıxarılması əsassızdır. Belə ki, işlədiyi müddətdə cavabdeh tərəfindən ona hər hansı intizam təbehi verilməmişdir. Bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən qabaqcadan Həmkarlar təşkilatının razılığı alınmamışdır. Bu nöqteyi-nəzərdən də cavabdehin mənimlə bağladığı əmək müqaviləsinə formal olaraq onun müddətinin başa çatması əsası xitam verməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 verdiyi izahatında və yazılı ərizəsində iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Sahib İsa oğlu ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində müddətin bitməsi səbəbi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 9 təqvim günü öncədən (xx.xx.2025-ci il tarixində) yazılı qaydada (kağız daşıyıcıda) məlumat verilməklə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edəbilər. Hazırkı işdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət edilmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı bir sıra əsaslar gətirərək prosessual müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, iddia müddəti prosessual müddətlərlə eyniləşdirilməməlidir. Belə ki, iddia müddəti maddi hüquqi norma olmaqla digər qanunvericilik aktları ilə tənzimlənir və onun ötürülməsinin üzrlü hesab edilməsinin konkret əsasları vardır. Hazırkı mülki işdən də göründüyü kimi iddiaçının iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair konkret üzrlü səbəbləri yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradıla bilər. Lakin hazırkı mübahisə üzrə belə bir orqan olmadığı üçün iddaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verildiyi vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. İş materiallarından da göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən tələblərə riayət etməmiş və iddia müddətini ötürmüşdür. bu müddətini mediasiyaya müraciət etdiyi xx.xx.2025-ci il tarixinədək 4 ay 17 gün ötürmüşdür. İş materiallarına əsasən əlavə olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət edilməsi iddia müddətin axımının dayandırılmasına və ya ötürülməsinin üzrlü hesab edilməsinə əsas deyildir. Məhkəmə əmək qanunvericiliyinin tələbinin pozulubpozulmamasını müəyyən etməkdə Müfəttişliyin yekun qərarından asılı olmayaq əmək mübahisələrinə baxır və qanunvericilik çərçivəsində həll edir. 2) Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. İddiaçının məhkəməyə müraciət etməzdən öncə mediasiyaya müraciət etməməsi üzrlü səbəb sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahtərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin ötürülməsi səbəbi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” üzrə iddianın rədd edilməsini xahiş etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli Əmrin surətindən görünür ki, X7 aparıcı aqronomu İddiaçı ilə "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin işəgötürəni arasında xx.xx.2021-ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli 3-22-1-1/3-11/2025 saylı bildirişin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixində bitdiyi səbəbi ilə həmin tarixdən əmək müqaviləsinə xitam veriləcəyi üçün İddiaçı məxsus əmək kitabçasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Kadr və kargüzarlığın təşkili şöbəsindən götürməsi İddiaçı xahiş olunmuşdur. - e-Sosial sistemdən fərdi şəxsi hesab haqqında çıxarışdan görünür ki, İddiaçı 23213,31 manat kapitalı mövcuddur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin sistemdən çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-45379/2025 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən həm hüquqi, həm də faktiki ünvanı olaraq qeyd edilmiş AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov, ev7A ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 16183/2025 saylı məktub və məlumat üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-17522/2025 saylı məktub göndərilmişdir. Göndərilmiş məktuba cavab olaraq "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/1-15655/2025 saylı məktub və sənədlər araşdırmaya təqdim olunmuşdur. Həmin məktub və sənədlərə, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən Sizinlə "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin işəgötürəni arasında xx.xx.2021-ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi məlum olmuşdur. Müəssisə tərəfindən təqdim olunan məktub və sənədlərə əsasən Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin (müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir) tələblərinin pozulması ilə yanaşı 83-cü maddəsinin 4-cü bəndinin (əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələblərinin pozularaq sonuncu iş günü son haqq-hesabınızın ödənilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, bildiririk ki, Sizinlə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən Sizin zərərli əmək şəraitində işlədiyiniz məlum olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin 1- ci bəndinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamhğı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Sizin zərərli əmək şəraitində işləməyiizlə bağlı əmək müqavilənizin şərtlərinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilməsinin, sağlamlığınızın mühafizəsi üçün xüsusi üzlü süd əsasında hazırlanmış kolibakterin qida məhsulları ilə təmin edilməyiniz nəzərdə tutulmasına baxmayaraq, gündəlik iş vaxtınızın müddətinin 7 saat 20 dəqiqə, həftəlik 36 saat 40 dəqiqə olduğu məlum olmuşdur. Təqdim olunmuş 2024-cü ilin iş vaxtının uçotu tabellərinə əsasən Sizin yanvar, aprel aylarında həftəlik iş vaxtınızın müddətinin 42 saat olduğu müəyyən olunmuşdur. Lakin nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən əmək haqqınızın hesablanması sənədləri təqdim olunmadığı üçün iş vaxtından artıq saatlarda işə görə əlavə haqq ödənilib-ödənilməməsinə münasibət bildirilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/1- 15655/2025 saylı məktub və sənədiərə əsasən Sizin barənizdə xx.xx.2024-cü il tarixində Xankəndi şəhər Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə cinayət işi açıldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən istintaq davam etdirildiyi müddət ərzində işdən kənarlaşdırıldığınız və bu səbəbdən 2024cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında Sizə ödəniş edilmədiyi müəyyən olunmuşdur. "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən əmək müqavilənizə xitam verilərkən və son haqq-hesabınızın ödənilməsində qanunvericiliyin tələblərinin pozulmasına görə Mərkəzin rəisi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2025-ci il tarixində İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı Qərar qəbul edilmiş, əmək müqavilənizə xitam verilməsi ilə bağlı verilmiş 3-22-1-1/3-1- 64/2025 nömrəli xx.xx.2025-cil tarixli əmrin etibarsız hesab edilməsinin təmin edilməsi ilə bağlı "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 38856/2025 saylı məktub göndərilmişdir. Bildiririk ki, 2024-cü ilin yanvar və aprel aylarında həftəlik 42 saat işləməyiniz ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinin pozulduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5. maddəsinin tələblərinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə inzibati xəta halı mövcud olduğuna baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötdüyü üçün inzibati icraat zamanı 198.1.5-ci maddəsi nəzərə alınmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır". İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (1ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ... işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı İddiaçı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi arasında əmək müqaviləsi bağlanmış və İddiaçı qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. xx.xx.2025-ci il tarixli Əmrə əsasən X7 aparıcı aqronomu İddiaçı ilə "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin işəgötürəni arasında xx.xx.2021ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının müqavilə müddətinin bitməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. İddiaçı isə müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət edərək ərizəsində müddətin ötürülməsi səbəbi kimi qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmri, həmçinin əmrin surətinin və son haqq hesabımın verilməməsini qanunsuz hesab etdiyinə görə pozulmuş əmək hüquqlarının bərpası üçün xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə səlahiyyətli dövlət orqanına-əmək qanunvericiliyinə əməl edilməsinə bilavasitə nəzarəti həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN yanında X4 müraciət edərək araşdırma aparılmaqla pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmiş, şikayəti əsasında icraat başladıldığı və nəticəsi barədə əlavə məlumat veriləcəyi X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir. Həmin İdarə tərəfindən aparılmış araşdırmanın nəticəsi isə ona xx.xx.2025-ci il tarixli 3-17-5/2-Ə- 45379/2025 nömrəli məktubla bildirilmişdir. Bu məktub poçt vasitəsi ilə göndərilməklə 02 iyun 2025-ci il tarixdə təqdim edilmişdir. Beləliklə də şikayəti üzrə X9 Xidməti tərəfindən aparılan araşdırma proseduru təxminən 3 ay 15 gün olmuş, nəticədə müddət onun tərəfindən üzürlü olaraq ötürülmüşdür. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və iddiaçı tərəfindən isə iddia müddətinin ötürülməsinin üzürlü bilinərək bərpası barədə ərizə verildiyindən əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması və müddətin bərpasının mümkün olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarının müddəaları ilə bir sıra məsələlərlə yanaşı əmək mübahisələrində tətbiq edilən iddia müddətlərinə də aydınlıq gətirilmişdir. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı izah verilərək qeyd olunmuşdur ki, ƏM-in 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, ƏM-in 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün üç aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün bir aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda ƏM-in 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. ƏM-in 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. İş materiallarından göründüyü kimi, iddiaçı sözügedən iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı həmin müddətin ötürülmə əsası kimi pozulmuş hüquqlarının bərpası ilə bağlı X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etməsi və müraciətinə cavabın ona təqdim edildiyi vaxtdan sonra məhkəməyə müraciət etməsi ilə əlaqələndirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, X9 Xidmətinin Bakı şəhər İdarəsi məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan olmamaqla məhkəməyə fərdi əmək mübahisəsi ilə bağlı müəyyən edilmiş müddətdə müraciət edilməsi üçün qeyd edilən orqana edilmiş müraciətin nəticəsinin gözlənilməsi mütləq olmamaqla, iddia müddətinin ötürülməsi üçün üzürlü hal hesab edilməməli və nəticədə ərizəçinin bununla bağlı ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Odur ki, hazırkı iddia üzrə “əmrin ləğv edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-5370/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5370/2025
20.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver