Məhkəmə qərarları › İş №2(046)-6/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-6/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-6/2023 09.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı ZaminBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO ZaminBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan kredit müqaviləsi üzrə 9373.47 manat əsas kredit borcu, 723.16 manat faiz və 468.64 manat illik 5 faiz olmaqla cəmi 10565.27 manat kredit borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 məxsus Göyçay rayonu Kürd kəndində yerləşən 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, və satışdan əldə edilmiş vəsaitin borca yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə LPO ZaminBank ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinix xahiş etmişdir. İş üzrə LPO ZaminBank ASC tələbi belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə ZaminBank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6% olmaqla 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 özünə məxsus Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. Cavabdeh1 banka cəmi 10565.27 manat borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə borc tezliklə ödəniləcəkdir. Tələbin faiz borcu hissəsini ekspert rəyində nəzərdə tutulan həddə təmin edilməsini xahiş edir. İş üzrə digər cavabdeh məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, ZaminBank ASC ilə Cavabdeh1 arasında illi 6% olmaqla 36 ay müddətinə 15.000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ZaminBank ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçı LPO ZaminBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 8293 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 9697.42 və faiz borcu 307.08 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində göstərilən həddə, faiz borcu isə ekspert rəyində göstərilən həddə təmin edilməlidir. Ekspertiza xərci 145 manat təşkil edir. LAZUR-A MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən görünür ki Cavabdeh2 oğlunun mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evininin bazar dəyəri 35.000 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli rəyindən görünür ki, Cavabdeh2 oğlunun mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evininin bazar dəyəri 30.000 manat, likvid dəyəri 26.000 manat təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh2nın mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ZaminBank ASC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu iddiaçıya qaytarmadığına görə, ZaminBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2nın mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evininin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 9373.47 manat əsas borcu, 307.08 manat faiz borcu, və 468.64 manat illik 5 faiz olmaqla cəmi 10149.19 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 oğlunun mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evininə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 26.000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 9373.47 manat əsas borcu, 307.08 manat faiz borcu, və 468.64 manat illik 5 faiz olmaqla cəmi 10149.19 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq LPo ZaminBank ASC-nin xeyrinə verilsin. Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Kürd kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracına satılsın. Əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 26.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar