Məhkəmə qərarları › İş №2(001)-55/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-55/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-55/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbi üzrə və Borclu ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan Kreditor ASC kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ərizə ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu xx xxxx 2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsi üzrə 245.300 ABŞ dolları əsas borc, 71.216,03 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 99.681,78 ABŞ dolları cərimə borcu, 35.160,24 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 451.358,05 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın xx xxxx 2015-ci il tarixli 32/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Borclu mülkiyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə 0.12 ha torpaq sahəsində yerləşən 206.5 kv.m ümumi, 102.5 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ləğv prosesində olan Kreditor ASC-yə ödənilməsi, əmlak satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2- 1(81)-3619/2016 saylı qərarı ilə Kreditor ASC-nin ləğv edilməsi və Kreditor ASC-yə ləğvedici qismində X1 təyin edilməsi qərara alınmışdır. Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə Borclu arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 132/2 KX saylı Kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla, 250.000 dollar məbləğində kredit verilmişdir. Kreditləşmə obyekti olaraq mənzilin təmiri göstərilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında xx xxxx 2015-ci il tarixli, 32/2 saylı İpoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən öhdəliklər borcalan tərəfindən yerinə yetirilmədikdə, Borcverən xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə borcalana Kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir". Bundan əlavə Kredit Müqaviləsinə əsasən "Borc alan" tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcu vaxtından əvvəl qaytarılmasını tələb etmək Bankın hüququdur. Cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin şərtlərinə əsasən, Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evi Kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuşdur. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, "İpoteka qoyan" tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən "ipoteka saxlayan"a, yəni "Bank"a dəyən zərərlər və həmçinin "İpoteka saxlayan" tərəfindən "İpoteka predmeti"nə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Bankın əməkdaşları cavabdehə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini xahiş etsələr də, cavabdeh müqavilə üzrə öhdəliklərini kredit və ipoteka müqavilələrinin tələblərinə uyğun yerinə yetirməmiş və kredit üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin edən hərəkətləri həyata keçirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh Borclu ləğv prosesində olan Kreditor ASC-yə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Kreditor ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 132/2 saylı kredit müqaviləsinin və xx xxxx 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməklə, həmin müqavilələr üzrə onun öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Kreditor ASC ilə arasında bağlanmış xx xxxx 2011-ci il tarixli müqaviləyə əsasən ona bankdan 220.000 manatlıq kredit xətti açılmışdır. xx xxxx 2013-cü il tarixədək kredit xəttindən istifadə etmiş, kredit üzrə aylıq faizlərin hamısını ödəmişdir. Kreditor ASC ilə bağlanmış müqaviləyə əsasən xx xxxx 2013-cü il tarixdə yenidən kredit xətti müqaviləsinin müddəti manatla olmaqla uzadılmışdır. Kredit müqaviləsinin müddəti bitdikdə, ölkəmizdə və dünyada baş verən böhran səbəbindən borcun tam ödənilməsinə çətinlik yarandığından Kreditor ASCnin rəhbərliyinə müraciət edərək yenə müddətin uzadılmasını xahiş etmişdir. Lakin "Kreditor” ASC-nin rəhbərliyi birmənalı şəkildə bildirmişdir ki, ya kreditin hamısı qaytarılmalı və borc bağlanmalıdır, ya da manatla olan krediti dollara çevirməklə yenidən müqavilənin vaxtını uzada bilərlər. O, bununla razılaşmağa məcbur olmuş, başqa şəxslərdən borc alıb xx xxxx 2015-ci il tarixdə həmin krediti faizi ilə birlikdə (223.779,77 manat) bağlamış və xx xxxx 2015-ci il tarixdə 250.000 ABŞ dolları kredit xəttinin açılması barədə xx xxxx 2015-ci il tarixli, 132/2 KX saylı Kredit müqaviləsini və dolların həmin dövrdə olan məzənnəsinə uyğun (1 ABŞ dollar = 1,03 manat nisbəti ilə) olmaqla 220.000 manatın əvəzinə 213.600 ABŞ dolların alınması barədə xəzinə məxaric orderini imzalamışdır. Əslində o, həmin vaxtı bankdan heç bir kredit götürməmiş, əvvəlki illərdə bankla bağladığı bütün müqavilələr və hesablaşmalar manatla olduğu halda 2013-cü ildə götürdüyü krediti bank rəhbərliyinin məcburiyyəti və dolların daha dəyişməyəcəyinə onu inandırdıqlarından dollara çevirməklə yenidən rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin müddətdə o, təxminən 70-80 min manat civarında faiz borcu ödəmişdir. Beləliklə, bankın rəhbərliyi onun ağır maliyyə vəziyyətindən istifadə edərək, özü üçün əlverişli şərtlərlə müqavilə bağlamağa nail olmuş. Sonradan 2015-ci ilin dekabr ayında ölkədə ikinci devalvasiya baş vermiş və onun götürdüyü məbləğ faktiki olaraq manata nisbətdə 2 dəfə artdığından hazırkı şərtlərlə onun qaytarılması qeyri-mümkün vəziyyətə gəlmişdir. Yəni, xx xxxx 2015-ci il tarixli, 132/2 KX saylı Kredit xətti müqaviləsi bağlanarkən "Kreditor” ASCnin rəhbərliyinin onun ağır maliyyə vəziyyətindən istifadə edərək, onun iradə ifadəsi olmadan özü üçün əlverişli şərtlərlə müqavilə bağlamağa məcbur etməsi və inandırması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 339.1, 339.2, 442-ci maddələrinin tələblərinə zidd olmuşdur. Dövlət hakimiyyəti orqanlarının müvafiq aktı nəticəsində (Mərkəzi Bankın manatın əvvəlcə 34%, sonra isə üzən məzənnə üzrə 55% devalvasiya olması barədə müvafiq qərarları) kredit müqaviləsi ilə götürdüyü məbləğ onun iradəsindən asılı olmayaraq süni şəkildə artmış və götürdüyü öhdəliyin icrası mümkünsüz vəziyyətə gəlmişdir. Mərkəzi Bankın qəbul etdiyi qərarlar nəticəsində manatın məzənnəsində baş verən devalivasiya ondan asılı olmayan səbəbdən bank qarşısında götürdüyü öhdəliyi həyata keçirməyə imkan verməmişdir. Bu barədə dəfələrlə Kreditor ASC-nin öz rəhbərliyinə, bank ləğv olduqdan sonra isə Bankın ləğvedicisi olan X1 rəhbərliyinə müraciət edərək kredit üzrə güzəştlərin verilməsini xx xxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, götürülmüş kreditin, kredit rəsmiləşdirilən vaxt dolların məzənnəsinə uyğun (yəni 1,03) nəzərə alınmasını və ödənişlərin ona uyğun hesablanmasını, hesablanmış kredit faizlərinin silinməsıni, bundan sonrakı mərhələdə kredit məbləğinin üzərinə faiz gəlinməməsini, ödədiyi pulların əsas kredit borcuna hesablanmasını, kredit müddətinin mövcud vəziyyətə uyğun olaraq heç olmasa 10 il müddətə uzadılmasını və ya qarşılıqlı razılaşma ilə xx xxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin şərtlərinə uyğun (manatla) yeni kredit müqaviləsinin bağlanmasını xahiş etsə də, bunlara heç bir əhəmiyyət verilməmişdir. Kreditor ASC ilə intizamlı əməkdaşlığını nəzərə alaraq ona güzəşt edilməsi və ya əlavə vaxt verilməsi barədə təkliflərinə cavab verilməməsi belə qənaətə gəlməyə əsas verir ki, onların məqsədi onun ağır vəziyyətə düşməyindən istifadə edərək əmlakını ələ keçirmək olmuşdur. Ona görə də Mərkəzi Bankın qəbul etdiyi qərarlar nəticəsində manatın məzənnəsində baş verən devalvasiya görə onun cavabdeh olmadığı səbəbdən bank qarşısında xx xxxx 2015-ci il tarixli, 132/2 KX saylı Kredit xətti müqaviləsi üzrə götürdüyü öhdəliyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində icra edə bilmədiyindən bank həmin öhdəliyin icrasını ondan tələb edə bilməz və öhdəliyə xitam verilməlidir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, yeni tərtib edilmiş maliyyə arayışına cavabdehin xx xxxx 2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsi üzrə 245.300 ABŞ dolları əsas borc, 71.216,03 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 99.681,78 ABŞ dolları cərimə borcu, 35.160,24 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 451.358,05 ABŞ dolları borc vardır. Tərəflər arasında bağlanmış həmin müqavilələrin ləğvi üçün qanunvercilikdə qeyd edilmiş əsasların mövcudluğu barədə sübutları isə cavabdeh məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin məhkəmənin sualına cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ödənilən 600 ABŞ dolları onun müqavilə üzrə faiz borcuna yönəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, keçirilmiş ekspertizalar üzrə rəylərlə razı deyil. Belə ki, əmlakın qiyməti real qiymətindən az göstərilmiş, məhkəməmühasibat ekspertizası üzrə ekspert isə müqavilə üzrə borcu düzgün hesablamamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kreditor ASC ilə borcalan Borclu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 132/1KX saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalan Borclu mənzilin təmiri məqsədi ilə illik 20 % hesablanmaqla 24 ay müddətinə 220.000 manat məbləğində krediti verməyi, borcalan isə bu müqaviləyə əsasən kredit xəttini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit xətti və kredit xətti üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinəgötürmüşdür. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcalanın üzərinə düşən öhdəliklərin icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün borcalana dəbbə pulu müəyyənləşdirilir; İpoteka saxlayan Kreditor ASC ilə ipoteka qoyan-borcalan Borclu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 32/1 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxx 2013-cü il tarixli, 132/1KX saylı kredit xətti müqaviləsinə əsasən 220.000 manat 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka qpoyulması barədə razılığa gəlmişlər. İpoteka predmeti olan əmlak: Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evidir; Kreditor ASC ilə borcalan Borclu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalan Borclu mənzilin təmiri məqsədi ilə illik 22 % hesablanmaqla 24 ay müddətinə 250.000 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə bu müqaviləyə əsasən kredit xəttini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit xətti və kredit xətti üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinəgötürmüşdür. Müqavilənin 10.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə borc yarandığı gündən hər gecikdirilən gün üçün Borc verənə 0,05% həcmində dəbbə pulu ödəməlidir; İpoteka saxlayan Kreditor ASC ilə ipoteka qoyan-borcalan Borclu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 32/2 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxx 2015ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən 250.000 ABŞ dolları 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka qpoyulması barədə razılığa gəlmişlər. İpoteka predmeti olan əmlak: Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evidir; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evi Kreditor ASC qarşısında 24 ay müddətində ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Borclu məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evi üzərində ipoteka predmetinin tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Borclu ləğv prosesində olan Kreditor ASC-nin ləğvedicisi X2 ünvanladığı xx xxxx 2017-ci il tarixli ərizəsindən görünür ki, o, xx xxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, götürdüyü kreditin, kredit rəsmiləşdirilən vaxt olan dolların məzənnəsinə uyğun (yəni 1.03) nəzərə alınmasını və ödənişlərin ona uyğun hesablanmasını, hesablanmış kredit faizlərinin silinməsini, bundan sonrakı mərhələdə kredit məbləğinin üzərinə faizlərin gəlinməməsini, ödəyəcəyi pulların əsas kredit məbləğinə hesablanmasını, kredit müddətinin mövcud vəziyyətə uyğun olaraq 10 il müddətinə uzadılmasını və ya kredit müqaviləsinin qarşılıqlı razılaşma yolu ilə yeni şərtlərlə bağlanmasını xahiş etmişdir; Borclu ləğv prosesində olan Kreditor ASC-nin ləğvedicisi X2 etdiyi xx xxxxxx 2018-ci il tarixli müraciət məktubundan görünür ki, o, xx xxxx 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə ona hesablanmış faizlərin dayandırılmasını, bu günə kimi hesablanmış faizlərin silinməsini, krediti aldığı kursa uyğun əsas kredit məbləğinin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi, kreditin ödənilməsi üçün ağlabatan müddətin verilməsini və ya ona məxsus girovda olan əmlakın bazar qiyməti ilə hesablanmasını və kreditin əsas borcu ilə əvəzləşdirilməsini xahiş etmişdir; Kreditor ASC tərəfindən cavabdeh Borclu göndərilmiş xx xxxxxx 2018-ci il tarixli bildirişdən görünürki, cavabdehə bankaolanborcunu5 gün ərzindəödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədəxəbərdarlıqedilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28101 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin şərtləri əsas götürülməklə Borclu xx xxxx 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixə əsas borcu 243.719,32 ABŞ dolları, faiz borcu 117.053,79 ABŞ dolları, xx xxxxxxxx 2019cu il tarixə əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 199.987,69 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir; Ləğv prosesində olan Kreditor ASC tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Borclu xx xxxx 2015-ci il tarixli, 132/2 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə əsas məbləğ üzrə borcu 245.300 ABŞ dolları, faiz borcu 71.216,03 ABŞ dolları, cərimə 99.681,78 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 35.160,24 ABŞ dolları, cəmi 451.358,05 ABŞ dollar təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4410 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin şərtləri əsas götürülməklə Borclu xx xxxx 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları müəyyən olunur. Qeyd edilir ki, hazırki tədqiqatda Kreditor ASC ilə Borclu arasında xx xxxx 2015-ci il tarixində 132/2 KX saylı kredit müqaviləsi üzrə borc məbləği müqavilə müddəti bitdikdən sonra dövr üçün hesablanaraq xx xxxxxx 2019-cu il tarixə isə əsas borcu 243.719,32 ABŞ dolları, faiz borcu 87.982,59 ABŞ dolları təşkil edir. Bundan başqa Borclu banka olan borcunun xx xxxxxx 2019-cü il tarixinə hesablandığından hazırki ekspertiza tədqiqatı ilə xx xxxxxx 2019-cu il tarixdən sonrakı 600 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir; “X5” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci tarixli, H/02-PLS nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin hazırki bazar qiyməti 450.000 manat, likvid qiyməti isə 350.000 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kreditor ASC ilə borcalan Borclu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən bank cavabdehə mənzilin təmiri məqsədi ilə 24 ay müdətinə, illik 22 % ödəmək şərti ilə 250.000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə kredit xəttini qəbul etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin xx xxxxxx 2020-ci il tarixinə əsas məbləğ üzrə 245.300 ABŞ dolları borc, 71.216,03 ABŞ dolları faiz borcu, cərimə 99.681,78 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 35.160,24 ABŞ dolları olmaqla, cəmi 451.358,05 ABŞ dollar məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən xx xxxx 2015-ci il tarixli, 132/2 saylı kredit xətti müqaviləsi üzrə cavabdehin xx xxxx 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra isə illik 5% hesablanmaqla xx xxxxxx 2019-cu il tarixinə 19,780,99 ABŞ dolları (87.982,59 – 68.201,60 = 19,780,99) müəyyən edilir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən banka xx xxxxxx 2019-cu il tarixdən sonra 600 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödəniş əsas faiz borcundan silinmişdir. Cavabdeh isə qarşılıqlı iddia ilə müraciət edərək, şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini əsas gətirərək tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 132/2 saylı kredit müqaviləsinin və xx xxxx 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməsini və həmin müqavilələr üzrə onun öhdəliyinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbi ilə bağlı aşağıdakıları normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehin onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun, habelə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% hesablanmaqla gecikdirilmiş faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, məhkəmə ekspertinin 4410 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirib, cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdən sonra 600 ABŞ dolları məbləğində ödəniş edildiyini və həmin ödənişin əsas faiz borcundan silindiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 243.719,32 ABŞ dollar məbləğində əsas, 67.601,6 ABŞ dollar məbləğində faiz borcu və 19.780,99 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz borcu iddiaçı ləğv prosesində olan Kreditor ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 10.2-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 99.681,78 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsi üzrə 1.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 32/2 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin bazar qiyməti 450.000 manat, likvid qiyməti 350.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdehtərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Borclu tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – cavabdeh Borclu qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş likvid qiymət, yəni 350.000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 42.6-cı maddəsinə əssasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Məhkəmə iddia tələbinin “əmlak satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, ipoteka predmeti hərrac vasitəsilə satıldıqdan sonra hərracı udmuş şəxsin mülkiyyətinə verilir. Məhkəmə, Borclu ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia tələbi ilə bağlı isə aşağıdakılar normaları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəflər arasında imzalanmış müqavilələrin kredit müqaviləsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini əsas gətirərək ləğv edilməsini tələb etsə də, yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin ləğv edilərək öhdəliyə xitam verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx xxxx 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “kredit müqaviləsinin ləğv edilərək öhdəliyə xitam verilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu 243.719,32 ABŞ dollar məbləğində əsas, 67.601,6 ABŞ dollar məbləğində faiz borcu, 1.000 ABŞ dolları məbləğində cərimə, 19.780,99 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği olmaqla, cəmi 332.101,91 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan “Kreditor" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Borclu qaytarılmalı, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin ilkin satış qiyməti 350.000 manat məbləğində müəyyən edilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən cavabdeh Borclu məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manatı iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ilə əlaqədar tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,Borclu ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Borclu aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 221 manatı cavabdeh Borclu, 79 manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsaitin 368 manatı cavabdeh Borclu, 132 manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2015-ci il tarixli, 132/2KX saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu 243.719,32 (iki yüz qırx üç min yeddi yüz on doqquz dollar, otuz iki sent) ABŞ dollar məbləğində əsas, 67.601,6 (altmış yedi min altı yüz bir dollar, altmış sent) ABŞ dollar məbləğində faiz borcu, 1.000 (bir min) ABŞ dolları məbləğində cərimə, 19.780,99 (on doqquz min yeddi yüz səksən dollar, doxsan doqquz sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği olmaqla, cəmi 332.101,91 (üç yüz otuz iki min bir yüz bir dollar, doxsan bir sent) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan “Kreditor" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinə yönəldilsin. Həmin bağ evi açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Borclu qaytarılsın. İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin ilkin satış qiyməti 350.000 (üç yüz əlli min) manat məbləğində müəyyən edilsin. Cavabdeh Borclu məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 22 (iyirmi iki) manatı iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Borclu ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Borclu aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin 221 (iki yüz iyirmi bir) manatı cavabdeh Borclu, 79 (yetmiş doqquz) manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində vəsaitin 368 (üç yüz altmış səkkiz) manatı cavabdeh Borclu, 132 (bir yez otuz iki) manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (“Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, “X5” MMC, müştərinin hesabı AZ65UBAZ**********0060AZN001) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar