Məhkəmə qərarları › İş №2(001)-5626/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5626/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5626/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 Publik Hüquq şəxs maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda anadan olmuş X2nun 27 aprel 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 xx.xx.1955-ci il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda anadan olmuşdur. Atası vəfat edənə qədər anası və onlarla birlikdə ünvan 1 ünvanında olan evlərində yaşamışlar. X2 27 aprel 2023-cü il tarixdə ürək çatışmazlığı ilə əlaqədar vəfat etmişdir. Bununla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X12 müalicə almışdır. Lakin müalicənin əhəmiyyəti olmamışdır. 10 nömrəli şəhər poliklinikasına müraciət etməsinə baxmayaraq ambulator kartanın olmaması əsas gətirilərək ölüm haqında tibbi sənəd verilmədi. Atasının vəfat etməsi barədə tibbi sənəd ala bilmədiklərinə görə ölüm haqqında şəhadətnamənə ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin alınmasının hüquqi əhəmiyyəti vardır. Buna görə də atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin onun ölümünü təsdiq edən həkim arayışı olmadığına görə həmin şöbə onun ölüm akt qeydinin aparılmasından və onun adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı inzibati məhkəməyə müraciət etmişəm, lakin məhkəmənin Bakı İnzibati Məhkəməsinin 2(112)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tələbi təmin edilməmişdir. Bu səbəbdən də ölüm faktını digər qaydada təsdiq edə bilmir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, atasını ürək çatışmazlığı xəstəliyi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə X9 müalicə almaq üçün yerləşdirmişlər. Lakin xx.xx.2023-cü il tarixində müalicənin heç bir əhəmiyyəti olmadığından atasını evə gətirmişlər və atası xx.xx.2023-cü il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Bundan sonra ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün 10 nömrəli şəhər poliklinikasına müraciət etsə də, ambulator kartanın olmaması əsas gətirilərək tibbi şəhadətnamə verilməmişdir. Eyni zamanda bu səbəbdən ölüm haqqında şəhadətnaməni də ala bilməmişlər. Şəhadətnamənin alınması vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs2 Publik Hüquq şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, qanunun tələbinə əsasən ölüm hadisəsini həkim təsdiq edir, lakin ölümün ilkin səbəbini xəbərdarlıq vərəqəsinə qeyd edilməsi üçün həkim ölümün səbəbini bilməlidir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.2-ci maddəsinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni aidiyyəti üzrə tibb müəssisəsinə təqdim edir. Ölən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən xəbərdarlıq vərəqəsi və digər tibbi sənədlər əsasında ölüm haqqında tibbi şəhadətnamə verilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.7-ci maddəsinə əsasən şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Ölüm səbəbi yazılmadığı halda ölüm haqqında tibbi şəhadətnamə verilmir. Ölümün səbəbi ya xəstəxanada, ya da ki, meyid yarıldıqdan sonra müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, mərhum onun əridir. Çox əvvəllər əri ürək əməliyyatı olmuşdur. Lakin axır vaxtlar halı pisləşdiyindən 1 saylı klinik xəstəxanada müayinə olunmuşdur. Həmin vaxt bilindi ki, bədəninə xərçəng yayılıb. Müalicə üçün artıq çox gecikmişdilər. Reanimasiyada qalsa da, vəziyyəti normallaşmamışdı. Həkimlə məsləhətləşdikdən sonra son günlərini evdə keçirməsi üçün xəstəxanadan çıxarıb evlərinə gətirmiş, yataqda uzatmışlar. Gün boyunca yanında oturmuşdur. Aprel ayının 27-si səhər saat 9 radələrində yerində oturmağına kömək edən zaman, vəfat etmişdir. Əri ölən zaman oğulları və gəlini evdə olmuşlar. Təcili yardım ünvana gələnə kimi artıq ölüm halı baş vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, mərhum onun qaynatası, ərizəçi isə əridir. Qaynanasıgildən ayrı yaşasalar da, mərhumun vəziyyəti ağırlaşan da, ayın 27-si Balaxanıdakı evlərinə gəlmişdir. Evə gəldikdən bir müddət sonra qaynatası ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs1 tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 10 nömrəli şəhər poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 1955-ci il təvəllüdlü X8 2004-cü ildən Balaxanı Ə.Ələkbərov küçəsi, ev 21 ünvanında yaşamış və 10 nömrəli şəhər poliklinikasına hər-hansı bir xəstəliklə əlaqədar müraciəti olmamış və ambulator kartası 10 nömrəli şəhər poliklinikasında yoxdur. Bu səbəbdən poliklinika tərəfindən X4 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. 12 saylı Təcili və X3 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixində Balaxanı qəsəbəsi, Ə.Ələkbərov küçəsi, ev 21 ünvanında kişi cinsli meyid (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh 10 nömrəli şəhər poliklinikasına qarşı “ölüm haqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərarda məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, ambulator tibb müəssisəsi tərəfindən "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırkı işdə “xəbərdarlıq vərəqəsi"nə əsasən şəxsin ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olur. Eyni zamanda şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçı tərəfindən hər hansı sənədə istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında hekim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının X2nun ölüm faktının müəyyən edilməsi ilə bağlı (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının "ölüm haqqında tibbi şəhadətnamənin verilməsi" tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddiaçı Ərizəçi cavabdeh 10 nömrəli şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. ЗЖ seriyalı, 830308 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda doğulmuşdur. Vİİ-ЖГ- seriyalı, 462953 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixində doğulmuş, X2, anası Gülnaz Yusubovadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X4 oğludur. X4 27 aprel 2023-cü il tarixində vəfat etməsi iş materiallarında olan sübutlarla (ölüm haqqında xəbərdarlıq vərəqəsi, şahid ifadələri) təsdiq edilir. Ərizəçi atasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə atasının ölüm haqqında şəhadətnaməsini almaq və gələcəkdə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Odur ki, Ərizəçi atası 20 avqust 1955-ci il təvəllüdlü X4 27 aprel 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 avqust 1955-ci il təvəllüdlü X4 27 aprel 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 20 avqust 1955-ci il təvəllüdlü X4 27 aprel 2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar