Məhkəmə qərarları › İş №2(001)-5461/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5461/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5461/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx xxxxxxxx 1996-cı il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olmuş X1 xx xxxxx 2008-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu – xx.xx.1996-cı il təvəllüdlü X4 xx xxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Onlar tərəfindən həmin vaxt təcili tibbi yardım çağırılmamış və bu səbəbdən də xəbərdarlıq vərəqi verilməmişdir. Hüquqlarını bilmədiklərindən 3 gün ərzində poliklinikaya müraciət etməmiş və həkimin ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, oğlu xx xxxxxxxx 1996-cı il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olmuş X1 xx xxxxx 2008-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəyə məktub göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum xx.xx.1996-cı il təvəllüdlü X4 qonşusunun oğlu olmuşdur və xx xxxxx 2008-ci il tarixdə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum xx.xx.1996-cı il təvəllüdlü X4 onun qonşusunun oğlu olmuşdur. Təsdiq edir ki, o xx xxxxx 2008-ci il tarixdə Bakı şəhərində su anbarında boğularaq vəfat etmişdir. Belə ki, uşağın ölümündən ilk o, xəbər tutmuşdur. Mülki işin materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş X1 atası X5, anası X2r. Mülki işin materiallarında olan Qaradağ rayonu 13 saylı şəhər poliklinikasının xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3 ölüm səbəbi bədbəxt hadisə olduğu üçün (su anbarında boğulma) poliklinika tərəfindən ona ölüm haqqında Tibb Şəhadətnamə vermək mümkün olmamışdır. Mülki işin materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X1 qəbirdaşında ölüm günü olaraq xx.xx.2008-ci il göstərilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti 28 May qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş X6 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 2 nömrəli evdə qeydiyyatda olub. Qonşuların təsdiq etdiyi akta əsasən, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Rüstəmov Vüqar, Səmədov Tofiq və Əmiraslanov Rafiq tərəfindən tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, “Ərizəçi həqiqətən onlarla qonşuluqda – 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 2 ünvanında yaşayır, oğlu X6 xx.xx.2008-ci ildə vəfat etmişdir.” Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün X1 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X1 xx xxxxx 2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X1 xx xxxxx 2008-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1996-cı il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar