Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5648/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, X5 15 may 2022-ci il tarixdə, X2 05 may 2011-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 12 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X5 15 may 2022-ci il tarixdə, anası X2 05 may 2011-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum əri 19 iyul 1954-cü il təvəllüdlü X8 15 may 2022-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırılsa da, ərinin həyatını xilas etmək mümkün olmamışdır. Mərhum əri Novxanı kənd qəbirstanlığında dəfn edilmişdir. Həmçinin, 1924-cü il təvəllüdlü anası X6 05 may 2011-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir və o da Novxanı kənd qəbirstanlığında dəfn olunmuşdur. Təcili tibbi yardım çağırılarkən anası koma vəziyyətində olmuşdur. Nə anası, nə də əri vəfat etdikdən sonra onlar ölüm haqqında tibbi şəhadətnamə almamışdırlar. Bu səbəbdən hazırda qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, habelə onlar tərəfindən ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçinin anası 2011-ci ilin may ayında, əri isə 2022-ci ilin may ayında vəfat etmişdir. Hər ikisi Novxanı kənd qəbirstanlığında dəfn olunmuşlar. Yas məclislərində o şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 da ifadəsində ərizəçi ilə qonşuluqda yaşadığını, ərizəçinin həm ərinin, həm də anasının dəfn mərasimində iştirak etdiyini göstərdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X5 arvadı, X2 övladıdır. - 05 may 2011-ci il tarixli “xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin gün saat 00:39-da 7-ci mkr., ev 14, mənzil 60 ünvanına təcili yardım çağırılmış, X6 ürək çatışmazlığı səbəbi ilə komada olmuşdur. - 15 may 2022-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, həmin tarixdə saat 23:05-də X5 yaşadığı evdə meyiti aşkar edilmişdir. - 01 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X8 15 may 2022-ci il tarixdə Novxanı kənd qəbirstanlığında dəfn olunmuşdur. - 04 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X6 05 may 2011-ci il tarixdə Novxanı kənd qəbirstanlığında dəfn olunmuşdur. - “Bakı Baş Səhiyyə Mərkəzi” X15 25 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlandırılmış 22 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, 19 iyul 1954-cü il təvəllüdlü X8 və 1924-cü il təvəllüdlü X6 hər hansı bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişlər. Ona görə də onların vəfatı ilə ləaqədar poliklinikadan ölüm haqqında şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli məktublarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X5 və X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 və X2 ölüm faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi əri X5 15 may 2022-ci il tarixdə, anası X2 05 may 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 19 iyul 1954-cü il tarixdə doğulmuş X5 15 may 2022-ci il tarixdə Bakı şəhərində, 1924-cü ildə doğulmuş X3 05 may 2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5648/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5648/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver