Məhkəmə qərarları › İş №2(001)-5452/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5452/2020

21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5452/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, X2 xx xxxx 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum arvadı xx xxxxxx 1976-cı il təvəllüdlü X3 “sol süd vəzisinin xərçəngi” xəstəliyindən əziyyət çəkmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində qəfildən halı pisləşmiş, onlar təcili tibbi yardım çağırsalar da, yardım gələnədək arvadı vəfat etmişdir. Evə gəlmiş həkim arvadının ölüm səbəbini müəyyən edə bilmədiyindən bu barədə xəbərdarlıq vərəqəsi vermişdir. Arvadı Bakı şəhərində “Keşlə” qəbirstanlığından dəfn edilmişdir. Sonradan o, qeydiyyat şöbəsinə müraciət etdiyində arvadının ölümü haqqında tibbi şəhadətnamə olmadığından faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məzmunlu cavab almış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs rəisi Tahirə Əsgərova ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin qardaşı olduğunu bildirib izahatında göstərdi ki, qardaşı arvadı mərhum Cəmalə Əhmədova həqiqətən də xərçəng xəstəliyindən əziyyət çəkmiş, xx xxxx 2020-ci il tarixdə qəfildən yaşadığı mənzildə vəfat etmiş, “Keşlə” qəbirstanlığında vəfat etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X2 əridir. - Abşeron rayon Mərkəzi Xəstəxanası TTYŞ-nin xx xxxx 2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 18:30 radələrində X3 yaşadığı mənzildə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin və şahidin izahatlarını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi arvadı X2 xx xxxx 2020-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1976-cı il tarixdə anadan olmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar