Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-154/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan Kreditor açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan Kreditor açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Borclun tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Kreditor ASC ilə borcalan Borclu arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən, bank borcalan Borclu mənzilin təmiri məqsədi ilə illik 22 % hesablanmaqla 24 ay müddətinə 250.000 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə bu müqaviləyə əsasən kredit xəttini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit xətti və kredit xətti üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kreditor ASC ilə Borclu arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 32/2 saylı ipoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən mənzilin təmiri məqsədi ilə illik 22 % hesablanmaqla 24 ay müddətinə verilmiş 250.000 ABŞ dolları kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evi ipoteka qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı iddia ərizə ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 17 mart 2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsi üzrə 245.300 ABŞ dolları əsas borc, 71.216,03 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu, 99.681,78 ABŞ dolları cərimə borcu, 35.160,24 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 451.358,05 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın 17 mart 2015-ci il tarixli 32/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Borclu mülkiyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadədə 0.12 ha torpaq sahəsində yerləşən 206.5 kv.m ümumi, 102.5 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ləğv prosesində olan Kreditor ASC-yə ödənilməsi, əmlak satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Borclu Ləğv prosesində olan Kreditor ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Kreditor ASC arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 132/2 saylı kredit müqaviləsinin və 17 mart 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməklə, həmin müqavilələr üzrə onun öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2020 saylı, 05 oktyabr 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu 243.719,32 (iki yüz qırx üç min yeddi yüz on doqquz ABŞ dolları, otuz iki sent) ABŞ dolları əsas, 67.601,6 (altmış yeddi min altı yüz bir ABŞ dolları, altmış sent) ABŞ dolları faiz borcu, 1.000 (min) ABŞ dolları cərimə, 19.780,99 (on doqquz min yeddi yüz səksən ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği olmaqla, cəmi 332.101,91 (üç yüz otuz iki min, yüz bir ABŞ dolları, doxsan bir sent) ABŞ dolları borc ödəniş anında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı Ləğv prosesində olan “Kredobank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh Borclu məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Borclu qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin ilkin satış qiyməti 350.000 (üç yüz əlli min) manat müəyyən edilməsi, cavabdeh Borclu məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı iddiaçı Ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, Borclu Ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Borclu aid edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibat ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manat vəsaitin 221 (iki yüz iyirmi bir) manatı cavabdeh Borclu, 79 (yetmiş doqquz) manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində vəsaitin 368 (üç yüz altmış səkkiz) manatı cavabdeh Borclu, 132 (yüz otuz iki) manatı isə iddiaçı ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutularaq “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, (“Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, “X6” MMC, müştərinin hesabı AZ65UBAZ**********0060AZN001) qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Kreditor ASC ilə borcalan Borclu arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən bank cavabdehə mənzilin təmiri məqsədi ilə 24 ay müdətinə, illik 22 % ödəmək şərti ilə 250.000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə kredit xəttini qəbul etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin 29 yanvar 2020-ci il tarixinə əsas məbləğ üzrə 245.300 ABŞ dolları borc, 71.216,03 ABŞ dolları faiz borcu, cərimə 99.681,78 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 35.160,24 ABŞ dolları olmaqla, cəmi 451.358,05 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 iyun 2020-ci il tarixli rəyinə əsasən 17 mart 2015-ci il tarixli, 132/2 saylı kredit xətti müqaviləsi üzrə cavabdehin 17 mart 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra isə illik 5% hesablanmaqla 29 yanvar 2019-cu il tarixinə 19,780,99 ABŞ dolları (87.982,59 – 68.201,60 = 19,780,99) müəyyən edilir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən banka 29 yanvar 2019-cu il tarixdən sonra 600 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödəniş əsas faiz borcundan silinmişdir. Cavabdeh isə qarşılıqlı iddia ilə müraciət edərək, şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini əsas gətirərək tərəflər arasında bağlanmış 17 mart 2015ci il tarixli, 132/2 saylı kredit müqaviləsinin və 17 mart 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməsini və həmin müqavilələr üzrə onun öhdəliyinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdehin onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun, habelə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% hesablanmaqla gecikdirilmiş faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, məhkəmə ekspertinin 4410 nömrəli, 01 iyun 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirib, cavabdeh tərəfindən 29 yanvar 2019-cu il tarixdən sonra 600 ABŞ dolları məbləğində ödəniş edildiyini və həmin ödənişin əsas faiz borcundan silindiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 243.719,32 ABŞ dollar məbləğində əsas, 67.601,6 ABŞ dollar məbləğində faiz borcu və 19.780,99 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz borcu iddiaçı ləğv prosesində olan Kreditor ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdehlər cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 10.2-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 99.681,78 ABŞ dolları məbləğində hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsi üzrə 1.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 32/2 saylı İpoteka müqaviləsinə əsasən, 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Borclu məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 206,5 kv.m ümumi, 102.5 kv.m. yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 1043 nömrəli fərdi bağ evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 02 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin bazar qiyməti 450.000 manat, likvid qiyməti 350.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdehtərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Borclu tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinə yönəldilməli, həmin bağ evi açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – cavabdeh Borclu qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş likvid qiymət, yəni 350.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “əmlak satıldıqdan sonra boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, ipoteka predmeti hərrac vasitəsilə satıldıqdan sonra hərracı udmuş şəxsin mülkiyyətinə verilir. Məhkəmə, Borclu ləğv prosesində olan Kreditor Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir: Cavabdeh tərəflər arasında imzalanmış müqavilələrin kredit müqaviləsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini əsas gətirərək ləğv edilməsini tələb etsə də, yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin ləğv edilərək öhdəliyə xitam verilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 17 mart 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “kredit müqaviləsinin ləğv edilərək öhdəliyə xitam verilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İlk iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və bankın iddia tələbinin tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, məhkəmə iddia tələbinin təmin edilməmiş hissəsilə birgə əmlakın ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi hissəsində əsassız olduğundan ləğv edilməli, ilkin iddia tələbinin tam təmin edilməsi və əmlakın ilkin satış qiymətinin 140000- 150000 manat arasında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə ilkin iddia tələbinin borc məbləği hissəsində qismən təmin edilməsinin və əmlakın ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsinin əsası kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci tarixli rəyinə, istinad etmişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə uyğun hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Həmçinin, halhazırda daşınmaz əmlakların satışına dair internet şəbəkələrindəki elanlardan görünür ki, Novxanı bağlarında bu əmlaka oxşar əmlakların qiymətləri 200000 manata belə çatmır. Həmçinin məhkəmə ilkin iddia tələbini 35.160,24 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcu 19.780,99 ABŞ dolları nisbətində təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdır. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalı olduğu halda göründüyü kimi 99.681,78 ABŞ dolları məbləğində cərimə borcundan yalnız 1000 ABŞ dolları məbləğində təmin etməkdə də haqlı olmamışdır.
8. Qarşılıqlı iddiaçı Borclu da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçının iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, cavabdehlə Kreditor ASC arasında 17 mart 2011-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmaqla kredit müqaviləsinə əsasən ona bankdan 220.000 manat kredit verilmiş, 15 mart 2013-cü il tarixinədək kredit xəttindən istifadə etməklə, kredit üzrə aylıq faizlərin hamısı ödənilmişdir, Kreditor ASC ilə bağlanmış müqaviləyə əsasən 15 mart 2013-cü il tarixdə yenidən kredit xətti müqavıləsinin müddəti manatla uzadılmışdır, 2015-ci ilin mart ayında kredit müqaviləsinin müddəti bitdikdə, ölkədə və dünyada baş verən böhran səbəbindən borcun tam ödənilməsində çətinlik yarandığından Kreditor ASC-nin rəhbərliyinə müraciət edərək yenə müddətin uzadılmasını xahiş etmişdir. Lakin Kreditor ASC-nin rəhbərliyi birmənalı şəkildə bildirmişdir ki, ya kreditin hamısı qaytarılmalı və borc bağlanmlıdır, yada manatla olan krediti dollara çevirməklə yenidən müqavilənin vaxtını uzada bilərlər. O, bununla razılaşmağa məcbur olmuş, başqa şəxslərdən borc alıb 16 mart 2015-ci il tarixdə həmin krediti faizi ilə birlikdə (223.779,77 manat) bağlamış və 17 mart 2015-ci il tarixdə 250.000 ABŞ dolları kredit xəttinin açılması barədə 17 mart 2015-ci il tarixli, 132/KX saylı kredit müqaviləsini və dolların həmin dövrdə olan məzənnəsinə uyğun (1 ABŞ dolları=1,03 manat nisbəti ilə) olmaqla 220.000 manatın əvəzinə 213.600 ABŞ dolları alınması barədə xəzinə məxaric orderini imzalamışdır. Əslində o, həmin vaxtı bankdan heç bir kredit götürməmiş, əvvəlki illərdə bankla bağladığı bütün müqavilələr və hesablaşmalar manatla olduğu halda 2013-cü ildə götürdüyü kredit bank rəhbərliyinin məcburiyyəti və dolların daha dəyişməyəcəyinə onu inandırdıqlarından dollara çevirməklə yenidən rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin müddətdə o, təxminən 70-80 min manat civarında faiz borcu ödəmişdir. Sonradan 2015-ci ilin dekabr ayında ölkədə ikinci devalvasiya baş vermiş və götürdüyü məbləğ faktiki olaraq manata nisbətdə 2 dəfə artdığından hazırkı şərtlərlə onun qaytarılması qeyri-mümkün vəziyyətə gəlmişdir. Dövlət hakimiyyəti orqanlarının müvafiq aktı nəticəsində (Mərkəzi Bankın manatn əvvəlcə 34%, sonra isə üzən məzənnə üzrə 55% devalvasiya olması barədə müvafiq qərarları) kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin icrası mümkünsüz vəziyyətə gəlmişdir. Mərkəzi Bankın qəbul etdiyi qərarlar nəticəsində manatın məzənnəsində baş verən devalvasiya ondan asılı olmayan səbəbdən bank qarşısında götürdüyü öhdəliyi həyata keçirməyə imkan verməmişdir. Bu barədə dəfələrlə Kreditor ASC-nin öz rəhbərliyinə, bank ləğv olunduqdan sonra isə ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə müraciət edərək kredit üzrə güzəştlərin verilməsini 17 mart 2015-ci il tarixli müqavilənin ləğv edilməsi, götürülmüş kreditin, kredit rəsmiləşdirilən vaxt dolların məzənnəsinə uyğun (yəni 1,03) nəzərə alınmasını və ödənişlərin ona uyğun hesablanmasını, hesablanmış kredit faizlərinin silinməsini, bundan sonrakı mərhələdə kredit məbləğinin üzərinə faiz gəlməməsini, ödədiyi pulların əsas kredit borcuna hesablanmasını, kredit müddətinin mövcud vəziyyətə uyğun olaraq heç olmasa 10 il müddətə uzadılmasını və ya qarşılıqlı razılaşma ilə 15 mart 2013-cü il tarixli kredit xətti müqaviləsinin şərtlərinə uyğun (manatla) yeni kredit müqaviləsinin bağlanmasını xahiş etsə də, bunlara heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə yalnız Borclu Şkür oğlu ilə Kreditor ASC arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 132/2KX saylı ktedit xətti müqaviləsinin şərtlərini əsas götürməklə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli, 4410 saylı rəyinə isinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən işin yuxarıda göstərilən halları, yəni kredit xətti üzrə tərəflər arasında olan müqavilənin 2011-ci ildə manatla olması, 2013-cü ildə yenidən kredit xətti müaviləsının müddətinin manatla uzadılması və 2015-ci ilin mart ayında kredit müqaviləsinin müddəti bitdikdə, ölkədə və dünyada baş verən böhran və Kreditor ASC-nin rəhbərliyinin məcburiyyəti səbəbindən manatla olan kreditin dollara çevirməklə yenidən müqavilənin vaxtının uzadılması faktı araşdırılmamış və qarşılıqlı iddia üzrə buna hüquqi qiymət verilməmişdir. İkinci, Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli 4410 saylı rəyinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilmiş 45.103 ABŞ dolları məbləğin 42.222,32 ABŞ dollarının faiz borcuna, 2880,68 ABŞ dollarının əsas borca hesablanması da düzgün olmamış və təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət məhkəmənin 05 oktyabr 2020-ci il tarixli, 2(001)-55/2020 saylı qəradadı ilə təmin edilməmişdir. Üçüncü, tələbin yönəldildiyi Borclu mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin hazırkı bazar qiymətinin 450.000 manat, likvid qiymətinin isə 350.000 manat müəyyən edilməsi barədə “X7” MMC-nin rəyi və məhkəmənin həmin rəyə istinad etməsi əsassız olmuşdur. Belə ki, Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 1043 saylı bağ evinin bazar qiymətinin 450.000 manat müəyyən edilməsi real bazar qiymətini əks etdirmir. Həmin əmlakın bazar və likvid qiymətinin xeyli aşağı dəyərləndirilməsi ipoteka qoyan kimi mülkiyyətçinin hüququnun pozulmasına səbəb olar.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh Borclu apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, ilk iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
12. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğv edilməsi və ya dəyişdiriməsi üçün əsas deyil.
15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. İlk iddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi nəzərdə tutulsa da, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilməmiş hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin bir hissəsinin, yəni ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə təmin edilməmiş hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21.Əvvəla ilk iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, mübahisələndirilən hissədə, yəni faiz borcun, illik 5%-lə hesablanan məbləğin, cərimənin, eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
22. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 28101 saylı, 19 dekabr 2019-cu il tarixli rəyinə əsasən Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin şərtləri əsas götürülməklə Borclu 17 mart 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları, 15 fevral 2018-ci il tarixə əsas borcu 243.719,32 ABŞ dolları, faiz borcu 117.053,79 ABŞ dolları, 27 sentyabr 2019-cu il tarixə əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 199.987,69 ABŞ dolları təşkil edir. 23.Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 4410 saylı, 01 iyun 2020-ci il tarixli rəyinə əsasən Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 17 mart 2015-ci il tarixli, 132/2KX saylı kredit xətti müqaviləsinin şərtləri əsas götürülməklə Borclu 17 mart 2017-ci il tarixə banka olan əsas borcu 243,719,32 ABŞ dolları, faiz borcu 68.201,60 ABŞ dolları müəyyən olunur. Qeyd edilir ki, hazırki tədqiqatda Kreditor ASC ilə Borclu arasında 17 mart 2015-ci il tarixində 132/2 KX saylı kredit müqaviləsi üzrə borc məbləği müqavilə müddəti bitdikdən sonra dövr üçün hesablanaraq 29 yanvar 2019-cu il tarixə isə əsas borcu 243.719,32 ABŞ dolları, faiz borcu 87.982,59 ABŞ dolları təşkil edir. Bundan başqa Borclu banka olan borcunun 29 yanvar 2019-cü il tarixinə hesablandığından hazırki ekspertiza tədqiqatı ilə 29 yanvar 2019-cu il tarixdən sonrakı 600 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır.
24. Apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, ekspert rəyləri arasında ziddiyyət olduğundan iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ekspertizanın aparılması başqa ekspertə həvalə edilməlidir. Çünki, qeyd olunduğu kimi, eyni ekspert tərəfindən, eyni müqavilə üzrə iki fərqli rəy verilmişdir. Hazırda da hər iki tərəf ekspert rəyini mübahisələndirir. Əlbətdə ki, bu cür rəylərə əsasən də iş üzrə düzgün nəticəyə gəlmək mümkünsüz vəziyyətə düşürdü. 25.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1160/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin diqqətinə çatdırılmışdır ki, rəy verərkən sualda göstərilən tarixləri, dövrü nəzərə alaraq hər bir sualı ayrıca və dəqiq cavablandırsın. 26.Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 9/1105 saylı, 14 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Borclu tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Borclu banka olan borcu xx.xx.2017-ci il tarixə əsas borc üzrə 243.719,32 ABŞ dolları, faiz borcu üzrə 68.201,60 ABŞ dolları; xx.xx.2020-ci il tarixə isə əsas borc üzrə 243.719,32 ABŞ dolları, faiz borcu üzrə 99.196,21 ABŞ dolları təşkil edir. Qeyd edilir ki, hazırki tədqiqatla Kreditor ASC ilə Borclu arasında xx.xx.2015ci il tarixində 132/2 KX saylı kredit xətti müqaviləsi üzrə borc məbləği müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% faiz dərəcəsi ilə hesablanıldı. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli məktubu ilə vəsatət və ərizə daxil olmuşdur. Həmin vəsatətdə göstərilmişdir ki, 2011-ci il tarixdə götürülmüş kredit müqaviləsi üzrə faiz və cərimə borcu artırılaraq, müxtəlif vaxtlarda əvvəlki kreditə yönləndirilməklə yeni kredit müqavilələri bağlanmışdır. Bununla yanaşı vəsatətdə göstərilmişdir ki, xx.xx.2015-ci il tarixində 132/2 KX saylı kredit xətti müqaviləsi formal xarakter daşıyır. Həmçinin əvvəlki kredit müqavilələri manatla bağlandığı halda sonuncu kredit kredit müqaviləsi, yəni xx.xx.2015-ci il tarixində 132/2 KX saylı kredit xətti müqaviləsi dollarla bağlanmışdır. Beləliklə, hazırki tədqiqatla ekspert qeyd edir ki, məhkəmənin məhkəməmühasibat ekspertizası təyini haqqında qərardadda ekspert qarşısında əvvəlki kredit müqavilələri ilə bağlı borcun hesablanması sualları qoyularsa, ekspert vəsatətdə qeyd olunan kredit müqavilələri üzrə tədqiqat apara bilər.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının yazılı vəsatətini, eləcə də təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1160/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadının nəticə hissəsində göstərilən 3-cü suala tam cavab verilmədiyini, 4-cü sual isə ayrıca cavablandırılmadığından komisyon əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
28. Komisyon əlavə mühasibatlıq ekspertizasının 9/1154 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsinin 2.1-ci və 7.3-cü bəndlərini əsas götürməklə Borclu banka olan borcu xx.xx.2017-ci il tarixə 255.647,32 manat əsas borc, 70.714,63 manat faiz borcu; xx.xx.2020-ci il tarixə isə 255.647,32 manat əsas borc, 100.882,25 manat faiz borcu müəyyən olunur. Qeyd edilir ki, hazırki tədqiqatla "xxxx" ASC ilə Borclu arasında xx.xx.2015-ci il tarixində 132/2 KX saylı kredit xətti müqaviləsi üzrə borc məbləği müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5% faiz dərəcəsi ilə hesablanıldı. Bundan başqa qeyd edilir ki, istifadə olunan və ödənilən pul vəsaitləri Mərkəzi Bankın rəsmi saytına əsasən günün məzənnəsi ilə manata konvertasiya edilməklə hesablanmışdır. Ekspert qarşısında qarşılıqlı iddia ilə əlaqədar xx.xx.2011-ci il tarixli, 15 mart 2013-cü il tarixli və 17 mart 2015-ci il tarixli kredit xətti müqavilələrinin təyinatı üzrə xərclənibxərclənmədiyi müəyyən edilməsi göstərilmişdir. "xxxx" ASC ilə Borclu arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır, o cümlədən: - xx.xx.2011-ci il tarixli, 1 3 2 KXN saylı kredit müqaviləsi (müqavilə təqdim edilməyib), - xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi (24 ay xx.xx.2013-cü il tarixədək, illik 20%, 220.000,00 AZN), - 17 03 2015-ci il t a r i x l i 132/2 KX saylı kredit müqaviləsi (24 ay xx.xx.2017-ci il tarixədək, illik 22%, 250.000,00 USD). "xxxx" ASC ilə Borclu arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır, o cümlədən: - xx.xx.2011-ci il tarixli, 3 2 saylı ipoteka müqaviləsi (müqavilə təqdim edilməyib, girovun predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivi 1043 nömrəli bağ evi), - xx.xx.2013-cü il tarixli, 32/1 saylı ipoteka müqaviləsi (girovun predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivi 1043 nömrəli bağ evi), - 17 03 2015-ci il tarixli 32/2 saylı ipoteka müqaviləsi (girovun predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivi 1043 nömrəli bağ evi).
Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" ASC ilə Borclu arasında xx.xx.2011-ci il tarixli, 132 KXN saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi təqdim edilmədiyindən həmin müqavilə üzrə Borcalana verilməli kredit məbləği, faizi və müddətini müəyyən etmək mümkün olmur. Müqaviləyə əsasən pul vəsaitinin xərclənməsinə dair sənədlər və kredit vəsaitinin xərclənməsinə dair bank tərəfindən keçirilmiş monitorinq aktları təqdim edilmədiyindən həmin müqavilə üzrə verilməli pul vəsaitinin müqavilədə göstərilən təyinata uyğun istifadə edilməsini müəyyən etmək mümkün olmur. İş materiallarında olan "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32/1 saylı və xx.xx.2015-ci il tarixli, 32/2 saylı ipoteka müqavilərindən və hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 132 KXN saylı kredit müqaviləsinə əsasən tərəflər arasında xx.xx.2013-cü il tarixli, 32 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipateka müqaviləsinə əsasən girovun predmeti Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evi girov qoyulmuşdur. Yəni ki "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32/1 saylı və xx.xx.2015ci il tarixli 32/2 saylı ipoteka müqavilələrinin 2.2-ci bəndindən göründüyü kimi ipoteka predmeti olan əmlak ilk dəfə tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 32 saylı ipoteka müqaviləsinə əsasən Banka girova qoyulmuşdur. Lakin xx.xx.2013-cü il tarixli, 32 saylı ipoteka müqaviləsi təqdim edilməmişdir. "xxxx" ASC ilə Borclu arasında xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi bağlanmış və 24 ay müddətinə 220.000,00 manat məbləğində, mənzii təmirinə görə pul vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndində kredit vəsaitinin təyinatı mənzii təmiri göstərilmişdir. Lakin xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsində kredit vəsaitinin hansı mənzilin təmirinə istifadə ediləcək olması göstərilməmişdir. Bundan başqa "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsinə tərəflər arasında xx.xx.2013- cü il tarixli, 32/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipateka müqaviləsinə əsasən girovun predmeti, Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evi təkrarən girov qoyulmuş və müqavilə tarixinə girovun dəyəri 300.000,00 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı müqaviləsi üzrə borcalanın hesabına bank tərəfindən xx.xx.2013-cü il tarixdə köçürülmüş 199.500,00 manat məbləğində kredit vəsaiti xx.xx.2011-ci il tarixli, 132 KXN saylı kredit muqavıləsı üzrə xx.xx.2013-cü il tarixə yaranmış kredit borcundan silinmişdir (ödənilmişdir). Müqavilə üzrə bank tərəfındən xx.xx.2013-cü il tarixdə köçürülmüş 20.000,00 manat məbləğində kredit vəsaiti isə həmin tarixdə məxaric edilmişdir. Borcalanın hesabından hesabına silinmiş (ödənilmiş) 199.500,00 manat məbləğində pul vəsaitinin ödəniştapşırığı təqdim edilməyib. Yəniki xx.xx.2013-cü il tarixli, 132/1KXsaylı kredit müqaviləsi üzrə kredit vəsaitinin təyinatı mənzil təmiri göstərilsədə 199.500,00 manat məbləğində kredit vəsaiti müqavilədə göstərilən təyinat üzrə yox əwəlki xx.xx.2011-ci İİ tarixli, 132 KXN saylı kredit müqaviləsinin ödənişinə silinmişdir (ödənilmişdir) və həmin müqavilə üzrə 20.000,00 manat məbləğində kredit vəsaiti isə məxaric edilmişdir. xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə məxaric edilmiş 20.000,00 manat məbləğində kredit vəsaitinin xərclənməsinin sənədləri və kredit vəsaitinin xərclənməsinə dair bank tərəfindən keçirilmiş monitorinq aktıları təqdim edilməyib. "xxxx" ASC ilə Borclu arasında xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsi bağlanmış və 24 ay müddətinə 250.000,00 ABŞ dolları məbləğində, mənzil təmirinə görə pul vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.2-ci bəndində kredit vəsaitinin təyinatı mənzil təmiri göstərilmişdir. Lakin xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsində kredit vəsaitinin hansı mənzilin təmirinə istifadə ediləcək olması göstərilməmişdir. Bundan başqa, "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsinə tərəflər arasında xx.xx.2015-ci il tarixli, 32/2 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipateka müqaviləsinə əsasən girovun predmeti Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evi təkrarən girov qoyulmuş və müqavilə tarixinə girovun dəyəri 250.000,00 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 132 KXN saylı (kredit müqaviləsi təqdim edilməyib), xx.xx.2013-cü il tarixli, 132/1KX saylı və xx.xx.2015ci il tarixli 132/2 KX saylı kredit müqavilələrində kredit vəsaitinin təyinatı mənzil təmiri göstərilmişdir. "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2011- ci il tarixli, 132 KXN saylı, xx.xx.2013-cü il tarixli, 132/1KX saylı və xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqavilələrinə əsasən tərəflər arasında xx.xx.2011-ci il tarixli, 32 saylı, xx.xx.2013-cü il tarixli, 32/1 saylı, xx.xx.2015-ci il tarixli 32/2 saylı ipoteka müqavilələri bağlanmış və hər bir ipoteka müqaviləsi üzrə Borclu məxsus Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evi banka girov qoyulmuşdur. Təqdim edilmiş xx.xx.2011-ci il tarixli, 132 KXN saylı, xx.xx.2013-cü il tarixli, 132/1KX saylı və xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqavilələri, xx.xx.2011- ci il tarixii, 32 saylı, xx.xx.2013-cü il tarixli, 32/1 saylı, xx.xx.2015-ci il tarixli 32/2 saylı ipoteka müqavilələrindən göründüyü kimi xx.xx.2011-ci il tarixli, 132 KXN saylı, xx.xx.2013-cü il tarixli, 132/1KX saylı və xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqavilələri üzrə kredit məbləğləri Borclu məxsus Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evinin təmirinə istifadə edilməli idi. Lakin "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 132 KXN saylı Kredit müqaviləsi, həmin müqavilə üzrə pul vəsaitinin xərclənməsinə dair sənədlər və pul vəsaitinin xərclənməsinə dair bank tərəfindən keçirilmiş monitorinq aktıları təqdim edilmədiyindən həmin müqavilə üzrə verilmiş pul vəsaitinin müqavilədə göstərilən təyinatına uyğun olaraq Borclu məxsus Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evinin təmirinə istifadə edilməsini müəyyən etmək mümkün olmur. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü İltarixli, 132/1KXsaylı kredit müqaviləsi üzrə borcalana verilməli 199.500,00 manat məbləğində kredit vəsaiti tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 132 KXN saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixə yaranmış kredit borcundan silinməsinə (ödənilməsinə) görə müqavilə təyinatına uyğun xərclənməmiş və həmin müqavilə üzrə məxaric edilmiş 20.000,00 manat məbləğində kredit vəsaitinin xərclənmə sənədləri və kredit vəsaitinin xərclənməsinə dair bank tərəfindən keçirilmiş monitorinq aktıları təqdim edilmədiyindən kredit müqaviləsində göstərilən təyinata uyğun olaraq Borclu məxsus Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evinin təmirinə istifadə edilməsini müəyyən etmək mümkün olmadı. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit müqaviləsi üzrə kredit vəsaitinin təyinatı mənzil təmiri göstərilsədə 246.600,00 ABŞ dolları məbləğində pul vəsaiti məbləğində kredit vəsaitinin xərclənmə sənədləri və kredit vəsaitinin xərclənməsinə dair bank tərəfindən keçirilmiş monitorinq aktıları təqdim edilmədiyindən kredit müqaviləsində göstərilən təyinata uyğun olaraq Borclu məxsus Sumqayıt şəh. Novxanı bağ massivi 1043 nömrəli fərdi bağ evinin təmirinə istifadə edilməsini müəyyən etmək mümkün olmadı. Ekspert qarşısında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Borclu tərəfindən nə qədər ödəniş edilmişdir, onun xx.xx.2013-cü ilədək əsas və faiz borcu nə qədər olmuşdur sualı qoyulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi hazırki tədqiqata təqdim edilmədiyindən həmin müqavilə üzrə Borclu xx.xx.2013-cü ilədək əsas və faiz borcunun nə qədər olmasını müəyyən etmək mümkün olmur. Lakin iş materiallarında Borclu "xxxx" ASC-də olan cari hesabından çıxarış məlumatlarından göründüyü kimi, Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 132 KXN saylı kredit müqaviləsinin dövrü ərzində ümumilikdə kredit xəttindən 567.000,00 manat məbləğində istifadə edilmiş, 420.975,00 manat məbləğində ödəniş edilmişdir. Həmin hesabından çıxarış məlumatlarından göründüyü kimi müqavilə üzrə Borcalanın xx.xx.2013-cü il tarixə 2.825,81 manat faiz, 199.500,00 manat əsas olmaqla ümumilikdə 202.325,81 manat məbləğində borcu olmuş və həmin borcun 2.825,81 manatı kassadan nağd şəkildə, 199.500,00 manatı isə Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə bank tərəfindən borcalanın hesabına köçürülmüş kredit vəsaitindən silinmişdir (ödənilmişdir). xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsinin təyinatı mənzil təmiri olmuş və müqavilə üzrə verilmiş kredit vəsaitinin əvvəlki kreditə silinməsinə (ödənilməsinə) dair borcalanın ödəniş tapşırığı təqdim edilməmişdir. "xxxx" ASC ilə Borclu arasında xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi bağlanmış və 24 ay müddətinə (xx.xx.2015-ci il tarixədək saat 17-00 dək) 220.000,00 manat məbləğində, mənzil təmirinə görə pul vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında Borclu "xxxx" ASC-də olan cari hesabından çıxarış məlumatlarından göründüyü kimi Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsinin dövrü ərzində kredit xəttindən 998.500,00 manat məbləğində istifadə edilmiş, 1.079.146,40 manat məbləğində ödəniş edilmişdir. Həmin hesabından çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 3.779,77 manatfaiz, 220.000,00 manat əsas olmaqla ümumilikdə 223.779,77 manat məbləğində borcu olmuş və həmin borc bankın kassasından nəğd şəkildə həmin tarixdə tam ödənilmişdir. Məhkəmənin məhkəmə-mühasibat ekspertizası təyini haqqında qərardadın qərara aldı hissəsində ekspert qarşısında xx.xx.2015-ci il tarixində 132/2 KX saylı kredit xətti müqaviləsi üzrə Borclu tərəfindən nə qədər ödəniş edilmişdir və həmin kredit müqaviləsi üzrə alınmış 33000 ABŞ dolları kredit məbləğinə görə xx.xx.2017-ci il tarixədək əsas və faiz borcu nə qədər olmalıdır" sualı qoyulmuşdur. Qeyd edilir ki, hesabdan çıxarışdan göründüyü kimi, xx.xx.2015-ci iltarixli, 132/2 KX saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə 213.600,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 10.000,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5000,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 17.000,00 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə 1000,00 ABŞ dolları olmaqla ümumilikdə 246.600,00 ABŞ dolları məbləğində pul vəsaitinin məxaric edilməsi göstərilmişdir. Borclu "xxxx" ASC arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixə 3.779,77 manat faiz, 220.000,00 manat əsas olmaqla ümumilikdə 223.779,77 manat məbləğində borcu olmuş və həmin gün tam olaraq ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit xətti müqaviləsinin ilk tranşı üzrə xx.xx.2015-ci il tarixdə 213.600,00 ABŞ dolları məxaric edilmiş və hesabdan çıxarış məlumatlarına əsasən bankda həmin günün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə görə məxaric edilmiş 213.600,00 ABŞ dolları 224.023,68 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli məktubu ilə vəsatət və ərizə daxil olmuşdur. Həmin vəsatətdə göstərilmişdir ki, 2011-ci il tarixdəgötürülmüş kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu artırılaraq, müxtəlif vaxtlarda əvvəlki kreditə yönəldiməklə yeni kredit müqavilələri bağlanmışdır. Bununla yanaşı vəsatətdə göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit xətti müqaviləsi formal xarakter daşıyır Həmçinin əvvəlki kredit müqavilələri manatla bağlandığı halda sonuncu kredit xətti müqaviləsi yəni, xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit xətti müqaviiəsi dollarla bağlanmışdır. Bütün bu göstərilənlərə əsasən, Borclu ilə "xxxx" ASC arasmda bağlanmış xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit xətti müqaviləsinin ilk tranşı üzrə xx.xx.2015-ci il tarixdə məxaric edilmiş 213.600,00 ABŞ dollarının, yəni həmin günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə görə məxaric edilmiş 224.023,68 manat pul vəsaitinin, Borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə mövcud olan 223.779,77 manat məbləğində kredit borcuna ödənilməsi ilə əlaqəli olduğu göstərilmişdir. Beləliklə, xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit xətti müqaviləsi üzrə məxaric edilmiş 246.600,00 ABŞ dolları məbləğində kredit vəsaitinin 213.600,00 ABŞ dolları, yəni həmin günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə görə 224.023,68 manatı tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 132/1KX saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə mövcud olan 223.779,77 manat məbləğində kredit borcuna ödənilməsi nəzərə alındıqda xx.xx.2015-ci il tarixli, 132/2 KX saylı kredit xətti müqaviləsinin şərtlərinə əsasən Borcalana verilmiş kredit vəsaiti 33.000,00 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarından göründüyü kimi, Borclu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə alınmış 33.000 ABŞ dollarına görə (sualda göstərildiyi kimi) Borclu banka olan borcu tam ödənilməklə 13.871,75 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. Bundan başqa qeyd edilir ki, istifadə olunan və ödənilən pul vəsaitləri Mərkəzi Bankın rəsmi saytına əsasən günün məzənnəsi ilə manata konvertasiya edilməklə hesablanmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş üzrə 4 dəfə, yəni 2 dəfə birinci, 2 dəfə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizaları təyin edilərək keçirilmiş və hər dəfə ekspertlərin verdikləri rəylər yuxarıda qeyd olunan formada tədqiq olunmuşdur. 1, 2 və 3-cü rəylərdə əsas borcun məbləği ilk iddiaçının tələb etdiyindən az və eyni məbləğdə, yəni 243 718,32 ABŞ dolları müəyyən edilmişdir. Ona görə də əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilə və ləğv edilə bilməz.
30. Birinci, ikinci və üçüncü ekspertiza rəylərində faiz borcunun məbləği də ilk iddiaçının tələb etdiyindən az və eyni məbləğdə, yəni 68201,60 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ikinci ekspertizanın 29 yanvar 2019-cu il tarixə müəyyən etdiyi faiz borcunun məbləğindən, yəni 87982,59 ABŞ dollarından 68201,60 ABŞ dollarını çıxmaqla (87.982,59 – 68.201,60 = 19,780,99) illik 5 faizlə tələb edilən məbləğin miqdarını 19780,99 ABŞ dolları müəyyən etmiş, eyni zamanda cavabdeh tərəfindən 29 yanvar 2019-cu il tarixdən sonra 600 ABŞ dolları məbləğində ödəniş edildiyini və həmin ödənişin əsas faiz borcundan silindiyini nəzərə alıb hesab etmişdir ki, faiz borcunun məbləği də 67.601,6 ABŞ dolları müəyyən edilməlidir. Çünki, ekspertiza müqavilə müddəti bitdikdən sonra faiz məbləğini illik 5 faizlə hesablamışdır. Lakin işdən(bax.cild.1.i.v.191- 193) görünür ki, ilk iddiaçı iddia tələbini artıraraq 29 yanvar 2020-ci il tarixə olan dövrədək olan əsas borc və cərimə, eləcə də müqavilə müddətinin bitdiyi tarixədək faiz borcu, həmçinin müqavilə müddəti bitdiyi vaxtdan illik 5 faizlə olan məbləği tələb etmişdir. Apellyasiya baxışı zamanı da təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizanın qarşısında ödənilmiş məbləğlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə faiz borcunun, həmçinin müqavilə müddəti bitdiyi vaxtdan 20 yanvar 2020-ci il tarixə illik 5 faizlə tələb edilən məbləğin nə qədər təşkil etməsi soruşulmuşdur. Üçüncü rəydədə 20 yanvar 2020-ci ilə faiz borcunun ümumi məbləği, yəni müqavilə müddətinə hesablanan faizlə, müqavilə müddəti bitdikdən 20 yanvar 2020-ci il tarixədək illik 5 faizlə hesablanan məbləğin cəminin 99196,21 ABŞ dolları olduğu müəyyən edilmişdir. Başqa sözlə hər dəfə ekspert qarşısında bu suallara ayrıca cavab verilməsi xahiş edilsə də, yenə də müqavilə müddətinə olan faiz borcu ilə müqavilə müddəti bitdikdən sonra tələb edilən 5 faiz məbləğin cəmi bir yerdə verilmişdir. Ona görə də illik 5 faizlə tələb edilən məbləği ayırmaq üçün 99196,21 ABŞ dollarından 68201,60 ABŞ dollarını çıxmaqla (99196,21– 68.201,60 = 30994,61) illik 5 faizlə tələb edilən məbləğin miqdarı, yəni bu məbləğin 30994,61 ABŞ dolları olduğu müəyyən edilməlidir. Göstərilənləri nəzərə alıb, bu hissələrdə qətnamə dəyişdirilməli, yəni müqavilə müddətinə faiz borcun məbləği 68201,60 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə tələb edilən məbləğ isə 30994,61 ABŞ dolları müəyyən edilməlidir.
31. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin ümumən azaldılması əsassız olmasa da, azaldılmış məbləğ əsaslı olmamışdır. Belə ki, bu azalma ilk iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaradır. Düzdü, ilk iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində də kredit müqaviləsi üzrə cərimənin miqdarı müəyyən edilməmişdir. Bununla yanaşı, ilk iddia üzrə cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas, faiz borcu, illik 5 faizlə tələb edilən məbləğ və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz ilk iddia üzrə cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləğinin 1000 ABŞ dollarınadək azaldılması ilk iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratdığından həmin hissədə də qətnamə dəyişdirilərək cərimənin məbləği 5000 (beş min) ABŞ dollarınadək artırılmalıdır.
32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İlk iddia üzrə cavabdeh ipoteka predmeti olan bağ evinin likvid qiymətinin yüksək olduğunu göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.
33. Bununla əlaqədar, ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin 300000 (üç yüz min) ABŞ dolları müəyyənləşdirilsə də birinci instansiya məhkəməsi tərəfindən qiymətləndiricinin rəyi alınmış və ipoteka predmetinin bazar dəyərinin 450000(dörd yüz əlli min) manat, likvid dəyəri isə 350000(üç yüz əlli min) manat müəyyən edildiyindən qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiyməti kimi də sonuncu məbləğ göstərilmişdir. Apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmiş və "xxxx" MMC-nin 19 oktyabr 2022-ci il tarixli MB 15/1314 nömrəli Qiymətləndirmə hesabatında Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin bazar dəyəri 350 000(üç yüz əlli min) manat, likvid dəyəri isə 300 000(üç yüz min) manat müəyyən edilmişdir. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh ipoteka predmetinin dəyərinin yüksək olduğunu bəyan etsə də bu dəlil apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində də təsdiq olunmadı. Əksinə ipoteka predmetinin likvid dəyəri ilə bağlı ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğu öz təsdiqini tapdı. 34.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, 300000(üç yüz min) manat qətnamədə ilkin satış qiyməti kimi göstərilməlidir. Çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan bağ evinin və yerləşdiyi torpağın sahəsi, ölçüsü, yerləşdiyi ərazi, mənzil bazarında Sumqayıt şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Qarşılıqlı iddiaçı özü də bağ evinin likvid dəyərinin daha yüksək olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilərdi, ancaq etməmişdir.
35. Göstərilənlərdən əlavə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizasının 9/1154 saylı, xx.xx.2022-ci il tarixli rəyi həm ilkin, həm də qarşılıqlı iddia baxımından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, ilk iddia baxımından ona görə ki, sonuncu bu rəydə müəyyən edilənlər digər üç rəydə müəyyən edilənlərə uyğun gəlmir. Çünki, birinci, ikinci və üçüncü rəylərdə əsas, faiz və illik 5 faizlə tələb edilən məbləğlər demək olar ki, eynilik təşkil edir. Digər tərəfdən, sonuncu rəydə 1-4cü sualara verilən cavabların nəticəsi olaraq qeyd olunur ki, istifadə olunan və ödənilən pul vəsaitləri Mərkəzi Bankın rəsmi saytına əsasən günün məzənnəsi ilə manata konvertasiya edilməklə hesablanmışdır. Göründüyü kimi, ekspertizanın qarşısında bu cür sual qoyulmadığı halda, başqa sözlə istifadə olunan və ödənilən pul vəsaitlərinin Mərkəzi Bankın rəsmi saytına əsasən günün məzənnəsi ilə manata konvertasiya edilməklə hesablanması tələb olunmadığından sonuncu ekspertizanın istifadə olunan və ödənilən vəsaitləri manata konvertasiya edilməklə hesablamaqda məqsədin nə olduğu başadüşülən olmamışdır. Çünki, xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsinin predmetini xarici valyuta olan ABŞ dolları təşkil edir. Bu valyuta da ilk iddiaçının mülkiyyəti sayıldığından həmin məbləği də ABŞ dolları kimi tələb edir.
36. Eyni zamanda sonuncu ekspertizanın qarşısında qoyulan 5-8-ci suallar üzrə rəyi də nə qarşılıqlı iddianın əsaslı, nədə ilk iddianın əsassız olduğunu təsdiq edən mötəbər sübut sayıla bilməz. Çünki, rəyin qeyd olunan hissələri hazırki ilk iddianın predmetini təşkil edən kredit müqaviləsinə bilavasitə aidiyyəti və bağlılığı yoxdur. Çünki, qarşılıqlı iddiaçı xx.xx.2015-ci il tarixli 132/2 KX saylı kredit müqaviləsini könüllü imzalamış, bu müqavilədə göstərilən şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə göstərilən şərtlərlə razı deyildisə, o cümlədən müqavilədə nəzərdə tutulan kredit məbləğini almamışdırsa müqaviləni və xəzinə məxaric orderini imzalamaya bilərdi.
37. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Ləğv prosesində olan Kreditor açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, Borclu apellyasiya şikayəti isə təmin edilməməli; Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun, 5%-lə tələb edilən məbləğin, cərimənin məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli; İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin ilkin satış qiyməti 300.000 (üş yüz min) manat müəyyən edilməli; Faiz borcu artırılaraq 68.201,60 (altmış səkkiz min iki yüz bir ABŞ dolları, altmış sent) ABŞ dolları, illik 5%-lə tələb edilən məbləğ artırılaraq 30.994,61 (otuz min doqquz yüz doxsan dörd ABŞ dolları, altmış bir sent) ABŞ dolları, cərimənin məbləği isə artırılaraq 5000 (beş min) ABŞ dolları olmaqla, əsas və faiz borcun, eləcə də illik 5%-lə tələb edilən məbləğin və cərimənin cəmi isə 347.915,53 (üç yüz qırx yeddi min doqquz yüz on beş ABŞ dolları, əlli üç sent) ABŞ dolları müəyyən edilməli; Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı; Ekspertiza tədqiqatının dəyəri - 350(üç yüz əlli) manat Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat Borclu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməli; Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. 38.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: Ləğv prosesində olan Kreditor açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin, Borclu apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz borcunun, 5%-lə tələb edilən məbləğin, cərimənin məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,012 ha torpaq sahəsində yerləşən 1043 nömrəli bağ evinin ilkin satış qiyməti 300.000 (üş yüz min) manat müəyyən edilsin. Faiz borcu artırılaraq 68.201,60 (altmış səkkiz min iki yüz bir ABŞ dolları, altmış sent) ABŞ dolları, illik 5%-lə tələb edilən məbləğ 30.994,61 (otuz min doqquz yüz doxsan dörd ABŞ dolları, altmış bir sent) ABŞ dolları, cərimənin məbləği isə artırılaraq 5000 (beş min) ABŞ dolları olmaqla, əsas və faiz borcun, eləcə də illik 5%-lə tələb edilən məbləğin və cərimənin cəmi 347.915,53 (üç yüz qırx yeddi min doqquz yüz on beş ABŞ dolları, əlli üç sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 350(üç yüz əlli) manat Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat Borclu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.