Məhkəmə qərarları › İş №2(001)-5509/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5509/2023

01.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5509/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında tərəfindən verilən ərizəni təmin etməklə, Maraqlı şəxs ilə arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişini təsdiq edib, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün alimentdən əlavə 100 manat məbləğində pulun Maraqlı şəxs tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərində hər ikisi aralarında bağlanmış nikahın pozulmasına razılıq vermələri, Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixindən hər ay 30-na qədər aylıq 220 manat məbləğində aliment ödənilməsi, uşağın onun himayəsində saxlanılmasına qarşı tərəfin etirazının olmaması, qarşı tərəfin uşaqla günün uyğun vaxtlarında görüşməsinə, onunla ünsiyyət qurmasına özünün şərait yaradacağı nəzərdə tutulmuşdur. Göründüyü kimi, Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış və bütün şərtlər razılaşdırılmışdır. Buna görə də, hesab edir ki, barışıq sazişinin şərtləri nəzərə alınmaqla, təsdiq edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda maddi cəhətdən çətinlik çəkir və övladının maddi xərcləri kifayət qədər yüksəkdir. Buna görə də, hesab edir ki, ödəniləcək aliment məbləğindən əlavə övladının xərclərinin qarşılanması üçün 100 manat da, Maraqlı şəxs tutulmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, ərizəçi həm mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, həm də əlavə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hansı ki, xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01408 saylı barışıq sazişinin şərtlərinə əsasən tərəflər Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeydə alınmış nikahın pozulması və bunun məhkəmə qaydasında həllinə razılaşırlar, (İİ tərəf) Maraqlı şəxs övladı xx.xx.2020-ci il doğum tarixli X2 (İ tərəf) Ərizəçi himayəsində qalmasına etiraz etmir. İİ tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq, övladları yetkinik yaşına çatanadək hər ayın 30-na qədər 220 manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. İ tərəf, İİ tərəfə övladı ilə günün uyğun vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağa) ünsiyyət yaradacaq. Halbuki Mülki-Prosessual Məcəllənin 305.1.17-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsidir. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni zamanda Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İddia ərizəsindən göründüyü kimi ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”-ın xüsusiyyətlərini səhv anlamış, həmin icraatın xarakterinə zidd olaraq iddia icraatı qaydasında baxılmalı olan yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulması tələbinə xüsusi icraat qaydasında baxılmasını və tərəflər arasında mübahisənin olmamasına baxmayaraq alimentin tutulması ilə bağlı mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Yəni ərizəçi yalnız nikahın pozulması barədə iddia icraatı qaydasında müraciət etməli olduğu halda, həmin tələbə xüsusi icraat qaydasında baxılaraq mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi yolu ilə nikaha xitam verilməsini, eyni zamanda cavabdehin könüllü qaydada icra etməli olduğu aliment öhdəliyinin məhkəmə qətnaməsi ilə müəyyən edilməsini xahiş etmişdir. Hansı ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə, cavabdehin barışıq sazişinin icrasından yayınması halı iş materialları ilə müəyyən edilmir. Bundan başqa ərizəçi tələbində barışıq sazişinin təsdiq edilməsindən əlavə, cavabdehdən uşağın saxlanması üçün əlavə xərc qismində 100 manat pulun tutulmasını xahiş edir. Halbuki, ərizəçi əlavə xərclərə dair tələb barədə iddiaçı qismində iddia icraatı qaydasında məhkəməyə müraciət edilməli idi. Göründüyü kimi, ərizəçi prosessual tələblərə əməl etməyərək, bir-biri ilə əlaqədar olmayan və ayrı-ayrı icraat qaydasında baxılmalı olan iki tələbi də birləşdirmişdir. Bu səbəbdən də hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizənin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar