Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5412/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi atası X10 (Qəbil) oğlunun xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi atası X10 (Qəbil) oğlunun xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, atası X10 (Qəbil) oğlu xx.xx.1992-ci ildə məcburi köçkün kimi yaşadıqları ünvanda vəfat etmiş və Mehdiabad qəsəbə məzarlığında dəfn olunmuşdur. Atasına yaşadıqları ünvanda yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Atasının ölməsi barədə tibbi arayış olmadığından o, atasının ölməsi barədə ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Maraqlı şəxs onun müraciətinə atası X1 adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizəsinin təmin oluna bilinmədiyi, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Atasının ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə məqsədi məcburi köçkün olaraq sənələrinin tərtib edilməsi üçün ölüm haqqında şəhadətnamənin tələb edilməsi, lakin şəhadətnaməni başqa qaydada ala bilməməsidir. Ona görə də o, atası X10 (Qəbil) oğlunun xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs rəisi X2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Şəhər Səhiyyə İdarəsi 27 nömrəli şəhər poliklinikasının № 65 saylı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X4 xx.xx.1992-ci ildə vəfat etmiş, xəstəliklə əlaqədar poliklinikaya müraciət edilməmiş, ölüm haqqında şəhadətnamə verilməmişdir. Maraqlı şəxs № 05/Q-1098/69 saylı xx.xx.2020-ci il tarixli arayışından müəyyyən olunur ki, arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1989-1995-ci illərə dair ilkin, 1993-1999-cu illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmış, X4 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 87 saylı arayışından müəyyən olunur ki, X5 xx.xx.1992-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qohumu Laçın rayonundan məcburu köçkün N.Ərizəçi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, atası N.Ərizəçi Laçın rayonundan məcburi köçkün düçdükdən bir neçə ay sonra, yəni xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, qonşusu Laçın rayonundan məcburi köçkün N.Ərizəçi xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/q-1879/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, atası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığıƏrizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla X10 (Qəbil) oğlunun xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. X10 (Qəbil) oğlunun xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5412/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5412/2020
12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver