Məhkəmə qərarları › İş №2(001)-565/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-565/2023

30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-565/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.1979-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X8 ilə xx.xx.1976-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1979-cu il tarixdə X6 doğulmuş və 4-5 ay sonra X13 7 nömrəli Birləşmiş xəstəxanasında vəfat etmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onlar ölüm barədə tibbi arayışın alınması üçün xəstəxanaya müraciət etməli olduğunu bildirmişlər. Xəstəxanaya müraciət əsasında verilmiş cavab məktubunda bildirilmişdir ki, arxiv sənədlərinin 25 il saxlanılması ilə əlaqədar X6 ilə bağlı məktubun cavablandırılması mümkün deyil. Bundan sonra Bakı şəhəri Maraqlı şəxsnə müraciət zamanı X3 adına tibbi şəhadətnamə olmadığından ərizəçinin məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 rayonu, Qəfərli kəndində mərhum atası X7 yanında dəfn edilmişdir. İddiaçı ailə tərkibi haqqında arayış almaq üçün ASAN Xidmət mərkəzinə müraciəti zamanı cavab məktubuna əsasən X2 ailə tərkibi göstərilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası “TƏBİB”-in “X13” PHŞ-nin 7 nömrəli Birləşmiş xəstəxana tərəfindən Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə xx.xx.2022-ci il tarixli məktubuna əsasən, arxiv sənədlərinin 25 il saxlanılması ilə əlaqədar X6 ilə bağlı məktubun cavablandırılması mümkün deyil. - Sabirabad Rayon Məhkəməsinin 10(056)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə tapşırığının yerinə yetirilməsinə dair qərardada əsasən, X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qaynı arvadıdır. Qaynı Kəlbəcərdə işləyirdi. Uşaqda qızdırma, qarın ağrısı, qusma var idi. Orda və Sabirabadda həkimə aparmışlar. Lakin, nəticəsi olmamışdır. Uşaq ölmüşdür. Uşağı Qaralar qəbirstanlığında qaynatasının məzarı yanında dəfn etmişlər. 1979cu ilədək o zamanlar birgə yaşamışlar. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi P.Yaqubovanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin P.Yaqubovanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X4 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi X3 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1979-cu il tarixdə ölməsi şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə anadan olmuş X3 xx.xx.1979-cu il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar