Məhkəmə qərarları › İş №2(001)-5463/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5463/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5463/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, X1 xx xxxxxx 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X1 xx xxxxxx 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, atası 1956-cı il təvəllüdlü X3 xx xxxxxx 2008-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının həkimləri müvafiq arayış vermişlər. Lakin, sonradan bir sıra müxtəlif problemlər olduğundan o, atasının ölüm haqqında şəhadətnaməsini almağı unutmuş, qeydiyyat şöbəsinə müraciət etdiyində atasının ölümü haqqında tibbi şəhadətnamə olmadığından faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məzmunlu cavab almış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs rəisi Tahirə Əsgərova ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Təcili və X4 Stansiyasının xx xxxxxx 2008-ci il tarixli arayışından görünür ki, həmin tarixdə saat 11:21-də X3 yaşadığı ünvan 1 ünvanındakı mənzildə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi arvadı X1 xx xxxxxx 2008-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1956-cı il tarixdə anadan olmuş X1 xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar