Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-7/2023 15.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı QSC və Göyçay rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlərin materiallarına baxaraq müəyyən etdi: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmentinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı QSC və Göyçay rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bank tərəfindən cavabdehlərə kredit borcundan müəyyən güzəştlər təklif edilmiş və cavabdehlər həmin güzəştlərdən istifadə edərək banka olan kredit borcunu ödəmişlər. Hazırda cavabdeh banka xx.xx.2015-ci il tarixli 006R********** saylı və xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşmaları üzrə borcu mövcud deyildir. Ona görə də iddia tələbindən imtina edir. Azərbaycan Respublikası MPM-nin 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiadan imtina etdiyindən,həmin tələb üzrə işə xitam verildiyindən, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı QSC və Göyçay rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə də xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə xitam verilsin. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı QSC və Göyçay rayon Notariat Ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-7/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-7/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver